1. Başda gedən, irəlidə gedən, qabaqda gedən.
// Əsas, baş, ən mühüm.
“Rast” ladının mayəsinə bütün pərdələr tabedir: alt kvarta, alt medianta, alt aparıcı ton, üst aparıcı ton, tersiya, üst kvarta, kvinta.
Burada [elm və təhsil yollarında] şəxsi hünər, səy və zəhmətin aparıcı olduğu da yəqin edilirdi.
2. tex. Mühərrik tərəfindən hərəkətə gətirilən və hərəkəti mexanizmin başqa hissələrinə keçirən. Aparıcı təkərlər. Aparıcı ox.
3. Radio və televiziya verilişlərində mətnin müəllifə aid və ya izahedici sözlərini söyləyən adam.