SEYİD

is. [ ər. ] din.
1. Məhəmməd peyğəmbərin nəslindən olan müsəlmanların fəxri titulu.
Hər vilayətdə var beş-on qəsəbə; Əlli min seyyidü axund, tələbə. S.Ə.Şirvani.
[Məsmə:] Anam, dayılarım məni [kor kişiyə] verdilər.
Çünki onlar kənddə nüfuzlu, kəramət sahibi seyidlər hesab olunurdular. S.Hüseyn.

2. Ləqəb kimi seyidlərin adlarından əvvəl deyilir.
Bir əlli-altmış il bundan əqdəm iki nəfər kukəmərli seyid – biri Seyid Əhməd və biri Seyid Səməd Qafqaza varid olurlar. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEYİD SEYİD (ləqəb kimi seyidlərin adlarının əvvəlində işlədilir) Seyid Səməd başını bir silkələdi.. (Ə.Haqverdiyev); XACƏ A
SEYF
SEYİDMALI
OBASTAN VİKİ
Hacı Mirhəşim Seyid
Hacı Mirhəşim Miryaqub oğlu Seyid və ya Mirhəşim Miryaquboğlu Seyidov(13 yanvar 1962, Xok, Noraşen rayonu) – Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, 2-ci dərəcə dövlət müşaviri; hüquqşünas. == Həyatı == Hacı Mirhəşim Miryaqub oğlu Seyid 1962-ci il yanvarın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur (indiki-Kəngərli) rayonunun Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1984-cü ildə Şərur rayon İcraiyyə Komitəsində başlamış, 1994-cü ilədək rayonun ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1995–2000-ci illərdə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. 24 yanvar 2001-ci ildən Milli Məclis Aparatında işləyir. 2001–2010-cu illərdə Sosial qanunvericilik şöbəsində böyük məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, 2010–2016-cı illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini, dekabr 2016 — may 2020-ci illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, may 2020-ci ildən Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri, 19 iyun 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Parlament" medalı ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hacı Seyid Əbdülhəmid
Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub. Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub. Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib. Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib. == İstinadlar == == Ədəbiyyat == Һүсејнзадә Ә. XIX әсрин икинҹи јарысында Азәрбајҹан тарихшүнаслыҹы.
Kavus Seyid İmami
Kavus Seyid İmami (1953, Tehran – 2018) — İranlı-Kanadalı universitet professoru, İran-İraq müharibəsi veteranı və görkəmli ətraf mühit fəalı. O, 2018-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən casusluq ittihamı ilə həbs edilmiş və həmin ilin fevral ayının 8-də, Tehranın Evin həbsxanasında naməlum şəraitdə ölmüşdü. İnsan haqları fəalları və Kanada hökuməti alimə qarşı sürülmüş ittihamı rədd edirdilər.
Mir Seyid Əli
Mir Seyid Mir Müsəvvir oğlu Əli (XVI əsrin əvvəlləri—?) — mənşəcə Azərbaycan türklərindən olan miniatürçü rəssam. Londonda Britaniya muzeyində Nizami "Xəmsə"sinin unikal bir əlyazması saxlanılır. Həmin əlyazma 1539-1543-cü illərdə şah Təhmasibin sarayı nəzdində fəaliyyət göstərmiş kitabxanada işlənmişdir. Mütəxəssislər həmin nüsxəni bütün dövrlərin və xalqların ən kamil bədii əlyazması, Şərqin kitab incəsənətinin ən qiymətli incisi hesab edirlər. Əlyazmanın titul səhifələri incə naxışlarla zəngindir, səhifələri kənarlarında qızıl suyu ilə işlənmiş siluet təsvirləri çəkilmişdir. Əlyazmaya daxil edilmiş iri formatlı on dörd miniatür XVI əsrin ən görkəmli rəssamları tərəfindən işlənmişdir. Həmin rəssamlar Sultan Məhəmməd, Ağa Mirək Mirzə Qiyas, Mir Müsəvvir, Mirzə-Əli, Mir Seyid Əli və Müzəffər Əlidirlər. Əlyazmanın səhifələrindən birində əsərin üzünü köçürən rəssam Şah Mahmud Nişapurinin belə bir qeydi indiyə qədər heç kəsdə şübhə doğurmur: "Ruzigarın gözü belə şey görməmişdir". Əlyazma nüsxəsindəki ən gözəl miniatürlərdən biri, "Məcnun Leylinin çadırı yanında" əsəri Sultan Məhəmməd məktəbinin layiqli davamçısı Mir Seyid Əlinin fırçasından çıxmışdır. Bu böyük rəssamın dünyanın digər muzeylərində saxlanan "Leylinin elçiliyi", "Musiqi məclisi", "Bəhram Gur və çoban" miniatürləri də yüksək ustalıqla işlənilmişdir.
Mirhüseyn Seyid-Zadə
Seyid
Seyid (seyyid) (ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimin enişini iddia edir. 1901-ci ildə Seyyid sayı İngilis Hindistan 1,339,734 olaraq sayıldı. Son təxminlər Cənubi Asiyadakı çox on beş milyon Seyyid olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepal == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.101.
Seyid (ad)
Seyid (seyyid; ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Günümüzdə ad və təxəllüs kimi də işlədilir.
Seyid (dəqiqləşdirmə)
Seyid (seyyid; ərəbcə: سيد‎) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Günümüzdə ad və təxəllüs kimi də işlədilir.
Seyid Hüseyn
Seyid Hüseyn Sadiq (tam adı: Hüseyn Mir Kazım oğlu Sadıqzadə; 25 yanvar 1887, Bakı – yanvar 1938, Bakı) — yazıçı, tənqidçi, pedaqoq. == Həyatı == Seyid Hüseyn 1887-ci il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur. Beş yaşında atasını itirən Seyid babası Mirsadiq Mirhəsənin himayəsində böyüyüb tərbiyə almışdır. O, əvvəl mollaxanada, sonra dövrünün görkəmli maarif xadimlərindən olan Mahmud bəy Mahmudbəyovun müdir olduğu rus-tatar məktəbində dörd ilə yaxın təhsil almışdır. Azərbaycan, rus, fars dillərini mükəmməl öyrənmişdir. 1904-cü ildə – babasının vəfatından sonra ailənin qayğısı S. Hüseynin üzərinə düşmüşdür. O, "Kaspi" mətbəəsində işə girir və 1912-ci ilə kimi orada mürəttiblik edir. 1913–1914 illərdə "İqbal"ın baş redaktoru idi. 1920-ci ildən "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə Azərnəşrin bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur. O, bədii yaradıcılığa 1907-ci ildə başlamışdır.
Seyid Həşim
Seyid Mahmudlu
Seyidmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Mirzəcamallı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Seyidmahmudlu oymağı Cavanşir elinin qoludur. 1727-ci ilə bağlı Osmanlı qaynağında Seyidmahmudlu oymağı ilə əlaqəli məlumat var. Cavanşir tayfasının Seyid Mahmudlu oymağı Bu oymaq Arazbar sancağında qışlayır, Naxçıvan sancağında, Sisyan adlı yerdə yaylayır, Dizaq nahiyəsində, Gülbar adlı arxın kənarında əkinçiliklə məşğul olur, üşr və bəhrəni torpaq saHibinə verir. Oymağın gəliri 39.000 ağça idi. XVIII yüzilin önlərində Seyidmahmudlu oymağının başçısı Lütfəli ağa Heydərxan oğlu idi. Seyidmahmudlu obası Seyidmahmudlu oymağından yaranıb. Seyidmahmudlu obası XVIII yüzilin ikinci yarısında yaranıb. Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı.
Seyid Mirbabayev
Seyid Mir Tağı Mirbabayev (1867, Bakı – 1953, Tehran) — XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan xanəndəsi, neft sənayeçisi. Seyid Mirbabayevin prototipi bəstəkar Cahangir Cahangirovun "Xanəndənin taleyi" (1978) operasında yaradıb. == Həyatı == Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə "Qrammofon" şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı. Xanəndə toylarda da oxumuşdu. Toyların birində Seyid Mirbabayev elə oxumuşdu, ki ona "Bala Şoranlıq" deyilən yerdə neft quyusu hədiyyə eləmişdilər. Tezliklə Mirbabayevin "Bala Şoranlıq" quyudan neft fontanı vurdu və xanəndə millionçu oldu. Neft sənayesinin nümayəndələri və milyonerlərdən biri olan Mirbabayev musiqi fəaliyyətindən uzaqlaşır.
Seyid Mürtəza
Seyid Məmiş
Seyid Məmiş — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. == Tarixi == Seyid Məmiş kəndi rayondan 1920 km şiaml-qərbdə, Səlim çayının sahilində, rayondakı Ağkənd kəndinin yaxınlığında yerləşirdi. Toponim seyid nəsil adı ilə Məmiş şəxs adı əsasında yaranmışdır. «Seyid nəslindən olan Məmişin kəndi» mənasını bildirir. Antorpotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Seyid Məmiş kəndi 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Kənd oradakı "Seyid Məmiş piri"nin adı ilə adlandırılmışdır.
Seyid Rəzi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ərəb. الشريف الرضي‎; ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. == Həyatı == O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır.
Seyid Səbri
Seyid Səbri Əsədli — 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi-alim, “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin fəal üzvü, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxmış elm xadimi; == Həyatı == Seyid Səbri 7 avqust 1896-cı ildə Naxçıvan şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atası Mirsadıq Əsədli özü təhsilsiz olsa da, oğlu Səbri yeddi yaşına çatanda onu Naxçıvan şəhər məktəbinə qoymuşdur. Səbri məktəbdə oxuya-oxuya həm də qəzet-jurnal satmaqla məşğul olurmuş. 15 yaşında atasını itirmiş və bir sıra çətin işlərdə işləmək məcburiyyətində qalmışdır. Arxiv sənədlərindən aydın olur ki, 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Seyid Səbri Naxçıvan Xalq Maarif Komissarlığında kuryer (1920-1922), Naxçıvan Şəhər Məhkəməsində iş icraçısı (1922-1923), Naxçıvan şəhər Duzdağ mədəni işçiləri məktəbində müəllim (1924-1925), Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsində iqtisadçı (1925-1927) vəzifələrində işləmişdir. === Təhsili === 1927-ci ildə Seyid Səbri Bakı Dövlət Universitetinə təhsil almağa göndərilir. 1931-ci ildə buranı bitirən Seyid Səbri 1931-1932-ci illərdə ikiillik Bakı Plan İqtisad İnstitutunun İqtisad-maliyyə fakültəsində təhsilini davam etdirərək mühasib-iqtisadçı ixtisasına yiyələnir. Ali təhsil aldıqdan sonra S.Səbri artıq bir mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Arxiv sənədlərində onun institutu bitirdikdən vəfatınadək müxtəlif idarə və təşkilatlarda inspektor, iqtisadçı, mühasib, baş mühasib, müfəttiş vəzifələrində işləməsi göstərilmişdir. Seyid Səbri 1974-cü ildə 80 yaşında vəfat etmişdir.
Seyid Yusifli
Seyid Yusifli (əvvəlki adı: Canavarlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bərdə Azərbaycanın cənub-qərb bölgəsində, paytaxt Bakıdan 340 km. məsafədə yerləşir. Seyid Yusif bu kənddə yaşayıb və xeyirxah bir insan olub. Ona görə də kənd sakinləri kəndə Seyid Yusifin adının verilməsini istəyiblər. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Canavarlı kəndi Seyid Yusifli kəndi adlandırılmışdır. Kəndin adı 25 aprel 2008-ci ilə qədər Canavarlı adlanıb. Qarabağ düzündədir. Kəndin ərazisi keçmişdə meşəlik olmuşdur. Güman edildiyinə görə, ərazidə çoxlu canavar olduğundan kənd bu adı almışdır.
Seyid Şuşinski
Seyid İbrahim oğlu Şuşinski (12 aprel 1889, Horadiz – 1 noyabr 1965, Bakı) — Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956). Cabbar Qaryağdıoğlu tərəfindən "Şərq musiqisinin incisi" adlandırılıb. == Həyat və yaradıcılığı == Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Atasını uşaq yaşlarından itirdiyindən onun tərbiyəsi ilə dövrünün savadlı və açıqfikirli qadını, xalası Məşədi Nurzad məşğul olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu. Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı.
Seyid Əhmədli
Yuxarı Seyidəhmədli
Yetim Seyid
== Həyatı == Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. == Yaradıcılığı == BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı. Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı. Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı. ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.
Seyid Qütb
Seyid İbrahim Hüseyn Qütb (9 oktyabr 1906 – 29 avqust 1966, Qahirə), xalq arasında Seyid Qütb kimi tanınan Misir yazıçısı, pedaqoq, İslam alimi, qutbizmin banisi, inqilabçı və şairdir. O, 1950-1960-cı illərdə Misirdə Müsəlman Qardaşların aparıcı üzvü olub. 1966-cı ildə o, Misir prezidenti Camal Əbdül Nasirə qarşı sui-qəsd hazırlamaqda təqsirli bilinib və asılaraq edam edilib. O, Əl-Qaidə və İŞİD kimi qlobal cihadçı təşkilatların ideoloji köklərini dəstəkləyən dini-siyasi doktrina olan "sələfi cihadçılığının atası" hesab olunur. 24 kitabın 30-a yaxın kitabı müxtəlif səbəblərdən (əsasən dövlət tərəfindən məhv edilmiş) çap olunmamış və minimum 581 məqalənin, o cümlədən romanlar, ədəbi-bədii tənqid və maarifləndirici əsərlərin müəllifi, dünyanın, məxsusən İslam dünyası, xüsusən də "Sosial Ədalət" və Məalim fi əl-Tariq ("Yoldakı İşarələr") kitablarında İslamın ictimai və siyasi rolu ilə bağlı fəaliyyətilə tanınır. Onun şah əsəri Fi Zilal əl-Quran ("Quranın kölgəsində") adlı Quranın 30 cildlik təfsiridir. Qütbün yaxın ətrafı nüfuzlu siyasətçilər, ziyalılar, şairlər və ədəbiyyat xadimlərindən ibarət idi. 1940-cı illərin ortalarında onun bir çox yazıları məktəb, kollec və universitetlərin tədris proqramlarına daxil edilib. Müşahidələrinin və tənqidlərinin əksəriyyəti müsəlman dünyasına yönəlsə də, Qütb həm də ABŞ cəmiyyətini və mədəniyyətini ciddi şəkildə rədd etməsi ilə tanınır, onu materialist, cinsi həzzlərə aludəçilik və zorakılıq kimi qiymətləndirirdi.. O, zorakı, təcavüzkar cihadı müdafiə edirdi.
Mehdi Seyid Salehi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Mehdi Seyid Salihi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Mirzə Seyid Həsən
Mirzə Seyid Həsən (d. 25 yanvar 1655, İsfahan, Səfəvi imperiyası - ö. 27 dekabr 1715, İsfahan, Səfəvi imperiyası) — ana tərəfdən Səfəvi sülaləsinə mənsub şahzadə və üləma. == Həyatı == Onun atası Xəlifə sultan əl-Hüseyni yüksək rütbəli dövlət xadimi olmu, I Abbasın, I Səfinin və II Abbasın dövrlərində baş vəzir vəzifəsində çalışmışdır. Anası isə Səfəvi sülaləsindən olan Xanağa Bəyim idi. 1632-cı ildə Mirzə Seyid digər 3 qardaşı ilə birlikdə I Səfi (1629–1642) tərəfindən kor edilmişdir. Şah ona qarşı sülalə üzvlərinin çevriliş edə biləcəyindən qorxmaqda idi. Kor edildiyinə görə Mirzə Seyid Həsən dövlət orqanlarında heç bir vəzifə tuta bilməmişdir. Buna görə də dini dairələrə yönəlmiş və öz dövrünün güclü üləmalarından biri olmuşdur. Bilinməyən tarixdə Səfəvi sülaləsinə mənsub şahzadələrdən biri olan Zübeydə Xanımla evlənmişdir.
Məcid Seyid Əhməd
Məcid Seyid Əhməd (ərəb. ماجد السيد أحمد‎; Suriya) — Suriya Silahlı Qüvvələrindən Azad Suriya Ordusuna fərarilik edən polkovnik-leytenant. Cənub Cəbhəsi üzrə Əməliyyat Administrasiyasının rəhbəri vəzifəsini daşıyır və eyni zamanda Quta Komandolar Briqadasının başçısıdır. O, hal-hazırkı vəzifəsinə 2012-ci ilin dekabrında Türkiyədə keçirilən bir konfrans zamanı seçilmişdir.
Hacı Seyid Hüseyn Təbrizi
Hacı Seyid Hüseyn Təbrizi (1841-1917) — XIX-XX əsr Azərbaycan şairi. == Həyatı == Seyid Hüseyn 1841-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şahzadə Müzəffərəddin mirzə Qacara xidmət etmişdi. Əbdülmülk ləqəbini daşıyırdı.Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. Ünlü bioqraf Mirzə Məhəmmədəli xan Tərbiyyət yazır: "Hacı Seyid Hüseyn, Şamqazandan, hicri qəməri XIV (XIX-XX) əsr ədiblərindəndir. O, hicri qəməri 1257 (1841)-ci ildə anadan olmuş və hicri qəməri 1336 (1917)-cı ildə vəfat etmişdir. Aşağıdakı beyti gözü sağaldıqdan sonra amerikalı doktor Homs haqqında demişdir. Hacı Seyid Hüseyn Təbrizi Məşrutə hərəkatında iştirak etmişdi. Hacı Seyid Hüseyn Təbrizi 1917-ci ildə vəfat edib.
Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə
Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai (1861-1933) — İranın ictimai-siyasi xadimi. == Həyatı == Hacı Seyid Nəsrulla xan Mirzə Rəfi oğlu Diba-Təbatəbai 1861-ci ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atası Məhəmmədrəfi Nizamülüləmadan almışdı. Sonra mədrəsədə oxumuşdu. Müzəffərəddin mirzə Cənubi Azərbaycanın valisi olarkən Nəsrulla xanı sarayına dəvət etmişdi. Münşibaşı vəzifəsində çalışmışdı. Şah Tehrana gedəndən sonra onu dövlət torpaqlarının (xalisəcat) rəisi vəzifəsinə təyin etmişdi. Əvvəlcə Nasirəssəltənə ləqəbini daşıyırdı. Hacı Seyid Nəsrulla xan Dəbirəssəltənə 1933-cü ildə vəfat edib. == Ailəsi == == Mənbə == Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.
Hacı Seyid Zeynalabdin Rəhimzadə
Hacı Seyid Zeynalabdin Rəhimzadə (?-?)—İran Milli Məclisinin üzvü, siyasətçi. == Həyatı == Hacı Seyid Zeynalabdin Seyid Məhəmmədrəhim oğlu Təbriz şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi. Atası və əmisi Hacı Məhəmməd ağa Xoyi də Təbrizin birinci gildiya tacirlərindən idi. Hacı Seyid Zeynalabdin Rəhimzadə siyasi həyata atılmış, Azərbaycan əyalətindən bir neçə dəfə İran Milli məclisinə nümayəndə seçilmişdi. Hacı Seyid Zeynalabdinin Murtuza adlı oğlu vardı.
Hacı Seyid ağa Əmirzadə
Hacı Seyid ağa Əmirzadə — Azərbaycan şairi "Əkinci" qazetinin fəallarından. == Həyatı == Hacı Seyid Rzanın əsil vətəni Xoy şəhəridir. Bir zaman orada iqamət etdikdən sonra təəhhül ixtiyar edib, İrəvanı özü üçün ikinci vətən ittixaz qılmışdır. Hacı Seyid Rza "Əkinçi"yə İrəvandan əxbarnəvis olub, nəsr ilə yazılmış bəzi məktubatı, onların cümləsindən nəzm ilə yazılmış bir məktubu dəxi "Əkinçi"də dərc olunmuşdur.
Heydər Seyidov
Heydər Mirabbas oğlu Seyidov (1884, Şahtaxtı, Naxçıvan qəzası – 17 aprel 1953, Naxçıvan rayonu) — 1884-cü ildə, Şərur-Dərələyəz mahalında anadan olmuşdur. 1953-cü il aprelin 17-də Naxçıvanda (indiki Kəngərli rayonunda) vəfat etmişdir. 1949-cu ildə Sovet Azərbaycanın heyvandarlıq üzrə, Sosialist Əməyi Qəhrəmanı medalına layiq görülmüşdür. == Həyatı == 1928-ci ildə keçmiş Noraşen (indiki Şərur) rayonunda, Beria kolxozunda (sonradan "Azərbaycan kolxozu") çobanlıq fəaliyyətinə başladı. Sonradan baş çoban seçildi. Onun rəhbərliyi ilə 1948-ci ildə heyvandarlıq sahəsində yaxşı nəticələr əldə edildi. Yüksək heyvandarlıq məhsuldarlığına görə Seyidov Heydər Mirabbas oğlu 24 iyun 1949-cu ildən SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Oraq və Çəkic" medalı, "Sosialist Əməyi Qəhrəmanı" və "Lenin ordeni" mükafatlarına layiq görüldü. == Mənbə == Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi.
Hüseyn Seyidzadə
Hüseyn Əli oğlu Seyidzadə (15 oktyabr 1910, İrəvan, İrəvan quberniyası, Rusiya imperiyası – 2 iyun 1979, Bakı) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1970). Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifidir. == Həyatı == Hüseyn Mirəli oğlu Seyidzadə 1910-cu il, oktyabrın 15-də İrəvanda anadan olmuşdur. Həsən Seyidovun kiçik qardaşıdır. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlamış, sonra fəhlə teatrına daxil olmuş, aktyor köməkçisi kimi fəaliyyət göstərmişdir. Bir ildən sonra o, Gənc işçi teatrının aktyoru olmuşdur. 1930-cu ildə Leninqradda rejissorluq kursunu bitirmiş və Bakıya qayıtmışdır. 1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. 1938-ci ildə "Bakılılar", "Böyük şəfəq", 1939-cu ildə "Ayna" filmlərinin çəkilişində rejissorluq etmişdir. Sonra o, "Lenfilm" studiyasında öz peşəsini təkmilləşdirmişdir.
Kakabay Seyidov
Kakabay Seyidov (20 mart 1971, Türkmənistan) — Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən); Türkmənistan Dövlət İdman Komitəsinin sabiq sədri. == Fəaliyyəti == 2016-cı ilin sentyabr ayında Türkmənistan Dövlət İdman Komitəsinin sədri vəzifəsindən azad edilib və Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Kamal Seyidov
Kamal Mirhəbib oğlu Seyidov (5 mart 1934 – bilinmir) — səs operatoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Kamal Mirhəbib oğlu Seyidov 5 mart 1934-cü ildə anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutundan məzun olub (1966). == Fəaliyyəti == 30-a yaxın filmin dublyajında, 70-dən çox filmin səs operatoru olmuş və "Mozalan" jurnalının bir çox süjetlərində işləyib. == Ad və mükafat == Azərbaycanın əməkdar mədəniyyət işçisi (18 dekabr 2000) Azərbaycan Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi illik mükafat (2016) == Filmoqrafiya == Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) (qısametrajlı sənədli film) Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) Şərikli çörək (film, 1969) (tammetrajlı bədii film) Aslan və iki öküz (film, 1970) (cizgi filmi) Ayı və siçan (film, 1970) (cizgi filmi) Bizim 416 (film, 1970) (qısametrajlı sənədli film) Mənim Xəzərim (film, 1970) (qısametrajlı sənədli film) Gün keçdi (film, 1971) (tammetrajlı bədii film) Tülkü həccə gedir (film, 1971) (cizgi filmi) Xatirələr sahili (film, 1972) (tammetrajlı bədii film) Mahnı qanadlarında (film, 1972) (tammetrajlı musiqili film) Bizim küçənin oğlanları (film, 1973) (tammetrajlı bədii film) Bulud niyə ağlayır? (film, 1973) (cizgi filmi) Cırtdanın yeni sərgüzəşti (film, 1973) (cizgi filmi) Dağlarda işıq (film, 1973) (qısametrajlı sənədli film) Dənizə çıxmaq qorxuludur (film, 1973) (qısametrajlı bədii film) Baladadaşın ilk məhəbbəti (film, 1974) (qısametrajlı bədii film) Pıspısa xanım və Siçan bəy (film, 1974) (cizgi filmi) Şahzadə-qara qızıl (film, 1974) (cizgi filmi) Maestro Niyazi (film, 1975) (qısametrajlı sənədli film) Şah və xidmətçi (film, 1976) (cizgi filmi) Ürək... Ürək... (film, 1976) (tammetrajlı bədii film) Kirpi balası və alma (film, 1977) (cizgi filmi) Sevinc buxtası (film, 1977) (tammetrajlı bədii film) Toplan və kölgəsi (film, 1977) (cizgi filmi) Arvadım mənim, uşaqlarım mənim (film, 1978) (kinoalmanax) Dissonans (film, 1978) (qısametrajlı sənədli film) Qara Qarayev-60 (film, 1978) (qısametrajlı sənədli film) Sirk mənim həyatımdır (film, 1978) (qısametrajlı sənədli film) Sonrakı peşmançılıq (film, 1978) (cizgi filmi) Vahid bayraq altında (film, 1978) (qısametrajlı sənədli film) Diplom işi (film, 1979) (qısametrajlı bədii film) Sehrlənmiş küpə (film, 1979) (cizgi filmi) Yarımçıq qalmış mahnı (film, 1979) (tammetrajlı bədii film) Xeyir və Şər (film, 1980) (cizgi filmi) Qızıl uçurum (film, 1980) (tammetrajlı bədii film) Vah!.. (film, 1980) (qısametrajlı bədii film) Əgər sən romantikanın ünvanını axtarırsansa...
Mir Cəfər Seyidzadə
Mir Cəfər Seyid Əzim oğlu Seyidzadə (1852-1937)-pedaqoq, Seyid Əzim Şirvaninin oğlu == Həyatı == Mir Cəfər Seyid Əzim oğlu Seyidzadə 1852-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı.
Mir Hidayət bəy Seyidov
Mir Hidayət bəy Seyidov (2 aprel 1887, Yelizavetpol – 23 fevral 1919, Ordubad, Naxçıvan qəzası) — azərbaycanlı siyasi xadim, müsavatçı, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədr müavini. İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub. == Həyatı == Mir Hidayət bəy Mir Adil oğlu 1887-ci ildə Gəncədə anadan olub. 1906-cı ildə Gəncə gimnaziyasını bitirəndən sonra Kazan Universitetinə daxil olaraq burada hüquq təhsili almağa başlayıb., lakin 1907-ci ildə eserlərin döyüş dəstəsinə üzv olmaqda ittiham edilərək həbs edilib və universitetdən qovulub. Üç dəfə əfv üçün müraciət etdikdən sonra azad olunub. Daha sonra Azərbaycana geri qayıdıb. 1914-cü ildə ruslar Ərzurumu işğal etdikdən sonra Mir Hidayət bəy Seyidov Azərbaycanda xalqı təşkilatlandıraraq illərlə Ərzurumun müdafiəsinə kömək göndərib. İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olur. Sonralar Tiflisə gedərək Zaqafqaziya Seymində Müsəlman Fraksiyasının üzvü olur. 1918-ci ilin mayın 27-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında sədr müavini olub.
Mir Məmmədrza Seyidəliyev
Seyidəliyev Mir Məmmədrza Abutalıb oğlu (1898, Şamaxı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Mir Məmmədrza Seyidəliyev 1923-cü ildə Türkiyəyə qaynatası Ələsgər bəy Mahmudbəyovun yanına getmişdi. Mir Məmmədrza Alya xanım Ələsgər bəy qızı Mahmudbəyova ilə ailə qurmuşdu.
Mir İsmayıl Seyidzadə
Seyidzadə Mir İsmayıl Seyid Əhməd oğlu (30 yanvar (11 fevral) 1896, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 13 fevral 1982, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Mir İsmayıl Seyidzadə Lənkəran kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik İnstitutunun Elektrotexnika şöbəsində 2-ci kursadək oxumuş, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında Seyidzadənin təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Mircəfər Seyidov
Seyidov Mircəfər Əyyub oğlu — azərbaycanlı yazıçı və jurnalist. == Həyatı == Mircəfər Əyyub oğlu Seyidov 1952-ci il 22 fevral tarixində anadan olmuşdur. 1969-cu ildə Bərdə şəhər 5 nömrəli orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Filologiya fakültəsini bitirmişdir. 1975-ci ildə ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Daha sonra uzun müddət “Bərdə” (“Kommunizm yolu”) qəzetində ədəbi işçi, müxbir, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır. 1995-1998-ci illərdə “Üzbəüz” qəzetinin təsisçisi və baş redaktoru olmuşdur. Sonrakı illərdə “Elm” qəzetinin və “Elm” nəşriyyatının redaktoru, Bakı Biznes Universitetində mətbəə direktoru vəzifələrində çalışmışdır. 2014-2023-cü illərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi olmuşdur. Müxtəlif illərdə "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində və digər mətbu orqanlarda hekayə, şeir və esseləri dərc olunub. 1980-1985-ci illərdə iki ədəbi almanaxda hekayələri nəşr edilib.
Mircəlil Seyidov
Mircəlil Seyidov (1948, Naxçıvan) — Azərbaycanın əməkdar rəssamı. == Həyatı == 1948-ci ilində Naxçıvan şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirib. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 1999-2004-cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin də müəllimi kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə dünyasını dəyişmişdir. == Yaradıcılığı == Bütün tabloları bədii kamilliyi və orijinallığı ilə seçilir. "Qaçqınlar", "Əzab çəkmiş qoca", "Həsrət" adlı əsərlərində bir milyondan artıq qaçqının yaşadığı sarsıntıları, insan faciəsini əks etdirir.
Mirdamət Seyidov
Mirdamət Ağamir oğlu Seyidov (25 aprel 1922, Qızılca, Gəncə qəzası, Azərbaycan SSR, ZSSRFİ, SSRİ – 4 noyabr 2012, Qızılca, Göygöl rayonu) — İkinci dünya müharibəsi dövründə Yuqoslaviyada və İtaliyada Xalq Müqavimət hərəkatı iştirakçısı, partizan və SRRİ ordusu polkovniki. == Qəhrəmanlığı == Mirdamət Ağamir oğlu Seyidov 25 aprel 1922-ci ildə indiki Göygöl rayonunun Qızılca kəndində anadan olmuşdur. Olduqca kasıb bir ailədə böyüyən Mirdamət sonralar tibb təhsili almışdır. İkinci Dünya müharibəsi başlayanda Mirdamətin 19 yaşı var idi. Müharibənin ilk günlərindən cəbhəyə getmiş; amma almanlara əsir düşmüşdür. Daxau ölüm düşərgəsində olan Mirdamət Seyidov buradakı insan tonqalının şahidi olub. 1943-cü ildə faşistlərin Almaniyanın Ştrans əsir düşərgəsindən İtaliyaya, Triestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlardan biri də Mirdamət Seyidov idi. Sonralar düşmənin yaratdığı hərbi legionundan qaçmağı bacaran döyüşçü partizanlara qoşulmuşdur. Mirdamət Seyidov İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti və kəşfiyyatçısı kimi xidmət etmişdir.
Mirhüseyn Seyidov
Mirhüseyn Seyidov (10 avqust 1992[…], Şərur, Naxçıvan Muxtar Respublikası) — azərbaycanlı keçmiş futbolçu. == Həyatı == Mirhüseyn Seyidov Naxçıvanın Şərurda anadan olub. Doğma rayonda futbolla məşğul olan Mirhüseyn 15 yaşında Bakıya gəlib. Paytaxtda İnter klubuna qəbul olunan Seyidov 6 ay aşağı yaş qrupu üzrə komandada çıxış eləyib. Daha sonra İslam Kərimovun dəvəti ilə Neftçiyə keçib. Bir neçə il əvəzedici heyətdə çıxış edən futbolçu ötən mövsümdən əsas komandaya cəlb olunub.
Mirhəsən Seyidov
Mirhəsən Mirheydər oğlu Seyidov (15 iyul 1989, Sumqayıt) — Neftçala Rayon İcra Hakimiyyətinin başçısı (05 mart 2020 – h.h), İrəli İctimai Birliyinin keçmiş sədri (2014–2020). == Həyatı == Mirhəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995-ci ildən etibarən Bakı şəhəri 287 nömrəli "Zəkalar" liseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən Mirhəsən Seyidov 2012–2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib. 2010 −2011-ci illər ərzində hərbi xidmətini başa vurmuşdur. == İctimai fəaliyyəti == İctimai fəaliyyətinə 2005-ci il iyun ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında başlamış, sentyabrdan etibarən isə Gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərmişdir. 2006-cı il yanvar ayından etibarən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)–da Regionlarla iş üzrə departament sədri vəzifəsini daşımışdır və region layihələrinin idarə olunması, yerli gənclər və idman idarələri ilə iş, yerli təhsil idarələri-universitet və məktəblərdə layihələrin keçirilməsi, region hesabatların hazırlanması kimi işləri həyata keçirmişdir.
Mirhəşim Seyidov
Hacı Mirhəşim Miryaqub oğlu Seyid və ya Mirhəşim Miryaquboğlu Seyidov(13 yanvar 1962, Xok, Noraşen rayonu) – Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, 2-ci dərəcə dövlət müşaviri; hüquqşünas. == Həyatı == Hacı Mirhəşim Miryaqub oğlu Seyid 1962-ci il yanvarın 13-də Naxçıvan Muxtar Respublikasının Şərur (indiki-Kəngərli) rayonunun Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1984-cü ildə Şərur rayon İcraiyyə Komitəsində başlamış, 1994-cü ilədək rayonun ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1995–2000-ci illərdə birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. 24 yanvar 2001-ci ildən Milli Məclis Aparatında işləyir. 2001–2010-cu illərdə Sosial qanunvericilik şöbəsində böyük məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini, 2010–2016-cı illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini, dekabr 2016 — may 2020-ci illərdə Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, may 2020-ci ildən Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli Sərəncamı ilə 3-cü dərəcə dövlət müşaviri, 19 iyun 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Parlament" medalı ilə təltif olunmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mirhəşim Seyidov (20 Yanvar şəhidi)
Mirhəşim Seyidov (siyasətçi, 1962)

Digər lüğətlərdə