Valeh Bərşadlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Valeh Bərşadlı
Valeh Əyyub oğlu Bərşadlı
5 sentyabr 1991 – 11 dekabr 1991
Əvvəlkivəzifə təsis olunub
SonrakıTacəddin Mehdiyev
11 dekabr 1991 – 4 sentyabr 1992
ƏvvəlkiRüfət Əmirov (əvəzedici)
SonrakıSəfər Əbiyev (əvəzedici)
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyul 1927(1927-07-06)
Doğum yeri
Vəfat tarixi 15 may 1999(1999-05-15) (71 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d],
  • Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbi[d],
  • Zirehli Qoşunların Hərbi Akademiyası[d]
Fəaliyyəti hərbi qulluqçu
Rütbəsi general-leytenant

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni

Bərşadlı Valeh Əyyub oğlu (6 iyul 1927, Eyvazlı, Zəngəzur qəzası15 may 1999, Bakı) — general, Azərbaycanın müdafiə naziri.

Həyatı

Valeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlmişdir. Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmişdir. 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlıdır. Müstəqil Azərbaycanın 1992-ci ildə ilk müdafiə naziri və Azərbaycan tarixində ilk müvəffəqiyyətli Goranboy və Ağdərə əməliyyatlarını həyata keçirmiş baş qərargah rəisi olmuşdur. 1992-ci ildə tutduğu vəzifədən istefa vermişdir.

Valeh Bərşadlı 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmiş, taqım komandirliyindən ən nəhəng ordulardan (Almaniya Demokratik Respublikasında yerləşən sovet qoşun birləşmələrindən) birinin müavinliyinə qədər yüksəlmişdir.[1]

1999-cu il, 15 may tarixində vəfat etmiş və məzarı Fəxri Xiyabanda yerləşir.

İstinadlar

  1. "İkinci müstəqilliyimizin ilk müdafiə naziri". 2021-05-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-25.

Xarici keçidlər