Sabir Hacıyev (millət vəkili)

Sabir Kamal oğlu Hacıyev (5 oktyabr 1954, Göyçay) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, VVI çağırış deputatı.[1]

Sabir Hacıyev
Vəzifədədir
2005-ci ildən
Seçki dairəsi2005 — 88 saylı Göyçay
2010 — 88 saylı Göyçay
2015 — 88 saylı Göyçay
2020 — 88 saylı Göyçay
ƏvvəlkiVəzifə təsis edildi.
2003 – 22 may 2023
ƏvvəlkiAyaz Mütəllibov
SonrakıVəzifə ləğv edildi.
2000 – 2003
SədrAyaz Mütəllibov
Əvvəlkiİqbal Ağazadə
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 – 1995
Seçki dairəsiCəfər Cabbarlı adına 48 nömrəli
SonrakıVəzifə ləğv edildi.
1991 – 1992
Sonrakıİxtiyar Şirin
bayraq
Azərbaycan Respublikası Prezident Aparatının Dövlət-Hüquq şöbəsinin müdiri
bayraq2
1990 – 1991
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıFazil Mustafa
Şəxsi məlumatlar
Doğum adı Sabir Kamal oğlu Hacıyev
Doğum tarixi 5 oktyabr 1954(1954-10-05) (69 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

1954-cü il oktyabrın 5-də Göyçay şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1977-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VVAQ İdarəsində məsləhətçi, baş məsləhətçi, Qanunların Sistemləşdirilməsi və Qanun Layihələrinin Hazırlanması İdarəsində baş məsləhətçi, rəis müavini işləmişdir. 1988-ci ildən respublika prokurorunun köməkçisi, Nazirlər Soveti Hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Dövlət-hüquq şöbəsinin müdiri, hüquq siyasəti üzrə Azərbaycan Respublikasının Dövlət müşaviri olmuşdur. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1991), üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, Lüksemburq, Polşa, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür. 2 övladı var.

Eyni zamanda Azərbaycan Respublikası Təhlükəsizlik şurasının katibi vəzifəsi həvalə edilmişdir. Bir müddət müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət katibini vəzifə səlahiyyətlərini icra etmişdi.

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci il tarixində Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir. 2003-cü ildə Ayaz Mütəllibov rəhbərlik etdiyi partiyanın Azərbaycan Sosial Demokrat Partiyası ilə birləşməsi ilə bağlı qərar qəbul etmişdir, lakin dövrün partiya katibi Sabir Hacıyev bununla razılaşmayaraq partiya rəhbərliyinə keçmişdir.[2]

Vətəndaş Birliyi Partiyası 22 may 2023-cü il tarixində özünü buraxma qərarı almışdır və beləliklə Sabir Hacıyev bitərəf siyasətçi olaraq fəaliyyətinə davam etmişdir.[3]

  1. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az (az.)
  2. "Azərbaycanın müxalifət partiyası siyasi kursunu dəyişib". 2020-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-24.
  3. "Azərbaycanda daha bir partiya özünü buraxdı: VBP-nin son BƏYANATI". musavat.com. 2023-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-22.