AYN
AZADƏ
OBASTAN VİKİ
Davud Azad
Davud Azad (6 oktyabr 1963, Urmiya) — iranlı müğənni və bəstəkar. Daha çox klassik avropa musiqisi ilə İran musiqisinin sintezini özündə cəmləyən "Ruminin divanı və Bax" albomu ilə tanınıb. Davud Azad 6 oktyabr 1963-cü ildə Urmiyada, azərbaycanlı ailədə anadan olub. 19 yaşında musiqi ilə məşğul olmağa başlayıb. 25 yaşında olanda ilk kasetləri işıq üzü görür. "Maktabe Tar Tabriz" adlanan bu lent yazısı o dövrdə bir çoxları üçün tarda ifa etmək üçün standarta çevrilir. Sufi musiqiləri ifa etməkdən və bəstəkarlıqdan başqa tar, sitar, tənbur, ud, dəf, və rübab kimi musiqi alətlərində də ifa edə bilir. Son 30 ildə keçirilinə bütün sufi yığıncaqlarında iştirak edib və Ruminin sözlərinə bəstələdiyi musiqiləri ifa edib. Bütün dünya üzrə Avropada, Şimali Amerikada, Latın Amerikasında, Avstraliyada, Hindistanda, Yaponiya və Butanda 300-dən çox festival və konsertlərdə iştirak edib. Davud Azad Oksford Universitetinə İran musiqisi və onun növləri haqqında mühazirə demək üçün çağırılmış ilk iranlı mühazirəçidir.
Azad
Azad — ad. Azad Əliyev Azad Əliyev (dirijor) — Azərbaycan dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi. Azad Əliyev (heykəltaraş) — Azərbaycan heykəltaraşı, Azərbaycan Respublikasının əməkdar rəssamı. Azad Əliyev (skripkaçı) — Azərbaycanlı skripkaçı, Azərbaycan SSR əməkdar artisti, xalq artisti.
Azad Abbaszadə
Azad Abbaszadə (tam adı: Azad Abbasqulu oğlu Abbaszadə; d 3 fevral 1939, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1995), professor (1999). Azad Abbaszadə 1939-cu ilin fevral ayının 3-də Bakı şəhərində anadan olmuşdur. Professor Abbasqulu Abbaszadənin oğludur. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirmişdir. A.Abbaszadə 1976–2007-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyində müxtəlif vəzifələrdə çalışmışdır. 2007 ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının kompüter mərkəzinin müdiridir. Tədqiqatları maye kristalların fiziki xassələrinin öyrənilməsinə həsr olunmuşdur. Neft və qaz yataqlarının proqnozlaşdırılmasında kosmik informasiyalardan istifadə üçün fraktal həndəsə əsasında yeni üsullar təklif etmişdir. 140-dan artıq elmi əsərin müəllifidir. Elmi kadrların hazırlanmasında xidməti olmuşdur.
Azad Abışev
Abışov Azad Ziyad oğlu (15 may 1935, Puşkin) — Azərbaycan əsilli Rusiya kimyaçısı, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor. Abışev Azad Ziyad oğlu 1935-ci il mayın 15-də Azərbaycan Respublikasının Puşkin (indiki Biləsuvar) rayonunun Qriboyedovka qəsəbəsində anadan olub. Atası — Ziyad Musa-Rza oğlu (1910—1981-ci illər) və anası Qəmər Heydər qızı (1914—2003-cü illər) əslən İran sərhədi ilə yaxın olan Qara-Kazımlı dağ rayonundandırlar. 1937—1939 illərdə bu rayonun sakinləri Orta Asiyaya deportasiya olunmuş, atası və anası isə Qriboedovka rus kəndinə köçmüşlər. 1946—1956 illərdə Puşkin rayonun Nizami adına orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə qəbul olmuş və oranı fərqlənmə ilə bitirmişdir. 1963-cü ildə Leninqrad şəhərində SSRİ EA-nın V.L. Komarov adına Botanika İnstitutu bitkilərin kimyası laboratoriyasının aspiranturaya qəbul olunmuşdur. Eyni zamanda 1963—1965-cü illərdə A.A. Jdanov adına Leninqrad Dövlət Universitenin kimya fakultəsində oxumuşdur. 1967 -ci ildə A.Z. Abışev LDU-nın kimya fakültəsinin elmi şurasında elmi dərəcə almaq üçün dissertasiya müdafiə etmişdir, 1978-ci və 1984 -cü illərdə bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcə almaq üçün disertasiya müdafiə etmişdir. 1979-cu ildə ona baş elmi işçi, 1991 -ci ildə isə professor adı verilmişdir.
Azad Abışov
Abışov Azad Ziyad oğlu (15 may 1935, Puşkin) — Azərbaycan əsilli Rusiya kimyaçısı, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor. Abışev Azad Ziyad oğlu 1935-ci il mayın 15-də Azərbaycan Respublikasının Puşkin (indiki Biləsuvar) rayonunun Qriboyedovka qəsəbəsində anadan olub. Atası — Ziyad Musa-Rza oğlu (1910—1981-ci illər) və anası Qəmər Heydər qızı (1914—2003-cü illər) əslən İran sərhədi ilə yaxın olan Qara-Kazımlı dağ rayonundandırlar. 1937—1939 illərdə bu rayonun sakinləri Orta Asiyaya deportasiya olunmuş, atası və anası isə Qriboedovka rus kəndinə köçmüşlər. 1946—1956 illərdə Puşkin rayonun Nizami adına orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə qəbul olmuş və oranı fərqlənmə ilə bitirmişdir. 1963-cü ildə Leninqrad şəhərində SSRİ EA-nın V.L. Komarov adına Botanika İnstitutu bitkilərin kimyası laboratoriyasının aspiranturaya qəbul olunmuşdur. Eyni zamanda 1963—1965-cü illərdə A.A. Jdanov adına Leninqrad Dövlət Universitenin kimya fakultəsində oxumuşdur. 1967 -ci ildə A.Z. Abışev LDU-nın kimya fakültəsinin elmi şurasında elmi dərəcə almaq üçün dissertasiya müdafiə etmişdir, 1978-ci və 1984 -cü illərdə bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcə almaq üçün disertasiya müdafiə etmişdir. 1979-cu ildə ona baş elmi işçi, 1991 -ci ildə isə professor adı verilmişdir.
Azad Ağaoğlu
Azad Ağaoğlu (tam adı: Azad Sabir oğlu Ağayev) — azǝrbaycanlı filoloq, tǝrcümǝçi. Azad Ağaoğlu 1974-cü ildǝ Bakı şǝhǝrindǝ anadan olmuşdur. Bakıda Hüseyn Cavid adına 132 nömrǝli orta mǝktǝbi bitirmişdir. İstanbul Universitetinin Ədǝbiyyat fakültǝsindǝn (Türk dili vǝ ǝdǝbiyyatı ixtisası üzrǝ) mǝzun olmuşdur. Klassik türk vǝ Azǝrbaycan ǝdǝbiyyatı mövzusunda bir sıra mǝqalǝlǝrin müǝllifi, Azǝrbaycan vǝ rus dillǝrindǝn türk dilinǝ elmi, bǝdii vǝ siyasi ǝdǝbiyyatın tǝrcümǝçisidir. Azǝrbaycan ǝdǝbiyyatından Mir Cǝlal, Elçin, Z. Yaqub kimi yazıçı vǝ şairlǝrin, rus ǝdǝbiyyatından Puşkin vǝ Bunin kimi müǝlliflǝrin ǝsǝrlǝrini türk dilinǝ müvǝffǝqiyyǝtlǝ tǝrcümǝ etmişdir. “Şâhî Divanı mı Vâhî Divanı mı?”, Toplumsal Tarih jurnalı, N-93, s. 62-65, Sentyabr 2001, İstanbul. “Zemin-i İtibar Üzre Nisar Edilen İnciler”, Varlık jurnalı, N-1155, s. 65-68, Dekabr 2003, İstanbul.
Azad Bayramov
Azad Ağalar oğlu Bayramov (4 iyul 1953, Bakı) — Fizika üzrə Azərbaycan alimi, elmlər doktoru, professor. Azad Ağalar oğlu Bayramov 1953-cü ilin iyul ayının 4-də Bakı ş. anadan olmuşdur. Atası, Bayramov Ağalar İsmayıl oğlu (1914–1997), hərbi həkim idi. Zəngəzur mahalının qərb hissəsində 20-ci əsrə qədər yaşayan qədim sarallı tayfasının nümayindəsi idi. Anası isə Bayramova Əminə Səməd qızı (1924–2003), kimyaçı alim (elmlər namizədi) idi. Ailəlidir, 2 övladı və 2 nəvəsi vardır. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuş və 1975-ci ildə həmin universiteti "fizika" ixtisası üzrə bitirmişdir. Həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant vəzifəsində işə başlamış və 2014-cü ilə qədər müxtəlif vəzifələrdə çalışmışdır. Bundan başqa, 1976–1984 illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna ş., Moskva vilayəti, Rusiya), 1989–1992-ci illərdə Beynəlxalq Nəzəri Fizika (Triyest ş., İtaliya) və Milli Nüvə Tədqiqatları (Piza ş., İtaliya) İnstitutlarında çalışmışdır.
Azad Bəkirli
Azad Cabbarov
Cabbarov Azad Vaqif oğlu (14 aprel 1981, Şovu, Lənkəran rayonu) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sabiq sədri Cabbarov Azad Vaqif oğlu 14 aprel 1981-ci ildə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998–2002-ci illərdə "Naxçıvan" Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirmişdir. 2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010–2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir. 2008-ci il oktyabrın 6-dan 11-dək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Azərbaycan Respublikasında gənclər siyasəti" proqramı üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak etmişdir. 2004–2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı əməliyyat taqımında polis vəzifəsində çalışmışdır. 2007–2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Əməliyyat şöbəsində inspektor-əməliyyat müvəkkili və şöbə rəisi vəzifəsində işləmişdir. 2008–2009-cu ilərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2009–2011-ci il tarixinədək Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini vəzifəsində çalışmışdır.
Azad Fransa
Azad Fransa (fr. Forces françaises libres) və ya Döyüşən Fransa — İkinci dünya müharibəsi zamanı 1940-cı ilin 23 iyun tarixində Fransa və Üçüncü Reyx arasında imzalanan müqavilənin ardından yaradılmış müvəqqəti rejim. Rejimin yaradılmasında başlıca məqsəd Fransanın Üçüncü Reyx tərəfindən məğlubiyyətə uğradılması və ölkənin 60% işğal edilməsindən ibarət idi. Əsas idarə mərkəzi London şəhərində yerləşən rejimin rəhbəri Şarl de Qoll olmuşdur. General Şarl de Qoll BBC-də Fransanın məğlub olmadığını və almanları Fransadan qovmaq üçün xeyir-dua verəcəyini bəyan etdi. Məşəl əməliyyatının müvəffəqiyyəti ilə əməliyyat mərkəzi Londondan Əlcəzairə köçürüldü. O, Vişi hökumətinə qarşı barışmaz idi. Normandiya desantında müttəfiq dövlətlər tezliklə Fransaya hakim oldular və Vişi hökumətini devirdilər. Fransada müvəqqəti prezidentlik təsis edildi. General Şarl de Qoll prezident seçildi.
Azad Hümbətov
Azad Arif oğlu Hümbətov (24 yanvar 1996, Bakı – 27 oktyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. "Vətən Müharibəsi Qəhrəmanı". Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakıda doğulub. Əslən Göyçə mahalının Aşağı Şorca kəndindəndir. Nərimanov rayonundakı Bakı şəhəri 291 №-li ekologiya liseyini bitirib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuş, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlamışdır. 2018-ci il "Azərbaycan Ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşımışdı. Bundan sonra o "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olundu. Azad Hümbətov peşəkarlığını artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsi almışdır.
Azad Kərimli
Azad Elşad oğlu Kərimli (6 fevral 1997; Yenikənd, Göyçay rayonu, Azərbaycan — 17 noyabr 2020 (dəfn tarixi); Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Azad Kərimli 6 fevral 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olmuşdur. Azad Kərimli 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azad Kərimli səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Azad Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü manqa atıcısı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azad Kərimli Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 17 noyabr 2020-ci ildə Göyçay rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azad Kərimov
Azad Azər oğlu Kərimov (31 oktyabr 1994-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. Azad Kərimov öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda start vermişdir. 2012-ci ildə Kərimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubuna transfer olmuşdur. O, əvvəlcə əvəzedicilər klubunda çıxış etsə də, 2014-cü ildə əsas komandaya dəvət almışdır. Mövsümlər Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: Mövsümlər Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir: 2014-cü il avqustun 17-dən 20-dək Bakıda keçirilən Azərbaycan millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir. "Bakı" klubunun tərkibində 2012/2013 mövsümündə əvəzedicilər arasında Azərbaycanın çempionu olmuşdur.
Azad Kəşmir
Azad Cammu və Kəşmir (urdu آزاد جموں و کشمیر, ing. Azad Jammu and Kashmir; qısaca — Azad Kəşmir) — keçmiş Cammu və Kəşmir knyazlığının pakistanlıların idarəsində olan ən cənub inzibati vahidi. Faktiki Pakistanın bir hissəsi olsa da, Pakistan tərəfindən müstəqil dövlət kimi tanınır. Hindistanın Cammu və Kəşmir ştatı ilə şərqdən, eləcə də Pakistanın Hayber-Paxtunxva vilayəti ilə qərbdən, Gilgit-Baltistan vilayəti ilə şimaldan və Pəncab vilayəti ilə cənubdan sərhəddir. İnzibati mərkəzi Müzəffərabad şəhəridir. Sahəsi 13 297 km², əhalisi təxminən 4,5 milyon nəfərdir. Azad Kəşmir 1947-ci ilin oktyabrında Kəşmirdə populyar olmayan Maharaca Hari Sinqha etiraz olaraq elan edildi. Birinci Hind-Pakistan Müharibəsindən sonra bugünkü faktiki sərhədlər, o cümlədən Kəşmir və Cammu coğrafi bölgələrinin yalnız qərb hissələri (yəni hər iki əsas şəhər — Şrinaqar və Cammu — Hindistanda qaldı) formalaşdı.
Azad Mirzəcanzadə
Mirzəcanzadə Azad Xəlil oğlu (29 sentyabr 1928, Bakı – 17 iyul 2006, Bakı) — Azərbaycanlı alim, mütəfəkkir, texniki elmlər doktoru, akademik. Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir. Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958–1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966–1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969–1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973–1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir. Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir. 1951–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957–1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir.
Azad Mütəllimov
Azad Mütəllimov — Azərbaycanlı futbol hakimi. Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 129 dəfə baş hakim olmuşdur. 2013-cü ildə keçirilmiş Tolerantlıq Kubokunun final oyununu idarə etmişdir.
Azad Məmmədov
Azad Məmmədov (aktyor)
Azad Novruzov
Novruzov Azad Sevindik oğlu (1 iyun 1965, Aşağı Qışlaq, Şahbuz rayonu) — Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent. Azad Novruzov 1965-ci il 1 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur. 1982–1989-cu illərdə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Fizika-Riyaziyyat fakültəsində təhsil almışdır. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur. 1989-cu ildən etibarən ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1995-ci ildən 2018-ci ilədək Naxçıvan Dövlət Universitetinin Riyaziyyat kafedrasında baş laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004–2018-ci illərdə Naxcıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Ali pedaqoji məktəblərin "Riyazi analiz" kursu ilə orta məktəbin "Cəbr və analizinin başlanğıcı" kursu arasında qarşılıqlı əlaqənin elmi-metodiki əsasları" mövzusunda dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə Riyaziyyat və informatika kafedrası üzrə dosent elmi adı almışdır. 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
Azad Nəbiyev
Azad Mövlud oğlu Nəbiyev (20 aprel 1945, İkinci Nügədi, Quba rayonu – 13 fevral 2012, Bakı) — ədəbiyyatşünas, folklorşünas, filologiya elmləri doktoru (1981), professor (1982), Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki (1997), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Əməkdar müəllim (2000), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001). Azad Nəbiyev 20 aprel 1945-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində ziyalı ailəsində anadan olub. Burada kənd orta məktəbini bitirdikdən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika ixtisasına daxil olub. O, 1967-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə başa vurub. Azad Nəbiyev 1968-ci ildə Bakı Dövlət Universitetinin aspi­ran­­turasına qə­bul edilib. Rövşən adlı oğlu və Ülkər adlı qızı var. Azad Nəbiyev əmək fəaliyyətinə 1967-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında siyasi ədəbiyyat üzrə böyük redaktor kimi başlayıb və 1974-cü ilə qədər orada çalışıb. O, 1974-1976-cı illərdə "Gənclik" nəşriyyatında redaksiya müdiri olub. Azad Nəbiyev 1976-cı ildən Bakı Dövlət Universitetində müəllimlik fəaliyyətinə başlayıb. O, 1976-1989-cu illərdə universitetin Filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb.
Azad Peruaşev
Azad Peruaşev (qaz. Азат Тұрлыбекұлы Перуашев; 8 sentyabr 1967, Qazaxıstan) — Qazaxıstan dövlət xadimi, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı, Qazaxıstan "Ak jol" Demokratik Partiyasının sədri. 1986-1988-ci illərdə — Sovet Ordusu sıralarında xidmət etmişdir. 1991 — M. Qorkiy adına Ural Dövlət Universitetini bitirib. Siyasətşünaslıq üzrə ixtisaslaşmış 1996 — Qazaxıstan Respublikası Prezidenti yanında Milli Dövlət İdarəetmə Məktəbi, Dövlət İdarəetmə meneceri dərəcəsi almışdır 2000-ci ildən — İqtisadçı-menecer ixtisası üzrə Jetısu İqtisadi İnstitutu. 1991-ci ildən — Qazaxıstan Kommunist Partiyası Panfilov Rayon Komitəsində təlimatçı. 1992-ci ildən — Taldıkorqan regional idarəsinin məsləhətçisi, sektor müdiri. 1996-cı ildən — Qazaxıstan Respublikası Prezident Administrasiyasının məsləhətçisi, sektor müdiri. 1998-ci ildən — Qazaxıstan ASC Alüminium ASC-nin baş direktorunun müavini. 1999-2006-cı illərdə - Qazaxıstan Vətəndaş Partiyası Mərkəzi Komitəsinin birinci katibi.
Azad Qaradərəli
Azad Qaradərəli — yazıçı, publisist, "Yazı" dərgisinin baş redaktoru. Azad Qaradərəli 1954-cü ildə Zəngilan rayonunun Qaradərə kəndində doğulub. APİ-nin filologiya fakültəsini bitirib. Bir müddət müəllim işləyib. 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra ailəsilə birgə Bakıda yaşayır. 1996-cı ildən 2012-ci ilin iyun ayına qədər Azərbaycan Teleradio Verilişləri QSC-də — radioda çalışıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində işləyib. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində dərs deyib. İlk nəsr kitabı 1987-ci ildə çap olunub. 2011-ci ildə nəşrə başlayan "Yazı" ədəbiyyat dərgisinin baş redaktorudur.
Şahnaz Azad
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Azad (Qars)
Azad — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 291 nəfərdir (2022).
Azad Mirzəyev
Azad lisenziya
Azad lisenziya (ing. free license) — belə bir lisenziya müqaviləsi (əvvəllər "müəllif hüququ müqaviləsi"), onun şərtlərində müəllif hüququ sahibinin istifadəçiyə əsərindən istifadə etmək yollarının xüsusi siyahısı üçün icazəsi var ki, bu da ona dörd mühüm azadlıq (və ya əsaslı azadlıqlar) verir. onlar üzrə və onların daxil edilməsi — müxtəlif meyarlara və iş növlərinə görə). Azad sayılmaq üçün lisenziya aşağıdakılara icazə verməlidir: əsərdən hər hansı bir məqsəd üçün istifadə etmək, onu öyrənmək (proqram təminatı olduqda, mənbə kodu mövcud olmalıdır), əsərin nüsxələrini hazırlamaq və yaymaq, sənəddə dəyişiklik etmək. işləmək və bu cür dəyişdirilmiş törəmə işləri dərc etmək və yaymaq (proqram təminatı vəziyyətində bu, mənbə kodlarının mövcudluğunu və onlara dəyişiklik etmək imkanı tələb edir). Belə bir xüsusi lisenziya olmadan, müəllifin bu barədə nə düşünməsindən və ya düşünməsindən asılı olmayaraq, bu cür istifadələr müəllif hüququ qanunları ilə qadağan edilir, çünki dünyanın demək olar ki, bütün ölkələrində əsərlər heç bir rəsmiyyət olmadan avtomatik olaraq qorunur, bütün hüquqlar müəllifə verilir. Lisenziya müqaviləsinin fəlsəfi alt növü kimi pulsuz lisenziyalar qanuni olaraq, məsələn, Microsoft və ya Adobe-nin adi EULA-larından heç bir fərqi yoxdur. Lisenziya müqaviləsi, həm EULA, həm də pulsuz lisenziya, qanuna zidd olmayan hər hansı şərtləri ehtiva edə bilər. Ayrı-ayrı hüquqi tənzimləmə və bir sinif kimi pulsuz lisenziyaların qanuniliyi/qanunsuzluğu haqqında danışmaq mümkün deyil, lakin konkret müqavilələrin mətnləri suallar və qeyri-müəyyənliklər yarada bilər (bundan sonra onlar düzəldilir və yeni versiya buraxılır və ya EUPL kimi digər oxşar lisenziyalar). Bununla belə, şirkətlər Google, Microsoft və Wikimedia Fondu kimi bəzi layihələrdə öz məqbul pulsuz lisenziyaların siyahısını yarada bilərlər.
Cundub İbn Kəəb əl-Azadi
Cundub ibn Kəəb Əl-Azadi — Məhəmmədin və Məhəmmədin əmisi oğlu Əli ibn Əbu Talibin səhabəsi. Cəməl və Siffeyn döyüşlərində Əli ilə birlikdə vuruşmuşdu. Malik Əştər, Əmmar ibn Yasir və Miqdadla birlikdə Əliyə və onun mübarizəsinə sadiq qalmışdır.
Cəbrayıl Azadəliyev
Azadəliyev Cəbrayıl Əb­­­­­dü­ləli oğlu (29 noyabr 1935, Mahmudlu, Qafan rayonu) — AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, pro­­­­fes­sor. Cəbrayıl Azadəliyev 1935-ci il noyabrın 29-da Ermənistan SSR-nin Qafan ra­yo­­nunun Mahmudlu kəndində anadan olmuşdur. 1954-cü ildə Gığı kənd tam orta mək­­­­­­­tə­­b­ində orta təhsilini 8 il ərzində əla qiy­mət­­lər­lə ba­şa çat­dır­mışdır. C.Ə.Aza­dəliyev Azərbaycan Dövlət Universitetinin (hazırda Ba­kı Döv­lət Universiteti) Ge­­­­o­lo­­gi­ya-coğ­ra­fi­ya fa­kültəsinin "Ge­o­lo­ji çəkiliş və fay­dalı qa­­zın­tı ya­taq­la­rı­­nın ax­ta­rı­­şı" şö­bə­­sini fər­q­­­­lən­mə diplomu ilə bi­tirmişdir. 1959-cu il­­in iyun ayından aka­­demik M.Ə.Qaş­qayın şəxsi tə­şəbbüsü ilə AMEA Ge­o­lo­gi­ya İns­titu­tun­a (indi­ki Geologiya və Geofi­zi­ka İns­titu­tu) təyinat almış, 1961-ci ildə əyani aspi­ran­t, sonra kiçik elmi iş­çi, böyük elmi iş­çi, böyük elmi iş­çi-qrup rəh­bəri kimi fə­a­­­liyyət gös­­tər­mişdir. 1986-cı il­dən "Me­ta­­so­­­­ma­tizm və fi­liz­əmə­ləgəlmə" şö­bəsinə rəh­bər­lik et­miş­dir. 1967-ci il­dən Ba­kı Döv­lət Uni­versitetinin Fay­da­lı qa­zın­tı­la­rın ge­olo­giyası kafedrasın­da saathe­sabı qaydada pe­da­qoji fəaliy­yət­­lə məşğul olm­­uş, 1999-cu ildən indiyədək kafedranın pro­fes­soru vəzi­­fə­­sində fəaliyyət gös­tə­rir. 1966-cı ildə "Cənubi Daşkəsən dəmir filizi yatağında skarn­ə­mə­ləgəlmə prosesləri" mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri namizədi adına layiq görülmüşdür. 1998-ci il­də "Plutonogen-üçvəhdətli kontakt-termal metamor­fizm, skarn-filizəmələgəlmə və mis-porfir filizləş­məsi prosesləri (Kiçik Qafqaz timsalında)" möv­zu­sunda dissertasiya müdafiə edərək geologiya elmləri doktoru adına layiq görülmüşdür. Professor C.Ə.Aza­dəliyev metamorfizm, metasomatizm və filiz əmələgəlmə pro­seslə­ri­nin fi­ziki-kim­yə­vi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokim­ya­sı, endogen me­tal­­lo­ge­ni­ya, ge­ne­tik mi­ne­ralogiya və fiziki geokimya, tət­bi­qi geo­logiya, geoeko­lo­giya elm sa­hə­­lə­ri üzrə tədqiqatlar aparmışdır.
Cəbrayılın azad edilməsi
Cəbrayıl uğrunda döyüşlər — 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun azad edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başladılan hərbi əməliyyatlar. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Saat 07:30-da Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Füzuli rayonun Mirzənağılı, Qazaxlar, Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi. Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Füzuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi. Həmin gün saat 14:00-da baş tutan brifinq zamanı isə Azərbaycanın Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri də daxil olmaqla altı yaşayış məntəqəsinin işğaldan azad edildiyini bildirdi. Sentyabrın 28-də saat 18:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini açdığı atəşə tutması nəticəsində 2006-cı il təvəllüdlü H. İ. Həziyev baş nahiyəsindən qəlpə yarası alaraq xəstəxanaya yerləşdirildi. Sentyabrın 29-da saat 17:00–18:00 radələrində isə Azərbaycanın Müdafiə Nazirliyi cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan Ordusunun daha 4 tankının məhv edildiyini bildirdi.
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq, 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır. İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir. 1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır. Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür. CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi. Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu. O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi. South Azerbaijan Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine CAMAH-ın rəsmi internet səhifəsi CAMAH barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müxtəlif tarixlərdə yayınladığı raportlar: 1., 2.
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi
Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC; vyet. Mặt trận Dân tộc Giải phóng miền Nam Việt Nam), həmçinin Vyetkonq (ing. Viet Cong, vyet. Việt Nam Cộng sản – Vyetnam kommunizmi) — Vyetnam Fəhlə Partiyası Mərkəzi Komitəsinin 1959-cu il yanvar plenumunda qəbul edilmiş ölkənin cənubunda "silahlı üsyana" keçid haqqında qərarına uyğun olaraq qurulmuş, 1960–1977-ci illərdə Vyetnam müharibəsində döyüşən tərəflərdən biri kimi Cənubi Vyetnamda fəaliyyət göstərmiş hərbi-siyasi təşkilat. Vyetkonq VDR və Cənubi Vyetnam partizanlarının siyasi və ictimai xadimlərinə istinad etmək üçün istifadə edilən bir termindir. 1960-cı illərin axırlarından termin Amerika mediasında bütün Vyetnam kommunistlərinə istinad etmək üçün istifadə edilmişdir. 1954-cü ildə Fransaya qarşı Hindçin müharibəsi başa çatdıqdan sonra Vyetnam iki yerə bölünmüşdür: Lao-Donq Kommunist Partiyasının rəhbərlik etdiyi Şimali Vyetnam və Cənubi Vyetnam. Birləşmə 1956-cı ildə azad ümumi seçkilərdən sonra baş tutmalı idi. 1955-ci ilin oktyabrında cənubda Vyetnam Respublikası elan edlmişdir. 1957-ci ilin payızında məxfi kommunist qüvvələri Cənubi Vyetnam hökumətinə qarşı silahlı mübarizəyə keçmişdir.
Dövlətməhəmməd Azadi
Dövlətməhəmməd Azadi (1700 – 1760) — türkmən şairi, Məxdumqulu Fəraqinin atası. Türkmən ədəbiyyatı tarixində müstəsna bir yer tutan, böyük şair-mütəfəkkir Dövlətməhəmməd Məxdumqulu oğlu 1700-cü ildə indiki Türkmənistanın Ətrək vilayətində Göklən boyunun (tayfasının) Gərkəz nəslindən olan ziyalı bir ailədə dünyaya göz açmışdır. Dövlətməhəmmədin atası Məxdumqulu Yonaçı dövrünün istedadlı şairi kimi tanınsa da, əsərlərinin az bir qismi günümüzədək gəlib çatmışdır. Onun əsərlərində “Gürgənin” adlı şeiri indi də dillər əzbəridir. Dövlətməhəmməd ilk təhsilini atasından və bölgənin tanınmış pedaqoqlarından aldıqdan sonra onu Xivəyə göndərirlər. Türküstanın mədəni mərkəzlərindən olan, xanlıq mərkəzi Xivə yaraşıqlı binaları, gur bazarı, hamamları, mədrəsələri ilə məşhur idi. Mavi kaşılarla üzlük çəkilmiş, zərif naxışlı binalar, uca minarələr insanları heyrətə salırdı. Yeniyetmə Dövlətməhəmməd bu şəhərdəki mədrəsədə oxuyarkən dövrünün sayılıb-seçilən alimlərindən dərs alır. İlahiyyat, təfsir, bəlağət, nücum elmləri ilə yanaşı, həndəsə, hesab, riyaziyyat, tarix, coğrafiya, kimya və digər fənləri dərindən öyrənir, ərəb, fars və cağatay dillərində biliyini artırır. Xoca Əhməd Yəsəvi, Füzuli, Nəvai, Nəsimi, Hacı Bəktaş Vəli, Yunis İmrə, Nizami, Hafiz, Xəyyam, Cami, Dəhləvi kimi Şərq ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini ciddi şəkildə mütaliə edir, özü də Azadi təxəllüsü ilə şeirlər yazmağa başlayır.
Dəşt Azadegan şəhristanı
Dəşt Azadegan şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Susəngerd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 96,115 nəfər və 16,604 ailədən ibarət idi.
Dəşt Azadəqan şəhristanı
Dəşt Azadegan şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Susəngerd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 96,115 nəfər və 16,604 ailədən ibarət idi.
Eltac Azadlı
Ermənistanın Azadlığı üçün Gizli Erməni Ordusu
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır. "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.
Faşizmə ölüm, xalqa azadlıq
Faşizmə ölüm, xalqa azadlıq — İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya Xalq Qurtuluş müharibəsi zamanı, xüsusilə Yuqoslav partizanları olmaqla, Yuqoslaviyadakı bütün müqavimət hərəkatının rəsmi şüarı kimi tanınan şüar. Bu şüar müharibədən sonra da Yuqoslaviya Sosialist Federativ Respublikasında və Dünya Kommunist Hərəkatı tarixində əhəmiyyətli bir yerə sahib olmuşdur. Müharibə və müharibədən sonrakı illərdə Partizan Müqavimət Hərəkatı üzvləri rəsmi və ya qeyri-rəsmi yazışmalarda və çıxışlarda "SFSN" şəklində şüarın qısaldılmış formasından son qeyd və ya təbrik sözü olaraq istifadə edirdilər. İkili söhbətlərdə bir şəxs "Smrt fašizmu" deyəndə, digər şəxs cavab olaraq "Sloboda narodu" deyərək qarşılıq verirdi. 22 may 1942-ci ildə Yuqoslaviya partizanı Stepan Filipovic edamından bir neçə saniyə əvvəl bu şüarı söylədikdən sonra şüar məşhur oldu. Filipovic edam edilmək üçün ip boynuna keçirildiyində iki əlini yumruq şəklində havaya qaldıraraq "Faşizmə ölüm, xalqa azadlıq" deyə qışqırmışdı. Filipovicin bu anı bir çox yerlərdə təsvir edilmiş və heykəli düzəldilmişdi. Müharibə illərində Partizan Müqavimət Hərəkatının əsas nəşri olan Xorvat qəzeti "Vjesnik" 1941-ci il avqust nömrəsində həmin şüar başlıq kimi istifadə edilmişdir. Yuqoslaviya Kommunist Partiyası Yuqoslaviyanı işğal edən Üçüncü Reyxin ordularına qarşı səfərbərlik elan etmiş, 1841-ci ildə Yuqoslav xalqına bu şüarla müraciət edərək müqavimət hərəkatları yaratmaq üçün çağırış etmişdir. Partizan Baş Qərargah Bülleteni bu sözü 16 avqust 1941-ci il tarixli ilk nömrəsində istifadə etmişdir.
Füzulinin azad edilməsi
Füzuli əməliyyatı — 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri idi. Nəticədə, Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli, Horadiz, Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən şimal, şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinin ön xəttdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edilmişdir. Aparılan hərbi əməliyyatlar zamanı Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilmişdir. 3 oktyabr tarixində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyatı cəbhənin cənub-şərq cəbhəsində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndini tamamilə işğaldan azad ediməsi ilə nəticələnir. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yubadırdı. Bu istiqamətdən irəliləməyin çətinliyi nəzərə alınaraq əməliyyatların istiqaməti dəyişdirilir.
Fələstin Azadlıq Təşkilatı
Fələstin Azadlıq Təşkilatı ( FAT ) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh" , Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzzə və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı “Fəttah” qrupudur.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi və ya GAMAC — 2010-cu ildə bir qrup Cənubi Azərbaycanlı aktivist tərəfindən yaradılmış ictimai-siyasi qurum. 12 dekabr 2009-cu ildə keçirilən Amsterdamda Güney Azərbaycan məsələsində ortaq prinsiplər əsasında hərəkət etmək üçün milli təşkilatların və şəxslərin iştirak etdiyi iclas keçirilmişdi. İclasın sonunda bütün iştirak edənlərin səsi ilə 12 maddəlik bəyannamə qəbul edilmişdi. Bu bəyannamə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəaliyyət istiqamətini müəyyənləşdirmək üçün qəbul edilmişdi. 12 – 13 iyun 2010-cu il tarixdə Brüsseldə keçirilən toplantıda Güney Azərbaycanın milli mənafeyi uğrunda aparılan mübarizədə bütün milli qüvvələrin davamlı işbirliyini təşkilat formasında reallaşdırmaq məqsədilə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) yaradılması təklifi irəli sürüldü və səsçoxluğu ilə qəbul olundu. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yarandığı ilk gündən 12 maddəlik bəyannamə ilə siyasi gündəmə çıxıbdır. Bu bəyannamənin əsas şərtləri və tələbləri isə bundan ibarətdir: 1. Güney Azərbaycan Türk millətinin milli azadlığı yolunda mübarizədə bugünkü fars rasizmini təmsil edən İran İslam Cümhuriyətini əsas maneə kimi görür. Çünkü bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır. 2.
Gürcüstan Azadlıq Komitəsi
Gürcüstan Azadlıq Komitəsi (gürc. საქართველოს დამოუკიდებლობის კომიტეტი, Sak’art’velos damoukideblobis komiteti) və ya Paritet Komitəsi (gürc. პარიტეტული კომიტეტი, Paritetuli komiteti) — 1920-ci illərin əvvəllərində Gürcüstan Sovet Sosialist Respublikasının ərazisində fəaliyyət göstərmiş yeraltı anti-sovet təşkilatı. Gürcü xalqı arasında daha çox "Damkom" (damoukideblobis komiteti, azadlıq komitəsi) qısaldması ilə tanınmışdır. Komitə 1924-cü ilin avqust ayında Gürcüstanda baş tutmuş avqust qiyamının hazırlanmasında və həyata keçirilməsi işinə rəhbərlik etmişdir və daha çox bu qiyamla tanınmışdır. Komitə 1922-ci ilin may ayında Sosial Demokrat Partiyası və keçmiş müxalif partiyalarından olan Milli Demokratik Partiyası və Federalist Partiyası ilə aparılmış müzakirələr əsasında yaradılmışdır. Hər bir partiya Damkomda bir nəfər nümayəndə ilə təmsil olunurdu və təşkilata rəhbərliyi isə Sosial Demokrat Partiyasından olan şəxs həyata keçirdirdi. Gürcüstam Azadlıq Komitəsinin ilk rəhbəri Gogita Paghava olmuşdur. Rəhbərlik etdiyi qısa dövrdə, təşkilatın fəaliyyəti SSRİ-nin gizli polis təşkilatı Çeka tərəfindən müəyyənləşdirilmiş və Gogita Paghava həbs edilmişdir. Sədr postu qısa müddətli Nikoloz Karsivadzeyə keçdikdən sonra 1923-cü ilin 17 mart tarixində vəzifəyə Kote Andronikaşvili gətirilmişdir.
Hadrutun azad edilməsi
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycana məxsus keçmiş DQMV ərazisini və ətraf 7 rayonu işğal etmişdi. Keçmiş DQMV-nin cənubunda yerləşən Hadrutda işğaldan sonra Ermənistan geniş hərbi infrastruktur qurmağa başladı. Burada 9-cu, 1-ci, 2-ci və 3-cü olmaqla 4 alaydan ibarət Hadrut diviziyası yerləşirdi və Qarabağın cənub hissəsinin işğal olunmuş ərazilərinə nəzarət edirdi. 27 sentyabr 2020-ci ildə Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsi başladı. 29 sentyabrda Azərbaycan qüvvələri Hadrutda ermənilərin komanda-müşahidə məntəqəsini məhv edir. Oktyabrın 1-də erməni tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan qüvvələri Hadrutdakı hərbi obyektlərə, yəni 18-ci motoatıcı diviziyanın qərargahına, həmçinin adıçəkilən diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirib. Növbəti gün erməni tərəfi Hadrutun iki dəfə Smerç raket sistemi ilə atəşə tutulduğunu bildirdi. Oktyabrın 7-də Azərbaycan ordusu Hadrutun cənubunda yerləşən Cəbrayıl şəhərini işğaldan azad edərək Hadruta yaxınlaşmağa başladı.
Haqq və Azadlıqlar Hərəkatı
Haqq və Azadlıqlar Hərəkatı (qısaca HAH, bolqar: Движение за права и свободи Dviženie za Prava i Svobodi, qısaca ДПС DPS, türk: Hak ve Özgürlükler Hareketi, qısaca HÖH) ― üzvlərinin əksəriyyətini Bolqarıstan Türklərinin yaratdığı siyasi partiyadır. Lideri Lütfi Məstandır.
Haskel Azad Kitabxanası və Opera Evi
Haskel Azad Kitabxanası və Opera Evi (ing. Haskell Free Library and Opera House; fr. Bibliothèque et salle d'opéra Haskell) - Viktorian stilində inşa edilmiş tarixi bina. Haskel Azad Kitabxanası və Opera Evi Amerika Birləşmiş Ştatları və Kanadanın sərhəd bölgəsində yerləşir.
Homoseksualları hərbi xidmətdən azad etmiş ölkələr
Çin
Hərəkət azadlığı
Hərəkət azadlığı — insanların ölkə ərazisi daxilində bir yerdən başqa yerə getmək, ölkəni tərk etmək və öz ölkəsinə maneəsiz qayıtmaq hüququ. Hərəkət azadlığı şəxsin təkcə bir yerdən başqa yerə getmək deyil, həm də sərbəst surətdə özünə yaşayış yeri seçmək azadlığını da ehtiva edir.
Konqo Azad Dövləti
Müstəqil Konqo Dövləti olaraq da bilinən Konqo Azad Dövləti ( fr. État indépendant du Congo ), 1885-1908 -ci illərdə Mərkəzi Afrikada mövcud olmuş dövlətdir. Dövlət Belçikan kralı II Leopoldun xüsusi mülki idi. Leopold Afrikanın bölüşdürülməsi üçün keçirilən Berlin Konfransında digər Avrasiya dövlətlərini humanitar və xeyriyyəçiliklə məşğul olacağına və ticarətdən vergi tutmayacağına inandıraraq bölgənin hüquqi sahibi kimi tanındı. Beynəlxalq Konqo Birliyi vasitəsi ilə Konqo Hövzəsinin böyük hissəsini öz şəxsi mülkünə çevirdi. 29 May 1885 -ci ildə, Berlin Konfransı bitdikdən sonra kral mülklərinə "Konqo Azad Dövləti" adını verməyi planladığını, hələ Berlin Konfransında istifadə edilməyən və "Beynəlxalq Assosiasiyalar Birliyi"ni rəsmi olaraq əvəz edən bir ad verdiyini açıqladı. 1 Avqust 1885 -ci ildə. Konqo Azad Dövləti bölgəni heç vaxt şəxsən ziyarət etməməsinə baxmayaraq II Leopoldun sərəncamına verildi. Dövlət, indiki Konqo Demokratik Respublikasının bütün ərazisini əhatə edirdi və 1885-ci ildən 1908 -ci ilə qədər mövcud oldu. 1908-ci ildə Belçika hökuməti beynəlxalq təzyiqlərdən sonra dövləti koloniya kimi krallığa birləşdirdi.
Konstantin Azadovski
Konstantin Markoviç Azadovski (rus. Константи́н Ма́ркович Азадо́вский; 14 sentyabr 1941, Leninqrad) — SSRİ və Rusiya ədəbiyyatşünası. Onun əsas maraq dairəsi XIX–XX əsrlərin rus və Avropa ədəbiyyatı, Almaniya–Rusiya ədəbi münasibətləridir. O, Mark Azadovskinin oğlu, filologiya elmləri namizədidir. Konstantin Azadovski almanşünaslıq, rusşünaslıq, Rusiya–Avropa ədəbi əlaqələri üzrə bir sıra elmi məqalələrin və nəşrlərin müəllifidir. O, "Zvezda", "Novoye literaturnoye obozreniye" və "Voprosı literaturı" jurnallarının redaksiya heyətinin üzvü olmuşdur. Azadovski 1999-cu ildə "Buker" mükafatının münsiflər heyətinin sədri olmuşdur. Konstantin Azadovski 2001-ci ildə "NTV" telekanalının müdafiəsi üçün məktub imzalamışdır. 2014-cü ilin martında o, bir sıra digər elm və mədəniyyət xadimləri ilə birlikdə Rusiya hakimiyyətinin Krımda apardığı siyasətlə razılaşmadığını bildirmişdir. Бальмонт и Япония.
Koqnitiv azadlıq
Koqnitiv azadlıq və ya «əqli öz müqəddəratını təyinetmə hüququ» — fərdin öz zehni proseslərini, idrakını və şüurunu idarə etmək azadlığı. Bu konsepsiya düşüncə və vicdan azadlığı və bədəninizlə əlaqəli hərəkət azadlığı kimi anlayışları genişləndirir. Koqnitiv azadlıq beynəlxalq insan hüquqları müqavilələrində tanınmış bir hüquq deyil, lakin ABŞ-də məhdud bir səviyyədə tanınmışdır. Müasir elm üçün şəxsiyyətin tədqiqi ənənəvi hal alıb. Hazırda şxsiyyətin quurluşunu əmələ gətirən meyil, istək, duyğu, hiss, tələbat, motiv, maraq, bilik, bacarıq, ideal, inanc, dəyər, dünyaya münasibət və s. məsələlər geniş şəkildə öyrənilir. Koqnitiv azadlığa sahib olmaq, düşüncə, yoga, holotropik nəfəs alma, psixoaktiv maddələrin istifadəsi (məsələn, psixodeliklər, psixostimulyatorlar və digər qrupların maddələri), neyroteknologiyaların dəyişdirilmiş şüur ​​vəziyyətlərinə çatma yollarında məhdudiyyətsiz olmaq və s. deməkdir. Şəxsiyyətin quruluşundakı azadlıq göstəricilərinə psixologiyada onun harmonik inkişafının əsas şərtlərdən biri kimi baxılır. Bu fikir dünyanın tanınmış psixoloqların elmi tədqiqatlarında da təsdiqlənir.
Koreya Milli Azadlıq Günü
Koreya milli azadlıq günü (kor. 민족 해방의 날), Qurtuluş günü (kor. 광복절), Kvanbokocoul (kor. 광복절) və ya Çoqunxebani-nal (kor. 조국해방의 날) — 15 avqustda Şimali və Cənubi Koreyada hər il qeyd olunan bayram. Hər iki ölkədə də bu bayram ictimaidir. 15 avqust 1945 tarixində Yaponiya İmperiyası Antihitler koalisiyasına təslim olmuş və Koreya yarımadası azad edilmişdir. Bayram 1949-cu ildən bəri keçirilir.. Koreya Milli Qurtuluş günü hər il həm Cənubi Koreyada həm də Şimali Koreyada keçirilir. Bu gün Koreya yarımadasının Yaponiya əsarətindən xilası olması ilə bağlıdır.

Digər lüğətlərdə