M-46
M-46 — Sovet (SSRİ) istehsalı olan 130 mm-lik yedəklənən topu .
1951-ci ildən başlayaraq, 1971-ci ilə qədər buraxılmışdır. Top düşmənin istehkam qurğularının, özüyeriyən artilleriya və ağır tanklarının, minaatanlarının, canlı qüvvələrin cəmlənmə nöqtələrinin, cəhbə arxası hissələrinin məhv edilməsi üçün nəzərdə tutulmuşdur. Maksimal atəş məsafəsi 37000 m-dir.
== Konstruksiyası ==
M-46 topu horizontal əl ilə işləyən pazlı çaxmaq sistemi ilə təhciz olunmuşdur. Topun atəş qurğusu lülədən, mərmi kamerasından və lülə ucu əyləcdən (tormoz) ibarətdir.
Top bir oxlu lafetin üzərində quraşdırılmış və ayrılan ön təkər hissəlidir. Döyüş zamanı lafetin ön təkərli hissəsi sökülür, topun qundaqları yana açılaraq hazır vəziyyətə gətirilir.
Topu yedəyə alınıb aparılması üçün Ural, Kraz və digər iri yük avtomaşınlarından və AT-C tırtırlı artilleriya yedəkləyicilərindən istifadə olunur.
== Döyuş sursatları ==
Topdan atəş xüsusi hazırlanmış, ayrılıqda mərmi və giliz doldurucusu ilə aparılır.