Azərbaycan–ABŞ münasibətləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan-ABŞ münasibətləri
Azərbaycan və ABŞ
 Azərbaycan  ABŞ
ABŞ-nin Azərbaycan Respublikasınındakı Səfirliyi
Səfir Mark Libbi?![1]
Ünvan Bakı, Azadlıq pr., 111 AZ 1007
Azərbaycan Respublikasının ABŞ-nindakı Səfirliyi
Səfir Xəzər İbrahim
Ünvan Vaşinqton, 34th küç, N.W., 2741 DC 20008
Digər
Quruluş tarixi 28 fevral 1992
Dövriyyə 0,570 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–ABŞ münasibətləriAzərbaycan RespublikasıABŞ arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyi 1992-ci ilin martında, ABŞ-nin Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Krasnovodskaya küçəsi 8 ünvanında ABŞ-nin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə vitse-konsul Randolf rəhbərlik etmişdir.[2]

Azərbaycan Respublikası 1992-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradılmışdır. Hazırda, ABŞ-nin Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-də bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir.

Yüksək səviyyəli qarşılıqlı səfərlər

[redaktə | vikimətni redaktə et]

Dövlət başçıları

[redaktə | vikimətni redaktə et]
  • 1997-ci il 29 iyul −1 avqust — Prezident H. Əliyevin rəsmi səfəri
  • 2003-cü il 23–27 fevral — Prezident H. Əliyevin işgüzar səfəri
  • 2006-cı il 25–28 aprel — Prezident İ. Əliyevin rəsmi səfəri

Hökumət başçıları

[redaktə | vikimətni redaktə et]
  • 1997-ci il 19–23 may — Baş Nazir A. Rasi-zadənin rəsmi səfəri
  • 2003-cü il 25 avqust — Baş Nazir İ. Əliyevin rəsmi səfəri
  • 2008-ci il 3–4 sentyabr — Vitse-Prezident D. Çeyninin rəsmi səfəri
  • 1995-ci il aprel — Energetika Naziri H. R. O’Lirinin səfəri
  • 1999-cu il 18 avqust — Energetika Naziri B. Riçardsonun səfəri
  • 2001-ci il 15 dekabr — Müdafiə Naziri D. Ramsfeldin səfəri
  • 2002-ci il 17 sentyabr — Energetika Naziri S. Abrahamın səfəri
  • 2003-cü il 3 dekabr — Müdafiə Naziri D. Ramsfeldin səfəri
  • 2004-cü il 20–26 mart — Müdafiə Naziri S. Əbiyevin səfəri
  • 2004-cü il 19–24 iyul — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri
  • 2004-cü il 12 avqust — Müdafiə Naziri D. Ramsfeldin səfəri
  • 2004-cü il 1–6 dekabr — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun səfəri
  • 2004-cü il 5–9 dekabr — Milli Təhlükəsizlik naziri E. Mahmudovun işgüzar səfəri
  • 2005-ci il 12 aprel — Müdafiə Naziri D. Ramsfeldin səfəri
  • 2005-ci il 1–3 avqust — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri
  • 2005-ci il 29 noyabr — Maliyyə Naziri Ə. Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri
  • 2006-cı il 6–7 aprel — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri
  • 2007-ci il 20–23 mart — Xarici İşlər Naziri E. Məmmədyarovun rəsmi səfəri
  • 2007-ci il 25 fevral-4 mart — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun səfəri
  • 2008-ci il 11–14 noyabr — Energetika Naziri S. Bodmanın səfəri
  • 2008-ci il 16–18 noyabr — Maliyyə Naziri S. Şərifovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri
  • 2009-cu il 5 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri
  • 2010-cu il 6 iyun — Müdafiə Naziri R. Qeytsın səfəri
  • 2010-cu il 4 iyul — Dövlət Katibi H. Klintonun rəsmi səfəri
  • 2011-ci il 18–27 may — Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə. Abbasovun işgüzar səfəri
  • 2011-ci il 31may-3 iyun — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri
  • 2012-ci il 19–28 sentyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri
  • 2012-ci il 19–25 oktyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri
  • 2012-ci il 9–23 yanvar — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri
  • 2012-ci il 2–5 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri
  • 2012-ci il 18–22 may — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri
  • 6 iyun 2012 — H. Klintonun resmi səfəri
  • 2012-ci il 18–22 sentyabr — Xarici İşlər Naziri E. Məmmədyarovun işgüzar səfəri

Parlamentlərarası əlaqələr

[redaktə | vikimətni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri İlham Əliyev olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən Səməd Seyidov işçi qrupunun rəhbəridir[3]. İşçi qrupa Milli Məclisin 10 üzvü daxildir.

ABŞ Konqresində isə "Azərbaycan üzrə İşçi Qrupu" (24 mart 2004-cü ildən) fəaliyyət göstərir.

Stiv Şabot (R-OH) və Stiv Koen (D-TN) Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədrləridir. İşçi qrupa Konqresin 49 üzvü daxildir.

Azərbaycanın Milli Məclisi və ABŞ Konqresi arasında qarşılıqlı səfərlər və görüşlər həyata keçirilir. Son dövrlərdə, xüsusilə də 2018 və 2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, millət vəkili Səməd Seyidov, millət vəkilləri Sahibə QafarovaAsim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərlərdə olmuşdur. Həmçinin 2018-ci ildə ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri Konqres üzvü Robert Qudlatın rəhbərlik etdiyi nümayəndə heyəti regiona səfər çərçivəsində Azərbaycanda olmuşdur. Nümayəndə heyətinə, həmçinin Konqres üzvləri Mayk Bişop, Kenni Merçant, Con Körtis, Kris Stüart, Henri Kuellar daxil olmuşdur. Nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xarici işlər və vergilər nazirləri ilə görüşləri keçirilmişdir. Bu səfərlə yanaşı, 2018-ci ildə Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Xüsusi Komitənin sədri Devin Nunes və Komitənin üzvü Erik Alan Krouford Azərbaycanda səfərdə olmuşdur[5].

Müqavilə-hüquq bazası

[redaktə | vikimətni redaktə et]

Bu günə kimi, iki ölkə arasında 75 sənəd imzalanmış və genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılmışdır.

İqtisadi əlaqələr

[redaktə | vikimətni redaktə et]

Enerji sahəsində əməkdaşlıq

[redaktə | vikimətni redaktə et]

Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən məhsuldar əməkdaşlıq uğurlu tarixçəyə malikdir. Belə ki, 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Çünəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə "Əsrin müqaviləsi"ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan bəri ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində də ABŞ-nin Şevron və Ekson şirkətləri yer almışdır.

ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini, xüsusilə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsini dəstəkləyir. Bu xüsusda ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bildirmişdir ki, ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiqdir və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəkləyir. "Mən Azərbaycanın Xəzər dənizindən enerji resurslarının inkişafı və ixracı da daxil olmaqla qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirirəm".

Əmtəə dövriyyəsi (min doll.)

[redaktə | vikimətni redaktə et]
İl İxrac İdxal Ümumi dövriyyəsi
2020[6] 24 935,81 635 916,99 660 852,8
2021[7] 75 147,26 442 411,44 517 558,7
2022[8] 90 337,86 479 820,95 570 158,81

Səfirliklər və konsulluqlar

[redaktə | vikimətni redaktə et]

Azərbaycanın ABŞ-də:

  • Vaşinqtonda Azərbaycan səfirliyi
  • Los-Ancelesdə Konsulluq ABŞ-nin Azərbaycanda:
  • Bakıda ABŞ səfirliyi

ABŞ azərbaycanlıları

[redaktə | vikimətni redaktə et]
border=none Əsas məqalə: ABŞ azərbaycanlıları

İdman sahəsində əməkdaşlıq

[redaktə | vikimətni redaktə et]
1994 FİFA Dünya Kubokuna həsr olunmuş Azərbaycan poçt markası (1994)

Futbol qarşılaşmaları

[redaktə | vikimətni redaktə et]
  1. İlham Əliyev ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  2. Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri Arxivləşdirilib 2018-05-27 at the Wayback Machine. axc.preslib.az (az.)
  3. Yuxarıda get: 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  4. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az  (az.)
  5. "Azərbaycan ABŞ münasibətləri" (az.). mfa.gov.az. 2021-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
  6. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-25.
  7. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-25.
  8. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]