1. Duru şeyləri bir qabdan başqa ağzı dar qaba tökmək üçün yuxarısı enli, aşağısı dar cihaz; qıf.
2. Qab və s.-nin ağzına qoyulan qapaq, tıxac və s.
3. Atın və başqa heyvanların ağzına vurulan saman torbası.
// Qapan itlərin, yaxud başqa heyvanların üzünə keçirilən tor və s.
[Balaqların] başına çubuqdan, yaxud paslanmayan metaldan səbət kimi toxunmuş ağızlıq keçirmək lazımdır.
4. At yüyəninin ağıza keçirilən dəmir hissəsi.
5. Telefon dəstəyinin ağıza tutulan tərəfi.
6. Nəfəslə çalınan musiqi alətinin ağıza salınan hissəsi.
// Müştük.
7. bax ağızotu.