f. 1. Bir şeyin üzərindən atılıb keçmək, hündür bir şeyin üstünə çıxıb o biri tərəfinə enmək, düşmək, hoppanmaq.
Qapını daldan bağlayaraq, divardan aşıb getdik. M.S.Ordubadi.
Dərəni aşdım.
Meşənin içərisinə cənuba doğru uzanan daşlı-qayalı bir dağ ətəyi ilə gedirdim. A.Şaiq.
Aşıb şiş dağları, boz səhraları; Gündə bir zəfərlə gedək irəli. S.Vurğun.
Keçərək Mil düzündən, sıra dağları aşdım; Kürün sahillərilə bütün eli dolaşdım. Ə.Cəmil.
2. Keçmək, düşmək, çıxmaq.
[Sultan və Vəli] bir bağdan o birisinə aşırlar. Ə.Sadıq.
// Ötmək, atlamaq, keçmək.
Gecə ortasından aşmışdı və yayın isti xamuşluğunu pozan ancaq minarədən gələn minacat səsi idi. B.Talıblı.
3. Çevrilmək, yıxılmaq. [Göyərçin] o tərəf bu tərəfə çox aşdı.
Ancaq gözlərinə yuxu gəlmədi. S.Rəhimov.
Ortalıqda yanı üstə aşmış bir neçə dolu butulka … vardı. Ə.Əbülhəsən.
4. məc. Təmin olunmaq, düzəlmək, əmələ gəlmək. İşi aşmaq.
– Gopnan əməl aşmaz, işə qeyrət gərək olsun. M.Ə.Sabir.
Güc və zor ilə heç bir iş aşmaz; İş əlində həlim olan çaşmaz. A.Səhhət.
[Məhərrəm:] Bilirsinizmi, nə var? Belə danışıqdan iş aşmaz. N.Vəzirov.
Adamlar işi aşan yerdən dördəlli yapışırlar. Mir Cəlal.