Ramin Məmmədov (deputat)

Ramin Ələmşah oğlu MəmmədovAzərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2024-cü ildən), Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini (2016–2020), Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs (2023-cü ildən).

Ramin Məmmədov
Vəzifədədir
8 aprel 2024-cü ildən
ƏvvəlkiMübariz Qurbanlı
10 mart 2020 – 2 may 2024
Seçki dairəsi2020 — 64 saylı Sabirabad ikinci
ƏvvəlkiRüstəm Xəlilov
12 may 2016 – 9 mart 2020
SədrNazim İbrahimov
Fuad Muradov
Şəxsi məlumatlar
Doğum tarixi 17 fevral 1979(1979-02-17) (45 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Tərəqqi" medalı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramin Məmmədov 17 fevral 1979-cu ildə Ağdərə şəhərində doğulmuşdur. 1985–1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxumuş, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirmişdir. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirmişdir.

2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi "İnkişaf edən liderlər" adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını almışdır.

İngilis və rus dillərini bilir. Evlidir, 1 övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2001–2002-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis kimi çalışmışdır.

2002–2009-cu illərdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləmişdir.

2009–2016-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışmışdır.

Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 12 may 2016-cı il tarixli 2040 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin olunmuşdur.[1]

Ramin Məmmədov 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq deputatlığa namizəd olmuşdur.[2] O, seçkilərdə 12 677 səs[3] və ya ümumi səslərin 56,2%-ni toplayaraq[4] deputat seçilmişdir.

Ramin Məmmədov deputat seçildiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 9 mart 2020-ci il tarixli 1908 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsindən azad olunmuşdur.[5]

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olmuşdur. O həmçinin Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Fransa, İsrail, İtaliya, Koreya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərmişdir.

Ramin Məmmədov 1 mart 2023-cü ildə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs müəyyən edilib.[6] Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunmuşdur.[7]

Ramin Məmmədov Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında Partiya İdarə Heyətinin üzvü seçilmişdir.[8]

Üzv olduğu beynəlxalq təşkilatlar

[redaktə | mənbəni redaktə et]

Ramin Məmmədov, eyni zamanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin, Qoşulmama Hərəkatı Parlament şəbəkəsi və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının üzvü olmuşdur.

Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2012-ci il tarixli 2334 nömrəli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.[9]

Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 18 noyabr 2017-ci il tarixli 3397 nömrəli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[10]

  1. "R. Ə. Məmmədovun Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
  2. "64 SAYLI SABİRABAD İKİNCİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2022-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
  3. "Arxivlənmiş surət". 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
  4. "Arxivlənmiş surət". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
  5. "R. Ə. Məmmədovun Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
  6. "Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb - AZƏRTAC".
  7. "R.Ə.Məmmədovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2024-04-08. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-08.
  8. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.
  9. "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.
  10. "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]