Salehə Sultan (Əbdüləzizin qızı)

Saliha Sultan (10 avqust 1862, Çırağan sarayı, Konstantinopol1941, Qahirə) — 32. Osmanlı padşahı Sultan Əbdüləzizin qızlarındandır.

Salehə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1862(1862-08-10)
Doğum yeri
Vəfat tarixi 1941
Vəfat yeri
Atası Əbduləziz
Anası Dürrünəv Qadınəfəndi
Həyat yoldaşı Əhməd Zülfikl Paşa
Uşağı Kamilə xanım Sultan
Ailəsi Osmanlı xanədanı

10 avqust 1862-ci ildə Çırağan sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı Sultan Əbdüləziz, anası isə onun xanımlarından Dürrünəv Qadınəfəndidir.[1][2][3][4] Sultan Əbdüləzizin taxta çıxmasından sonra dünyaya gələn ilk övladı olması səbəbilə dünyaya gəlişinin ardından dönəmin validə sultanı Pərtəvniyal Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Saliha Sultana dəyərli hədiyyələr verildi.[5] Buna baxmayaraq atasının şahzadəliyi dövründə dünyaya gələn və özündən 5 yaş böyük olan İzzəddin Əfəndi adlı bir qardaşı vardı. Uşaqlıq illəri də məhz qardaşıyla birlikdə Dolmabağça sarayında keçən Saliha Sultan mükəmməl saray təhsiliylə birlikdə, fransızca dərsləri də aldı.[6]

1876-cı ildə hələ 14 yaşında ikən atası Sultan Əbdüləziz taxtdan endirilərək öldürüldü və Saliha Sultan digər ailə fərdləriylə birlikdə bir müddət Çırağan sarayına göndərildi. Əmisi oğlu V Muradın taxtdan endirilməsi və yeni taxta çıxan II Əbdülhəmidin dövlət idarəsini Ulduz sarayına köçürməsinin ardından Saliha Sultan digər ailə fərdləriylə birlikdə Dolmabağça sarayına köçürüldü.[7] Həmin il Sultan Əbdülhəmidin bacıları Mədiha Sultan, Nailə SultanSəniha Sultanla birlikdə evləndirilməsi müzakirə edilsə də, bu evlilik cəhdi nəticəsiz qalır. Növbəti evlilik cəhdi isə 1885-ci ilin aprelində baş tutdu. Belə ki, artıq 23 yaşında olan Saliha Sultanın Karesi valisi Atıf bəyin oğlu Əhməd Şakir bəylə, bacısı Nazimə Sultanın isə yavər Dərviş Paşanın oğlu Əli Xalid bəylə evləndirilməsinə qərar verildi. Ancaq davam edən siyasi və iqtisadi sıxıntılar səbəb göstərilərək nişan pozuldu və toy mərasimləri təxirə salındı.[8]

Nəhayət, Saliha Sultan 19 mart 1889-cu ildə məşhur ordu generalı Qurd İsmayıl Haqqı Paşanın oğlu yavər Əhməd Zülkifl bəylə evləndirildi. Eyni gün bacısı Nazimə Sultan ilk nişanlısı Dərviş Paşanın oğlu Əli Xalid bəylə nigahlandı.[9] Cütlüyün nigahı şeyxülislam Ömər Lütfi Əfəndi tərəfindən Ulduz sarayında bağlandı. Toy mərasimi səbəbilə Ulduz sarayında 2 apreldə mühüm dövlət adamlarına böyük ziyafət verildi. Cütlüklərin yaşaması üçün Əminönü səmtindəki Mərcan yoxuşunda qoşa köşklər inşa edilir.[10] 1894-cü ildə baş verən zəlzələ səbəbilə bir müddət köşkdən köçürülən Saliha Sultan və Nazimə Sultan, bir müddət sonra yenidən köşklərinə geri qaytarılır. Ancaq bibisi Adilə Sultanın vəfatının ardından Saliha Sultan və ailəsi 8 iyul 1900-cü ildə boşalan Üsküdardakı Adilə Sultan sarayına köçürüldü.

Ailə həyatıyla bağlı ətraflı məlumat olmasa da, cütlüyün bir-birini sevmədiyi, hətta Əhməd Zülfikl Paşanın başqa bir saraylı cariyəylə münaisbətinin olduğu bilinir.[11] Cütülüyn yeganə övladı olan Kamilə xanım Sultan (1890-1896) isə körpə yaşlarında vərəm xəstəliyi səbəbilə vəfat etdi. 1895-ci ildə anası Dürrünəv Qadınəfəndinin, ertəsi il isə yeganə övadının vəfatının ardından səhhəti pisləşən Saliha Sultan vərəm xəstəliyinə tutuldu. Çox sevdiyi qardaşı İzzəddin Əfəndinin 1916-cı ildə intihar etməsinin ardından psixoloji vəziyyəti və səhhəti ağırlaşan Saliha Sultanın 30 aprel 1918-ci ildə müalicə məqsədilə Avropaya göndərilməsinə qərar verildi. Sultanla birlikdə öncə VyanaBerlinə, daha sonra isə İsveçrəyə səyahət edən Əhməd Zülfikl Paşa bütün müalicə prosesi boyunca sultanın yanından ayrılmır.[12] İstanbula döndükdən sonra səhhəti yenidən pisləşən Saliha Sultan, əri və 4 nəfər cariyəsiylə birlikdə 7 iyul 1922-ci ildə ikinci dəfə İsveçrəyə göndərildi. Həmin ilin oktyabrında İstanbula qayıdan cütlük Nişantaşındakı köşkdə yaşamağa davam etdilər.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Saliha Sultan da sürgünə göndərildi. Əri Əhməd Zülfikl Paşayla birlikdə sürgün illərini öncə Romada, daha sonra ŞamMisirdə keçirdi. Sürgün həyatıyla bağlı yetərli məlumat olmasa da, digər ailə üzvləri kimi maddi və mənəvi sıxıntılar içində yaşadığı bilinən Saliha Sultan 1941-ci ildə Qahirədə vəfat etdi.[13] Cənazəsi Qahirədəki Xədiv Tofiq türbəsinə dəfn olundu.

  1. Leyla Açba, Bir Çerkes Prensesinin Harem Hatıraları, Timaş Yayınları, İstanbul 2010, s. 153
  2. Osman Selaheddin Osmanoğlu, Osmanlı Hanedanı’nın Kayıt Defteri, Timaş Yayınları, İstanbul 2019, s. 135
  3. M. Çağatay Uluçay, Padişahların Kadınları ve Kızları, s. 162-164
  4. Vak‘anüvis Ahmed Lútfi Tarihi, cilt 10, s. 13-14
  5. Merve Çakır, “Osmanlı Hânedanında Doğum: Velâdet-i Hümâyûn”, Topkapı Sarayı Harem-i Hümâyûnu: Harem Padişahın Evi, Topkapı Sarayı Müzesi, İstanbul 2012, ss. 64-67
  6. Lâle Uçan, “Dolmabahçe Sarayı’nda Çocuk Olmak: Sultan Abdülaziz’in Şehzâdelerinin ve Sultanefendilerinin Çocukluk Yaşantılarından Kesitler”, FSM İlmî Araştırmalar İnsan ve Toplum Bilimleri Dergisi, Sayı: 14, 2019
  7. Ekrem Buğra Ekinci, Sürgündeki Hânedan Osmanlı Ailesinin Çileli Asrı, Timaş Yayınları, 3. Baskı, İstanbul 2016, s. 588
  8. Mehmet Arslan, Osmanlı Saray Düğünleri ve Şenlikleri 6-7, Sarayburnu Kitaplığı, İstanbul 2011
  9. Ali Akyıldız, Nazime: Aydın ve Dindar Bir Sultan, Timaş Yayınları, İstanbul 2020
  10. Serap Sunay, “Bir Sadrazam Konağının Değişim ve Dönüşümü: Mercan’da Âlî Paşa Konağı”, Tarih İncelemeleri Dergisi, XXXV/1, 2020
  11. Nahid Sırrı Örik, Bilinmeyen Yaşamlarıyla Saraylılar, s. 28, 98-99
  12. Leyla Açba, Bir Çerkes Prensesinin Harem Hatıraları, s. 156
  13. Ekrem Buğra Ekinci, Sürgündeki Hânedan Osmanlı Ailesinin Çileli Asrı, Timaş Yayınları, 3. Baskı, İstanbul 2016