AĞA

is. köhn.
1. Hakim, istismarçı siniflərə mənsub adam; mülkədar, bəy, zadəgan.
[Kəndli:] Biz ata-babadan ağa qulluğunda oturmağa adət etməmişik. Ə.Haqverdiyev.

2. Keçmişdə seyidlərə, ruhanilərə verilən ləqəb.
// Keçmişdə ziyalılara müraciət edərkən söylənilirdi; cənab.
// Keçmişdə mənsəb sahiblərinə, yaxud yaşlı və hörmətli adamlara verilən ləqəb (bəzi adamların adlarının əvvəlinə, ya axırına əlavə olunardı).
Novruz Bahadırı qəmgin görüb dedi: – Ağa, nə üçün fikir edirsən? Yoxsa qaçaqlardan qorxursan? N.Nərimanov.
[İskəndər:] Doğru deyir ağa, onlar heç vaxt özlərini bu ağzıbirə salmazlar. N.Vəzirov.
[Nəcəf bəy:] Ağa İmamverdi, hirsini bas, mən ona qulaqburması verərəm. Ə.Haqverdiyev.

// dan. Keçmişdə uşaqlar atalarına deyərdilər.
3. Sahib, sahibkar, yiyə, hakim. Bu yerlərin ağası zəhmətkeşlərdir.
– İnsan bütün varlığın ağasıdır, hakimidir. M.İbrahimov.

4. sif. Hakim, üstün.
Portuqaliyalılar Anqolanı işğal etdikləri ilk gündən … ağa dil və məhkum dil siyasətini dar ağacı və qılınclarla həyata keçirməyə başladılar. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AĞA 1. AĞA (köhn.) (hakim istismarçı siniflərə mənsub adam) Ağanın dediyinə gərək dinməz-söyləməz əməl eləyəsən (Ə
  • AĞA mülkədar — bəy — zadəgan
  • AĞA hakim — sahib — yiyə

Omonimlər

  • AĞA AĞA I is. köhn. Hakim, hökmran. Mərd anadan mərd oğul; Yada ağa, mərdə qul; Qorxaq töhmət gətirər; Baş ucaldar mərd oğul (Bayatı)

Antonimlər (əks mənalı sözlər)

  • AĞA AĞA – NÖKƏR Ağa borc eylər, nökər xərc (Ata. sözü)

Etimologiya

  • AĞA “Hündür”, “yuxarı” deməkdir. Bəzi türk dillərində əkə, yekə şəklində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  
AĞ₃
AĞABACI

Digər lüğətlərdə