Elnur Allahverdiyev (siyasətçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elnur Allahverdiyev
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsi2020 — 17 saylı Yasamal üçüncü
ƏvvəlkiElşad Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 21 aprel 1978(1978-04-21) (46 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Marat Allahverdiyev
Hərbi xidmət
Qoşun növü Azərbaycan Silahlı Qüvvələri

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı
elnurallahverdiyev.az

Elnur Marat oğlu Allahverdiyev (21 aprel 1978, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Elnur Allahverdiyev 1978-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) hüquqşünaslıq üzrə ali təhsil alıb. 1999–2000-ci illərdə Qazax rayonunda Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2012–2015-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə ali təhsili alıb.

Elnur Allahverdiyev ailəlidir, üç övladı var.

İctimai-siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • Elnur Allahverdiyev 2001-ci ildən 2020-ci ilə qədər "ABC-Telecom" MMC-nin Baş direktoru olub.
  • 14 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniyanın Azərbaycanda olan Fəxri Konsulu vəzifəsində çalışıb.
  • 26 mart 2018-ci ildən 1 iyul 2021-ci ilə qədər "Azərcell" MMC-nin Müşahidə Şurasının sədri olub.
  • Elnur Allahverdiyev 2020-ci ildə parlament seçkiləri ilə əlaqədar bütün sahibkarlıq fəaliyyətini dayandırmışdır.
  • 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 17 saylı Yasamal üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olaraq iştirak edən Elnur Allahverdiyev 2145 səslə (40,98%) VI çağırış Milli Məclisin deputatı seçilmişdir.[1]
  • 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Elnur Allahverdiyev Milli Məclisin Gənclər və İdman Komitəsinin, İqtisadi Siyasət, Sənaye və sahibkarlıq Komitəsinin, habelə Hesablayıcı Komissiyasının üzvü seçilmişdir.[2][3]

GUAM Parlament Assambleyası sədri, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Candidates elected by constituencies in the Parliamentary elections to be held in Azerbaijan on february 9, 2020" (az.)). 10.02.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  2. "Azərbaycan Milli Məclisinin Gənclər və idman Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 21-VIQR nömrəli Qərarı" (az.)). 14.03.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  3. "Azərbaycan Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 16-VIQR nömrəli Qərarı" (az.)). 14.03.2020. 2020-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.