Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan tarixi filmlərinin və teleseriallarının siyahısı — Azərbaycan tarixi haqqında çəkilmiş Azərbaycan və xarici istehsalı filmlər və teleseriallar.
XX əsrin ilk yarısında "Neft və milyonlar səltənətində", "Qız qalası əfsanəsi", "Bakılılar", "Fətəli xan" kimi filmlər çəkilmişdir. 60-cı illərin tarixi filmləri "Koroğlu", "Yenilməz batalyon", "Bizim Cəbiş müəllim", "Dəli Kür", "Şərikli çörək", 70-ci illərinki "Yeddi oğul istərəm", "Ulduzlar sönmür", "Axırıncı aşırım", "Nəsimi", "Qatır Məmməd", "Dədə Qorqud", "Babək", 80-ci illərinki "Qorxma, mən səninləyəm", "Nizami", "Qanlı zəmi", "Qəm pəncərəsi"dir. 90-cı illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi mövzusunda "Ağ atlı oğlan", "Ümid", "Fəryad", "Arxada qalmış gələcək", "Yalan" kimi filmlər çəkilmişdir. 2000-2010-cu illərdə "Cavid ömrü", "Hökmdarın taleyi", "Cavad xan", "Dərvişin qeydləri", "Sübhün səfiri" filmləri çəkilmişdir.
Azərbaycan tarixi haqqında gürcü istehsalı "Aşıq Qərib" (1988), Türkiyə-Azərbaycan istehsalı "Mahmud və Məryəm" (2013), Böyük Britaniya istehsalı "Əli və Nino" (2015) çəkilmişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |