Rəsulallah məscidi və ya Sədərək məscidi — Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşən məscid.[1]
İslam | |
Rəsulallah məscidi | |
---|---|
Din | |
İlahi gücü | Şiəlik |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Bölgə | Qaradağ rayonu |
Şəhər | Lökbatan |
Memarlıq | |
İnşa tarixi | 2007 |
Tikdirəni | |
Vəziyyəti | Fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan Sədərək Ticarət Mərkəzinin ərazisində 2007-ci ildə tikilmişdir.[2] Məscid əsasən işçilər üçün nəzərdə tutulmuşdur.[3]
Məscid iki-mərtəbəli, müasir səkkizbucaqlı bir tikilidir. Məscidin minarəsi yoxdur. İkinci mərtəbədə, məscidin günbəz hissəsində cəmi 14 pəncərə var. Məscidin ərazisinə daxil olan yerdə dördbucaqlı şəklində olan ikinci bir struktur var. Tikili dəstənamaz üçün nəzərdə tutulmuşdur. Məscidin ərazisi hündürlüyü iki metr olan bir çəpərlə əhatə edilmişdir.