Aişə Sultan (ərəb. عیسائی بن احمد سلیمان, 11 oktyabr 1715 və ya dekabr 1718, Konstantinopol – 9 iyul 1775, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. Eyni illərdə yaşayan əmisi II Mustafanın qızı Aişə Sultanla qarışdırılmaması üçün Kiçik Aişə Sultan olaraq anılır.
Aişə Sultan | |
---|---|
ərəb. عیسائی بن احمد سلیمان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 oktyabr 1715 və ya dekabr 1718 |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyul 1775 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | III Əhməd |
Anası | Əminə Qadınəfəndi |
Həyat yoldaşları |
Kürəkən Mehmed Paşa Əhməd Ratib Paşa Silahdar Mehmed Paşa |
Uşağı | Ruqiyə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Aişə Sultan 1713-cü ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası dövrün Osmanlı sultanı III Əhməd, anası isə xanımlarından Əminə Qadınəfəndidir. 1724-cü ildə hələ 11 yaşında ikən atasının silahdarı Mehmed Paşayla nişanlandı. Nişan mərasiminin ardından Mehmed Paşa Rumeli bəylərbəyi təyin edildi. Toy mərasimi isə 22 may 1728-ci ildə Topqapı sarayında baş tutdu. 1730-cu ildə baş verən Patrona Xəlil üsyanı nəticəsində sədrəzəm Nevşəhərli İbrahim Paşa edam edilmiş, atası Sultan Əhməd isə taxtdan endirilmişdi. Həmin ilin oktyabrında əri Mehmed Paşa sədarətə gətirilsə də, 3 ay sonra vəzifədən alındı və Hələb bəylərbəyliyinə gətirildi. 6 illik xidmətin ardından Hələbdə vəfat etdi.
İlk ərinin vəfatından sonra Aişə Sultan 1740-cı ildə sabiq sədrəzəm Topal Osman Paşanın oğlu Əhməd Ratib Paşa ilə nişanlandı və toy mərasimi 1742-ci ilin dekabrında baş tutdu. Ərinin 1758-ci ildə vəfatıyla yenidən dul qaldı. Bu evlilikdən bir qızı dünyaya gəldi.
İkinci ərinin də vəfatından sonra Aişə Sultan üçüncü və sonuncu dəfə Silistrə sancaqbəyi Mehmed Paşa ilə evləndi. Toy mərasimi 16 yanvar 1759-cu ildə baş tutdu. Aişə Sultan 3 oktyabr 1776-cı ildə vəfat etdi və Yeni məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn olundu.