Şahin Seyidzadə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şahin Seyidzadə
Vəzifədədir
3 mart 2022-ci ildən
ƏvvəlkiƏsgər Ələkbərov
10 mart 2020 – 17 mart 2022
Seçki dairəsi2020 — 50 saylı Abşeron-Qobustan
ƏvvəlkiZeynəb Xanlarova
Şəxsi məlumatlar
Doğum adı Şahin Kamil oğlu Seyidzadə
Doğum tarixi 15 aprel 1978(1978-04-15) (46 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Bakı Dövlət Universitetinin 100 illiyi" yubiley medalı
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
seyidzade.az

Şahin Kamil oğlu Seyidzadə (15 aprel 1978, Bakı) — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri.

Həyatı

Şahin Kamil oğlu Seyidzadə 1978-ci il aprelin 15-də Bakıda anadan olub.

Ailəlidir, iki övladı var.

İngilis və Rus dillərində sərbəst danışa bilir.

Təhsili

1995-ci ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib.

2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib.

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin İdarəetməsi" ixtisası üzrə magistr dərəcəsini alıb.

2007-ci ildə Rusiya Federasiyası Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb.

2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsini alıb.

İctimai fəaliyyəti:

  • 1999-2019-ci illərdə müxtəlif ictimai təşkilat, layihə, proqram və təşəbbüslərin rəhbəri olub.
  • 2012–2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri olub.
  • 2012–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub.
  • 2019-2022-cu illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən həyata keçirilən "Sosial layihələr" müsabiqəsinin rəhbəri olub.
  • 2022-ci ildən Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvüdür.

Əmək fəalliyəti:

Bir neçə biznes sahələrində rəhbər vəzifələrində çalışıb.

2015-2020-ci illər -  Azərbaycan Respublikası Təhsil Nazirliyinin "SABAH qrupları"nın İcra Komitəsinin rəhbəri olub.

9 fevral 2020-ci il – 3 mart 2022-ci il - 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Elm və Təhsil, Gənclər və idman komitələrinin, həmçinin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü olub.

3 mart 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Pedaqoji fəaliyyəti:

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.

Mükafatları:

28 yanvar 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər