AĞNAMAQ

f.
1. Dalı üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq, o üz-bu üzə çevrilmək (bəzi heyvanlar haqqında). Eşşək ağnayır.
// məc. dan. Yerə sərilərək üst-başını toza-torpağa sürtüb batırmaq. Uşaqlar tozun içində ağnayırlar.
– Günah çamırında ağnayana bax; Onun da baxtına günəş doğulur. M.Araz.
Comalaşıb qarışqatək qaynardıq; Yavaş-yavaş bağçalarda ağnardıq… Şəhriyar.

2. məh. Uçmaq, yıxılmaq, dağılmaq, tökülmək.
Birinin divarının kərpicləri ağnayıb tökülmüşdü biz durduğumuz yerə tərəf. C.Məmmədquluzadə.
Elə bil Qədim dayının üstünə bir dağ ağnayıb töküldü. S.Rəhimov.

Etimologiya

  • AĞNAMAQ Divar uçub töküləndə deyirik: divar ağnayıb tökülür. Qədimdə ağmaq feili olub və rus dilinə “свалиться”, “склоняться”kimi tərcümə olunub
AĞNAMA
AĞNAŞMA

Digər lüğətlərdə