1. Əlinə götürmək, əl ilə tutub götürmək, qaldırmaq. Əlinə ağac almaq. Qələmi əlinə aldı və yazdı. Tüfəngini alıb ova getdi.
// Cəld qapmaq, tutmaq, ələ keçirmək; ovlamaq.
2. İcra üçün qəbul etmək. Tapşırıq almaq. Sifariş almaq. Komanda almaq. Siqnal almaq.
3. Satın almaq. Bazardan ət almaq. Mağazadan palto aldım.
4. Qaldırmaq, götürmək, çıxarmaq, açmaq.
5. Əxz etmək, götürmək, istifadə etmək. Məlumatı ilk məxəzlərdən almışam. Müəllif mövzunu xalq həyatından almışdır.
6. Göndərilən, verilən, təklif edilən, gözlənilən, istənilən bir şeyi qəbul etmək, götürmək, əldə etmək. Məktubu almaq. Maaş almaq. Yeni evdə mənzil almaq. Tibbi yardım almaq. Üzərinə vəzifə almaq. – [Qüdrət:] Gəmi vermirlər? Almaq lazımdır.
7. Rütbə, ad, dərəcə, vəzifə sahibi olmaq, qazanmaq. Professor adı almaq. Elmlər namizədi elmi dərəcəsi almaq.
8. Özü ilə bərabər gətirmək, özü ilə aparmaq, yanınca gətirmək.
// Aparmaq, götürmək, gətirmək.
9. Ələ keçirmək, fəth etmək, istila etmək, tutmaq, özünə tabe etmək. Şəhərlər almaq. Əsir almaq. Qalanı almaq.
10. Zəbt etmək, əlinə keçirmək, tutmaq, ixtiyarına keçirmək.
11. Evlənmək, özünə arvad etmək.
12. Bürümək, qaplamaq, əhatə etmək, basmaq, sarmaq, örtmək. Dağların başını duman almışdır.
13. Yemək, içmək, dadmaq. Kababdan bir-iki tikə aldım. Bir udum su aldım.
14. İstehsal etmək, hasil etmək, hazırlamaq. Neftdən benzin alırlar. Daş kömürdən müxtəlif maddələr almaq olur. Tədqiqatdan maraqlı nəticələr almaq.
15. Daxil etmək, iştiraka yol vermək. Aralarına almaq. Sahibsiz uşaqları uşaq evinə aldılar.
16. Müəyyən bir şəklə düşmək, mahiyyət kəsb etmək. Mübahisə çox kəskin bir şəkil aldı. Yağış adi bir hal almışdır. Onların söhbəti başqa bir rəng aldı.
17. Kəsmək, gödəltmək, qısaltmaq, kiçiltmək. Ağac uzundur, bir az boyundan almaq lazımdır. Paltonun ətəyindən bir az alsan, pis olmaz. Saçların yan-yörəsini almaq.
18. Anlamaq, düşünmək, dərk etmək. Mən onun danışığından bir şey ala bilmədim. Zehnim bunu almır.
19. Çıxartmaq, götürmək.
20. Məşğul etmək, maraqlandırmaq, diqqətini cəlb etmək, həyəcanlandırmaq.
21. məc. dan. Təsir etmək, əsər etmək. Bu söz məni aldı.
22. Çalışaraq əldə etmək, rabitə yaratmaq. Nə qədər zəng etdimsə, istədiyim nömrəni ala bilmədim.
23. Məhrum etmək.
24. Sərf etməyə məcbur etmək, aparmaq. Bu iş iki gün vaxtımı aldı.
25. məc. dan. Rüşvətxor olmaq, rüşvət qəbul etmək. [Səfər bəy:] Deyirlər ki, bizim hakim almayır.
26. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: önünü almaq, söz almaq, intiqam almaq, qan almaq, könlünü almaq və s.