ATTAŞÉ

[ fr. ] dipl. Bir ölkənin başqa ölkədəki diplomatik nümayəndəliyində müəyyən sahə üzrə mütəxəssis konsultant kimi çalışan diplomatik işçi. Hərbi attaşe. Mətbuat attaşesi. Ticarət attaşesi.
ATŞABALIDI
ATTESTÁSİYA
OBASTAN VİKİ
Attaşe
Attaşe (fr. attaché, hərfi mənası — təhkim edilmiş) — ilk diplomatik rütbə, aşağı diplomatik vəzifə. Azərbaycanda birinci diplomatik ranq. Attaşe diplomatik nümayəndəliyin tərkibində müəyyən ixtisaslaşmış sahə üzrə akkreditiv dövləti təmsil edir, həmin sahə ilə bağlı məlumat toplayır. Onun bu fəaliyyəti bəzən qanuni casusluq kimi qiymətləndirilir. == Ümumi məlumat == Bütün dövlətlərin qanunvericiliyinə əsasən xarici işlər nazirinin əmri ilə diplomatik nümayəndəliklərin və xarici işlər idarələrinin 2-3 illik iş təcrübəsi olan əməkdaşlarına verilir. Hərbi, hərbidə niz, hərbi-hava Attaşeləri — diplomatik nümayəndəliyin vəzifəli şəxsləri; olduqları dövlətin hərbi qüvvələri qarşısında öz ölkələrinin müvafiq qoşun növlərini təmsil edir və diplomatik nümayəndəyə bütün hərbi məsələlər üzrə kömək göstərirlər. Kommersiya (ticarət), maliyyə, kənd təsərrüfatı, elm və texnika, balıqçılıq üzrə Attaşelər — diplomatik nümayəndəliyin diplomatik heyəti üzvləri; xarici əlaqələrin müəyyən sahəsində xüsusi funksiyaları həyata keçirirlər. Mədəniyyət məsələləri üzrə Attaşe — diplomatik nümayəndəliyin diplomatik heyəti üzvü; olduğu ölkə ilə mədəni əlaqələrin inkişafı məsələlərinə baxır. Mətbuat Attaşesi (press-attaşe) — diplomatik nümayəndəlikdə mətbuat məsələlərinə baxan vəzifəli şəxs.

Digər lüğətlərdə

выраба́тывание догрева́ться зава́риваться коло́дезник коммуна́льщик подтушёвка помота́ться вокру́г зре́лость концерти́рование ну́дно ора́торство со́вестливость бобыня breast wall disposal induction mull pepino sculpturesque stonedrift киноартистка отделитель резонатор эстамп