Soltan Məmmədov (deputat)

Soltan Teymur oğlu Məmmədov (1 aprel 1974, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü.

Soltan Məmmədov
bayraq
Azərbaycan Milli Məclisinin VI çağırış üzvü
bayraq2
Vəzifədədir
10 mart 2020-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1974(1974-04-01) (50 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Tərəqqi" medalı

Soltan Teymur oğlu Məmmədov 1974-cü il aprelin 1-də Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Sabunçu rayonu 80 №-li tam orta məktəbdə, 1991–1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) istehsalat proseslərinin avtomatlaşdırılması üzrə ali təhsil alıb. 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) aspiranturasını bitirib. 2005-ci ildə isə "Xəzər" Universitetində ictimai səhiyyənin idarəedilməsi üzrə magistr təhsili alıb.

Soltan Məmmədov ailəlidir, üç övladı var.

Soltan Məmmədov 1996–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Balaxanı Neft İdarəsində operator-nəzarətçi vəzifəsində çalışıb. Daha sonra o, 1998–2001-ci illərdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində işləyib.

2003–2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) inzibati yardımçı, 2000–2015-ci illərdə isə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycan nümayəndəliyinin Prezidenti olan Soltan Məmmədov 2015-ci ildən Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr Departamentinin rəisidir.[1]

Soltan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edildi.[2]

2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 14 saylı Xəzər dairəsindən namizəd olan Soltan Məmmədov 47,20 % səslə VI çağırış Milli Məclisin deputatı seçilmişdir.[3] 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Soltan Məmmədov Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin, Səhiyyə Komitəsinin üzvü, habelə Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.[4][5][6]

  1. Bünyadzadə, Fənarə. "Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi yerli və beynəlxalq tərəfdaşlarla "PROACT-Care" layihəsinin birinci onlayn koordinasiya görüşünü keçirib". BMT Azərbaycanda (az.). 25 yanvar 2021. 2021-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyun 2021.
  2. "Heydər Əliyev Fondunun işçilərinin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 6 may 2019-cu il tarixli 1164 nömrəli Sərəncamı" (az.)). 06.05.2019. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  3. "Candidates elected by constituencies in the Parliamentary elections to be held in Azerbaijan on february 9, 2020" (az.)). 10.02.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  4. "Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 18-VIQR nömrəli Qərarı" (az.)). 14.03.2020. 2020-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  5. "Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 19-VIQR nömrəli Qərarı" (az.)). 14.03.2020. 2020-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  6. "Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 aprel 2020-ci il tarixli 63-VIQR nömrəli Qərarı" (az.)). 24.04.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.