ARA-SIRA

zərf Arabir, bəzən, hərdənbir, bəzi vaxt, bəzi hallarda, vaxtdan-vaxta.
Səhərlərə məxsus olan nəsimdən ara-sıra yarpaqlar qımıldanır… Yarpaqlar arasına sığınmış quşcuğazlar səs-səsə verib ötüşürdü. A.Şaiq.
Kənddə həmişəki kimi sakitlik aram idi.
Ancaq ara-sıra kəndin kənarında biriki köpəyin hürməsi eşidilirdi. B.Talıblı.
Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüşəyə rast gələrək sınırdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARA-SIRA ara-sıra bax arabir
  • ARA-SIRA arabir — bəzən — hərdənbir

Antonimlər (əks mənalı sözlər)

  • ARA-SIRA ARA-SIRA – HƏMİŞƏ Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüşəyə rast gələrək sönürdü (M.İbrahimov); Ömrünün tarlasına qəm kotanında; Həmişə gül əkd

Etimologiya

  • ARA-SIRA Qaynaqlarda arası-ara kimi də qeyd olunub. Görünür, “məsafə (ara) vermək” mənası ilə bağlıdır. Seyrək (qədim mənası “az” deməkdir) kəlməsi də sıra söz
ARA-BƏRƏ
ARABA

Digər lüğətlərdə