1. Yeriyərkən ayağın qaldırılıb irəli atılmasından ibarət hərəkət; qədəm. Ağır addım. İri addım. Addım səsi eşitmək. Addımını yavaşıtmaq. Addımını sürətləndirmək.
2. Bir addım arasındakı məsafə qədər uzunluq ölçüsü. Həyətin uzunu 20 addımdır. Məktəblə evin arası 200 addım olar.
□ Bir neçə addımda – çox yaxında, lap yaxında.
3. məc. Hərəkət, iş, təşəbbüs. Təhlükəli addım atmaq. Fikirləşmədən addım atmaq.
4. “Sürətli”, “qəti” və s. sözlərlə bərabər bir şeyin irəliləməsini, inkişafını göstərmək üçün işlənir.
◊ Addım açmaq (götürmək) – yeyin getməyə başlamaq, getdikcə addımını artırmaq, yerişini sürətləndirmək.
Addım atmaq – 1) bax addımlamaq 1 və 3-cü mənalarda;
2) məc. təşəbbüs etmək.
Addımına haram qatmaq – yerişini bir qədər sürətləndirmək.
Div addımları ilə irəliləmək – bax div.
Hər addımda, hər addım başında – bax addımbaşı.
İlk addım atmaq – bir işdə təşəbbüsçü olmaq, birinci çıxış etmək.
İlk addım(lar) – hər hansı işin, fəaliyyətin ilk dövrü.