AŞİKAR [ fars. ] klas. bax aşkar. Bu aşikar bir mətləbdir; bəyana ehtiyacı yoxdur. C.Məmmədquluzadə. Birdən-birə göründü gözə bir xərabəzar; Görəsən nə qəmli mənzərələr aşikar idi. M.Hadi. Papaqların bəzisi uzun qovun çeşnisində idi. Bunların sahibinin molla və əyandan olmağı aşikar idi. Çəmənzəminli.