Anatoliy Rafailov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Anatoliy Rafailov
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsi2020 — 53 saylı Quba-Qusar
ƏvvəlkiYevda Abramov
Şəxsi məlumatlar
Doğum tarixi 5 fevral 1953(1953-02-05) (71 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi həkim, siyasət

Təltifləri "Şöhrət" ordeni — 2023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Rafailov Anatoliy Xaimoviç (5 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı.

Həyatı

1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir.

4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.[1]

İstinadlar

  1. "A.X.Rafailovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.