Rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşirdi. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Kənd 1918 də dağıdılmışdır. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul, Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı.[5]
Toponim fars dilində "körpü" mənasında işlənən pül (pul) sözünə[6][7], "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir. 1727-ci ilə aid mənbədə "Pul" kimidir. Həmin mənbədə 6 xristian (alban) ailəsinin yaşadığı qeyd olunur.
Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 122 nəfər,1897-ci ildə 153 nəfər, 1908-ci ildə 193 nəfər, 1914-cü ildə 282 nəfər azərbaycanlı yaşamışdır[8]. 1917-ci ilin dekabrında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya edilmiş, kənd dağıdılaraq xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. 1727-ci ilə aid mənbədə Pul kimidir[9] Həmin mənbədə kənddə 6 xristian (xristian albanlar nəzərdə tutulmalıdır) ailəsinin yaşadığı qeyd olunur. XIX əsrin 80-ci illərinə aid mənbədə də Pul yazılmış[10][11] (103, 164) və kəndin əhalisinin tatar (azərbaycanlı) olduğu göstərilmişdir.1917-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Fars dilində pul (pol) "körpü" sözündəndir.
↑Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). . Bakı. 1997.
↑Зелинский С.П. Экономический быт государственный крестьян Зангезурского уезда Елизаветпольской губернии. “Материалы для изучения экономического быта гос. крестьян Закавказского края”. IV. 1886.
↑Hubschmann H. Die Altarmenische grammatik, I.Jaepzig,. 1985.