Şahin Talıb oğlu Tağıyev (3 fevral 1949, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı (1992). Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmişdir.
Şahin Tağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tərtər rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər | |
Təltifləri |
Şahin Tağıyev 3 fevral 1949-cu il Tərtər rayonunda doğulmuşdur. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil almışdır. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Daha sonra Energetika texnikumuna daxil olur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir.
1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir.[1] "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir.
1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub.[1]
2001-ci ildən İsveçdə mühacirətdə yaşayır.[1]
Ailəlidir, bir oğlu, bir qızı, nəvələri var.[1]
Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[2][3]