Corat "Cümə" məscidi[1] — Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən cümə məscidi. Məscid Sülh küçəsində yerləşir.Məscidin keçmiş Axund,İmamı isə İlahiyyatçı,Alim Hacı Sahib Məmmədov olmuşdur təəssüf ki May ayının 5də sonuncu xütbəsini edin istefa vermişdir,və yerinə isə Öz müavini Hacı Emin Həşimov təyin olunmuşdur, buna baxmayaraq kənd sakinləri keçmiş axundunu istəmiş və Hacı Eminlə bağlı iradlarını bildiriblər,Hal hazırda isə məscidə gələnlər artıq gəlmir bunun səbəbi isə kənd sakinlərinin sözünə görə Haci Emin Həşimov keçmiş axund olan Hacı Sahibi məsciddən qovması olmuşdur.
İslam | |
Cümə məscidi | |
---|---|
Haci Sahibin məscidi | |
Din | |
Statusu | Cümə məscidi |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Sumqayıt |
Yeri | Corat qəsəbəsi, Șəhid Taleh Kərimov küçəsi |
Memarlıq | |
İnşa tarixi | E.ə 409 – - |
Tikdirəni | Hacı Əli |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Hicri qəməri təqvimi ilə 409-cu ildə (XI əsr) inşa edilmişdir. Məscidin kənd sakini Hacı Əli adlı bir şəxs tərəfindən inşa olunması qeyd olunur[2]. Sahəsi 16x5 metrdir. Məscidin divarları sal daşlardan tikilib. İbadət zalı 4 tağdan ibarətdir. Tağlar günbəzdə bir-birinə birləşib. Günbəzin diametri 5 metrdir. Günbəzdə 4 düzbucaqlı pəncərə qoyulub. Məscid sadə konstruksiyaya malikdir. 1937-76-cı illərdə anbar kimi istifadə olunub. Məscidin yerləşdiyi ərazi vaxtilə qəbristanlıq olmuşdur.
2017 ci ildə Corat məscidi əsaslı olaraq təmir işləri görülüb və möminlərin istifadəsinə buraxılmışdır.
Məsciddə təmir işləri zamanı günbəz xüsusi əl işləri ilə bəzədilmiş,Məscidin ərazisi böyüdülmüş və qadınların ibadət etməsi üçün yeni yer salınmışdır.
Bunuda qeyd etmək olar ki,Məscidin əsaslı təmirində Kənd camaatının xüsusi rolu olmuşdur və bunun ərsəyə gəlməsində Hacı Sahib və Hacı Cəmil'in zəhməti danılmazdır.