Murğuz (Zəngəzur)

MurğuzYelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.[2][3][4]

Murğuz
39°21′52″ şm. e. 45°59′19″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 47 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Murğuz xəritədə
Murğuz
Murğuz

Rayon mərkəzindən 31 km cənubda, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Muxris[5], 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Mahrus[6], Qafqazın 5 verstlik xəritəsində Murqus[7], erməni mənbələrində Murxuz formasında[8] qeyd edilmişdir.

Toponim türk dilində "təpə" mənasında işlənən mar sözünün[9] fonetik variantı olan mur sözü ilə ğuz (oğuz etnonimi ərəb mənbələrində adı) etnonimi[10][11] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrdə Zəngəzur qəzasında yaşamış Sofulu tayfasının qışlaqlarından (bax: Acıbac) birinin adı idi[12][13]. Mənbədə Murxus kimidir (yenə orada). Əsli:Murquz. XIX əsrdi Tiflis quberniyasının Borçalı qəzasında Murquztəpə, Azərbaycanda Murquzdağ [Qazax rayonu] və Murquztala (Zaqatala rayonu) kənd adları ilə mə'naca eynidir. Azərbaycan dilinin dialektlərində murquz- (sucaq yerdə bitən qarğıya bənzər bitki adı) sözündəndir.[14]

Kənddə 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 60 nəfər, 1908-ci ildə 170 nəfər, 1914-cü ildə 190 nəfər azərbaycanlı yaşamışdır[15]. 1918-ci ildə azərbaycanlılar ermənisoyqırımına məruz qalaraq deportasiya edilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanları öz evlərinə dönə bilmişdir. 1922-ci ildə əhalinin bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmış, Burada 1922-ci ildə 101 nəfər, 1926-cı ildə 164 nəfər, 1931-ci ildə 177 nəfər[16], 1987-ci ildə 826 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  4. (#empty_citation)
  5. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.183
  6. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.150
  7. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.179
  8. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.76
  9. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.473
  10. Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.48
  11. Əbdürrəşid Əl-Bakuvi. Kitab təlxis Əl-asar və əcaib əl-Məlik əl-qəhhar ("Abidələrin" xülasəsi və qüdrətli hökmdarın möcüzələri), Bakı, "Bakı-Şur", 1992. s.138
  12. Зелинский С.П. Экономический быт государственный крестьян Зангезурского уезда Елизаветпольской губернии. “Материалы для изучения экономического быта гос. крестьян Закавказского края”. том. IV. 1886.
  13. Kirzioqlu F. Dede Korkut Oguznameleri. I. Istanbul. 1962.
  14. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Мурғуз // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  15. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.76–77, 146–147
  16. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.76–77, 146–147