Bu səhifədə iş davam etməkdədir. |
Ramid Zakir oğlu Namazov ({{DVTY}} şablonu boşdur ) — 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron üçüncü Seçki Dairəsindən seçilmiş deputat,[2] Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müşaviri.
Ramid Namazov | |
---|---|
Seçki dairəsi | 2024 — 50 saylı Abşeron üçüncü Seçki Dairəsindən qalib namizəd[1] |
|
|
Təltifləri |
Ramid Namazov 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələri şöbəsində çalışır. R.Namazov 2003-cü ildə BDU-ni bitirib. İdarəçilik Akademiyasının və Hopkins Universitetinin magistr üzrə məzunudur.
2016-cı ildə Namazov Ramid Zakir oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” və 2023-cü ildə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2024-cü ilin oktyabrında Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin olunub. O, bu vəzifədə Ziyafət Əsgərovu əvəz edib.[3]