ABBASİLƏR

is. tar. Bağdad xəlifələri sülaləsi (750-1258).
Harunərrəşiddən sonra abbasilərin istiqlaliyyət bünövrəsinə rəxnə düşdü. A.Bakıxanov.

ABBASILIQ
ABCO
OBASTAN VİKİ
Abbasilər
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi. == Xilafətə gəlmələri == Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
Abbasilər sülaləsi

Abbasilər xilafəti
Abbasilər xilafəti (750–1258) — Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti. Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran(9-cu əsrin əvvəlinə qədər), Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika(9-cu əsrə qədər) və Hindistan daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib. Abbasi xilafəti adı altında həm də, Bağdadda (762–1258), onun Elxanilər tərəfindən alınmasından sonra isə Qahirədə, onun Osmanlılar tərəfindən 1517-ci ildə alınmasına qədər məmlük sultanlarının yanında mövcud olmuş, müsəlman teokratik dövlət quruluşu forması nəzərdə tutulur. Abbasilər dövlətinin 8-ci əsrinə 14, 9-cu əsrinə 12,10-cu əsrinə 10 hökmdar düşür. == Ümumi məlumat == Abbasilər xilafəti, əlində həm ruhani, həm də dünyəvi hakimiyyəti birləşdirən xəlifənin başçılığı altında olan bir dövlətdir. Dayaqları ərəb tayfaları olan Əməvilər xilafətindən (661–750) fərqli olaraq, Abbasilər xilafəti daha çox, bu dövlətə daxil olan müxtəlif ölkələrin feodallarının maraqlarını ifadə edirdi. İlk Abbasilər dönəmində 8–9-cu əsrlərdə iranlı feodallar xüsusi önəm daşımağa başladılar, ərəb tayfa aristokratiyası isə öz müstəsna mövqelərini itirdi.
Abbasilər dövründə türklər (kitab)

Digər lüğətlərdə