ATMAQ

f.
1. Bir şeyi əlindən buraxaraq yaxına, ya uzağa tullamaq, fırlatmaq.
Yol daşını yol quşuna; Atma, qardaş, kərəm eylə. Xətayi.
[Usta] …əlindəki gül dəstəsini yemək masasının üstünə atdı. M.Hüseyn.
Nisa kömür qabını yerə atıb gəldi. Mir Cəlal.

2. Bir şeyi hündür yerdən aşağı tullamaq, salmaq. Lövbəri dənizə atmaq. Damın qarını atmaq.
– Kim isə zəncirləri lom ilə yerə atır. M.İbrahimov.

3. Salmaq. Həbsə atmaq.
– Kərim xanı yenə … bir qəbir təsiri bağışlayan kameraya atdılar. M.İbrahimov.

□ Özünü atmaq – atılmaq, tələsik girmək, keçmək, daxil olmaq.
İvaşenkonun geri oturtduğu düşmən dəstəsindən balaca bir qrup özünü keçidə atdı. M.İbrahimov.
Uşaq özünü atasının qucağına atdı. Mir Cəlal.
Mən güclə özümü oyankı otağa atdım. S.Rəhman.

4. Tərk etmək, buraxmaq, üz döndərmək. Ev-eşiyini atmaq. Arvad-uşağını atmaq. İşi atmaq.
– Atdın vətəni neçin, qəribim? Arxandan əcəl məgər yetişdi? A.Səhhət.

// məc. Əl çəkmək, tullamaq, tərk etmək. Papirosu atmaq. İçkini atmaq.
– Səndən üzməmişəm bircə gün də əl; Demə: “Hüseyn məni atmış”, amandır! M.Rahim.

5. Rədd etmək, əməl etməmək.
Qardaşımın sözünü ata bilmədim. M.S.Ordubadi.

6. Doldurulmuş tüfəngdən, tapançadan, topdan və s. silahdan atəş açmaq. Tüfəng atmaq. Top atmaq. Pulemyot atmaq.
7. məc. dan. Vurmaq, öldürmək, yaralamaq (tüfəng, ya tapança ilə). Quş atmaq.
– Nəbi hirslənib dedi: – …bu saat burdan rədd olmasan, səni atacağam. Qaçaq Nəbi”.
Ansızın çıxan bu ceyranı heç kəs ata bilmədi. Çəmənzəminli.

8. Örtmək, salmaq, sərmək. Üstünə yorğan atmaq.
9. Səpmək. Toxum atmaq.
10. Sökülmək.
[Hətəm] əsəbilikdən yumruqları ilə ciblərini elə aşağı basdı ki, az qaldı paltarın tikişi atsın. Mir Cəlal.

11. Döyünmək, vurmaq, tərpənmək. Ürəyi atmaq. Nəbzi atmaq.
12. Çıxarmaq, buraxmaq, pozmaq. Məqalənin birinci abzasını atmaq.
13. məc. Uzatmaq.
Bəzən adama elə gəlir ki, əlini dağların təpəsinə atsan, ulduzları tuta biləcəksən. S.Rüstəm.

14. məc. dan. İçmək.
15. Bir sıra isimlərin yanına gətirilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: can atmaq (bax can), kif atmaq (bax kif), əl atmaq (bax əl), addım atmaq (bax addım), püşk atmaq (bax püşk).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ATMAQ səpmək
  • ATMAQ tullamaq — fırlatmaq
  • ATMAQ salmaq — tullamaq
  • ATMAQ çıxarmaq — pozmaq
  • ATMAQ döyünmək — vurmaq — tərpənmək
  • ATMAQ örtmək — sərmək — salmaq
  • ATMAQ atmaq bax tullamaq

Antonimlər (əks mənalı sözlər)

  • ATMAQ ATMAQ – TUTMAQ Kim isə zəncirləri lom ilə yerə atır (M.İbrahimov); Usta gəmiçilər tufanda belə; Sükanı düz tutur öz əllərilə (S

Etimologiya

  • ATMAQ Mənalarından biri qədim mənbələrdə “döyünmək” kimi açıqlanıb. Həmin məna indi istehza ilə dediyimiz “filankəsdən ötrü gözüm atır” cümləsində özünü sax
ATMACALI
ATMİLÇƏYİ
OBASTAN VİKİ
Şeytana daş atmaq
Şeytana daş atmaq (ərəb. جمرة العقبة‎) — İslam dinində Həcc ziyarəti zamanı gercəkləşdirilməli olan mərasimlərdən biri.

Digər lüğətlərdə