Xədicə Sultan (27 sentyabr 1710, Topqapı sarayı – təq. 1738, Konstantinopol) — 23. Osmanlı sultanı III Əhmədin qızı.
Xədicə Sultan | |
---|---|
osman. خدیجه سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 sentyabr 1710 |
Doğum yeri | Topqapı sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | təq. 1738 |
Vəfat yeri | Qibləli sarayı, İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Validə Turxan Sultan türbəsi, Yeni məscid |
Fəaliyyəti | əsilzadə |
Atası | III Əhməd |
Anası | Ruqiyə Qadınəfəndi |
Həyat yoldaşı | Hafiz Əhməd Paşa |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Xədicə Sultan 27 sentyabr 1710-cu ildə Topqapı sarayında dünyaya gəldi. Atası Sultan Əhməd, anası isə Ruqiyə Qadınəfəndidir. Hələ 14 yaşında ikən 20 fevral 1724-cü ildə əmisi qızı Əmətullah Sultanın ögey oğlu Hafiz Əhməd Paşayla nişanlandı. Həmin gün sədrəzəm Nevşəhərli İbrahim Paşanın sarayından Topqapı sarayına daşınan nişan hədiyyələrinin ardından cütlüyün nikahı bağlandı. Eyni mərasimlə bacısı Atikə Sultan da sədrəzəm Nevşəhərli İbrahim Paşanın oğlu Mehmed Paşayla nikahlandı. Ancaq o əsnada Sayda bəylərbəyi olan Əhməd Paşa hələ yolda idi və bu səbəblə, nikah mərasimi vəkalətən baş tutdu. Mərasimdən 4 gün sonra İstanbula çatan Əhməd Paşanın toy mərasimi 6 mart günü baş tutdu və 3 gün boyunca davam etdi. Mərasimin ardından Qibləli sarayında yaşayan cütküyün bu nikahdan övladı olmamışdır.
1728 və 1729-cu illərdə Üsküdarda 2 çeşmə inşa etdirən Xədicə Sultan 1738-ci ildə yaşadığı Qibləli sarayında vəfat etdi. Cənazəsi Validə Turxan Sultan türbəsində atasının yanına dəfn edildi.