ARXAYINLIQ

is. Sakitlik, dinclik, salamatlıq, xatircəmlik, əmin-amanlıq, rahatlıq, asudəlik.
Lakin arxayınlıq şəraitində nə qədər alışıb ehtiyat qazanmış olsa belə, ən xırda şey … əsgəri narahat edir. Ə.Əbülhəsən.

□ Arxayınlığa çıxmaq – rahat olmaq, nigarançılıqdan qurtarmaq, rahat həyata başlamaq. İndi əməlli-başlı arxayınlığa çıxıbdır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARXAYINLIQ sakitlik — dinclik — salamatlıq — xatircəmlik — rahatlıq — aludəçilik
  • ARXAYINLIQ ARXAYINLIQ, ASUDƏLİK, DİNCLİK, XATİRCƏMLİK, RAHATLIQ, SAKİTLİK (bax)

Antonimlər (əks mənalı sözlər)

  • ARXAYINLIQ ARXAYINLIQ – NARAHATLIQ Lakin arxayınlıq şəraitində nə qədər alışıb ehtiyat qazanmış olsa belə, ən xırda şey əsgəri narahat edirdi (Ə
ARXAYINLATMAQ
ARXAYINLIQLA

Digər lüğətlərdə