XANIM

is.
1. Hörmət və şərəf üçün qadınlara verilən ad; bəyim.
[Murad:] Ah, xanım, bir sənsən mənim pənahım; Mən qərib kimsəyəm, yox bir günahım. H.Cavid.
Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. Koroğlu”.
Çərşənbə günündə çeşmə başında; Gözüm bir alagöz xanıma düşdü. Aşıq Ələsgər.

// Tanış olmayan qadına hörmətlə müraciət. Xanım, məni dinləyin.
// Hörmət üçün qadın adlarına əlavə edilir.
Nizami, Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı. M.S.Ordubadi.
Ağa Murad bəyin Reyhan xanımla rəftarı … get-gedə sərtləşirdi. T.Ş.Simurq.
[Şeyda Kəngərli:] Davamlı olun, Sənubər xanım, lazımlı fikri həyata keçirmək çətin olduğu kimi, həm də şərəflidir. B.Bayramov.

// Qadınlığın bütün gözəl sifətlərini özündə cəmləşdirən qadın haqqında; alicənab, nəcib. Çox xanım adamdır (bu mənada xanım-xatın şəklində də işlənir).
2. Qadın, arvad, zövcə. Yoldaşım öz xanımı ilə gəlmişdi.
– Bu vaxt evin xanımı uzun, yekə məcməyidə buğlanan plovu gətirib, stolun üstünə qoydu. M.Hüseyn.

3. Bəzi mürəkkəb qadın adlarının ikinci tərkib hissəsi; məs.: Minaxanım, Bəyimxanım, Balacaxanım, Xırdaxanım və s.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XANIM 1. XANIM (hörmət və şərəf üçün qadınlara verilən ad) Yelpazəli xanım, fraklı serlər; Gülür toqquşduqca qədəh-qədəhə (S

Antonimlər (əks mənalı sözlər)

  • XANIM XANIM – QULLUQÇU Mən gözləyirdim, əvvəl yol xanımındır, sonra qulluqçunun (S.S.Axundov)
XANIKİMİLƏR
XANIM-XATIN
OBASTAN VİKİ
Heyran xanım
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Mələkbər xanım
Mələkbər xanım (ö. oktyabr 1890) — Osmanlıların Misir və Sudan hakimi Səid Paşanın ikinci xanımı. == Həyatı == Doğum tarixi və saraya necə alındığı məlum deyil. Ancaq çərkəz əsilli olan bu qızcığazın Səid Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Cütlüyün Mahmud və Mehmed Tosun adlı 2 oğlu dünyaya gəldi. Səid Paşanın ilk xanımı İnci xanımdan övladı yox idi və bir çoxları paşanın övladının olması üçün Mələkbər xanımla birlikdə olduğunu düşünürdü. Digər tərəfdən Səid Paşa ilk xanımına çox bağlı idi və bütün rəsmi görüşlərə və səyahətlərə onunla birlikdə qatılırdı. 1863-cü ildə Səid Paşanın vəfatının ardından Mələkbər xanım bir daha evlənmədi və qalan ömrünü kiçik oğlu Mehmed Tosun Paşa ilə birlikdə keçirdi. 1890-cı ilin oktyabrında İsgəndəriyyədə vəfat edən İnci xanım öncə buradakı Nəbi Danial məscidinə, daha sonra isə Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. == Övladları == Mahmud bəy (ö.
Xanım
Xanım — qadın adı. Xanım İsmayılqızı — şairə, bəstəkar. Xanım Balacayeva — Azərbaycan şahmatçısı.
Nakihət Xanım
Nakihət Xanım (və ya Nakihət Begüm), Səfəvi şahı II Abbasın (1642–1666) çərkəz kökənli həyat yoldaşı. II Şah Abbasın varisi və ondan sonrakı Səfəvi şahı Şah Süleyman Səfəvinin anasıdır. İlk əvvəllər Səfəvi sarayında kəniz olmuş, sonradan kəbinli həyat yoldaşı və şahın əsas arvadı olmuşdur. Şah ailəsinin digər qadınları kimi, ölümündən sonra İraqdakı Şiə müqəddəs türbələrində dəfn edilmişdir. Bu yerlər 1639-cu il, Qəsri-Şirin sülh müqaviləsi imzalanan zamandan formal olaraq Osmanlı dövlətinə tabe idi. == İstinadlar == == Mənbə == Bierbrier, Morris. "The Descendants of Theodora Comnena of Trebizond". The Genealogist. 12 (1). 1998.
Navəkmisal xanım
Navəkmisal xanım (d. 1828 - ö. 5 avqust 1854) — 31. Osmanlı sultanı Əbdülməcidin on səkkizinci xanımı. == Həyatı == Navəkmisal xanım 1828-ci ildə Şimali Qafqazda əsilzadə ailəsində dünyaya gəlmişdir. Atası Rüstəm bəy Biberd, anası isə Batıxan Kızılbəyin qızı Fatma Kızılbəy idi. Özündən başqa Suzidilarə xanım (ö. 1919) adlı bir bacısı da vardı. Xalası Kəşfiraz xanım Rəfiyə Sultanın süd anası idi. Bu səbəblə bacısı qızlarını daha yaxşı həyat yaşamaları üçün İstanbula, Osmanlı sarayına gətirtmişdi.
Nazlı xanım
Nazlı Məmmədağa qızı Nəcəfova (ilk soyadı Tahirova; 1890, Naxçıvan, Rusiya imperiyası – 1977, Naxçıvan) — Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, Azərbaycan SSR əməkdar müəllimi. == Soy kökü == Ata xətti ilə babası və ulu babası – Mirzə Məhəmməd Tahir və Ağası bəy Naxçıvan xanlığının vəziri olmuşlar. Ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. Kəngərlilərin "bilici" adlanan, nəsildə daha çox nüfuzu olan və o vaxtkı Naxçıvanın ən varlı mülkədarları olan qoluna aiddir. == Həyatı == Nazlı xanım 1890-cı ildə Naxçıvanda anadan olub. Nazlı Tahirova qardaşı, çar Rusiyasının polkovniki olan Yusif bəy Tahirovun dəstəyi ilə Tağıyevin qızlar məktəbinin ilk şagirdlərindən olmuşdur. Həmin dövrün Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev kimi aparıcı maarifçilərindən səkkiz il dərs almışdır. Müəllimlik şəhadətnaməsi aldıqdan sonra ailəsinin yaşadığı İrəvana qayıtmışdır. Qayıtmazdan bir qədər əvvəl gənc Nazlı xanım sonrakı illərdə onun üçün bir növ şüar olan "qadınların gözlərinin dünyaya açılması" sözlərinin müəllifi, məşhur Azərbaycan yazıçısı və ictimai xadim Cəlil Məmmədquluzadə ilə görüşmüşdür. İrəvanda azərbaycanlı oğlanlar üçün yerli məktəbdə müsəlman qızlar üçün də ayrıca sinfin açılması Nazlı xanımın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olmuşdur.
Nazpərvər xanım
Nazpərvər xanım (d. 12 iyun 1870 — ö. 9 mart 1929) — 35. Osmanlı sultanı V Mehmedin dördüncü xanımı. == Həyatı == Nazpərvər xanım 12 iyun 1870-ci ildə İstanbulun Beşiktaş səmtində dünyaya gəlmişdir. Aİləsi əslən abxaz olub, əsl adı Əminə idi. Sultan Əbdüləzizin xanımı Dürrünəv xanımın bacısı qızı idi. Bu səsəblə 4 yaşına çatan Əminə və bacısı Behiyə xanım İstanbula gətirildi və Osmanlı sarayında xalaları Dürrünəv xanımın himayəsinə verildi. Burada tamamilə türk və müsəlman ənənələrini öyrənən Əminənin adı dəyişdirildi və Nazpərvər qoyuldu. Sarayda Sultan Əbdüləziz cinayətinə şahid olanlardan biri idi.
Nigar xanım
Nigar xanım (1856[…], İstanbul – 1918, İstanbul) (نگار خانم) — Osmanlılar dövründə yaşayan türk şair. Atası macar əsilli Makar Osman Paşa idi. == Həyatı == İstanbulda 1856-cı ildə anadan olub. Əsl adı Şandor Farkaşdır və 1848-ci il Macarıstan İnqilabından sonra Türkiyəyə sığınan və “Macar” ləqəbi ilə tanınan Osman Paşanın qızıdır; Anası, vəzir Keçecizadə Fuad Paşanın katibi Nuri bəyin qızı Əminə Rifati Xanımdır. Yeddi yaşında o, Kadıköydəki Madam Qarosun internat məktəbinə verilir. Bu məktəbdə o, yunan, italyan və erməni dilləri ilə yanaşı, fransız dili, fortepiano, rəssamlıq və tikiş sənətini də öyrənir. O, çarşab yaşının yaxınlaşması ilə əlaqədar olaraq məktəbdən ayrılır, fortepiano və dil dərslərini evdə davam etdirib. Erkən yaşda evliliyindən Sâlih Münir, Sâlih Feridun ve Sâlih Kerâmet adlı uşaqları dünyaya gelir. Yeddi il sonra həyat yoldaşından ayrılır. "Əfsus" adlı şeir kitabını çap etdirir.
Nurəfsun xanım
Nurəfsun xanımı (1851, Qafqaz – 1915, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ikinci xanımı. == Həyatı == Ailəsi əslən çərkəz olub, əsl adı Sərvinazdır. Atası Səlim bəy Şarmat, anası Rəbiyə xanımdır. Saraya necə alındığı və Şahzadə Əbdülhəmidlə necə tanış olduğu bilinmir. Cütlük 1868-ci ilin oktyabrında Dolmabağça sarayında evlənmiş, ancaq 26 iyul 1879-cu ildə ayrılmışdır. Övladı olmamışdır. == Mənbə == Harun Açba (2007). Kadın efendiler: 1839–1924. Profil.
Nəsrin xanım
Nəsrin xanım (d. 1826, Poti — ö. 2 may 1853, İstanbul) — 31. Osmanlı sultanı Əbdülməcidin on birinci xanımı. == Həyatı == Nəsrin xanım əslən gürcü olub, əsl adı Adilə idi. 1826-cı ildə Poti şəhərində dünyaya gəldi. Atası gürcü əsilzadələrdən Mənüçöhr Asemiani, anası isə onun xanımı Mehrə xanımdır. Bəzmialəm Validə Sultanın oğlu üçün seçdiyi gürcü gözəllərindən biri idi və bu məqsədlə uşaq yaşlarında saraya alınaraq saray təlim-tərbiyəsi aldı. Ardından 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi və həmin ilin dekabrında ilk övladı Mehmed Ziyayəddin Əfəndini dünyaya gətirdi. Ancaq uşaq hələ 3 yaşında ikən vəfat etdi.
Nəvvarə xanım
Nəvvarə xanım (d. 4 may 1901 — ö. 22 aprel 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin dördüncü xanımı və gözdəsi. == Həyatı == Nəvvarə xanım 4 may 1901 tarixində İzmitin Hikmətiyə kəndində abxaz əsilli Mustafa bəylə xanımı Hafizə xanımın ailəsində dünyaya gəldi. Kiçik yaşlarında Dolmabağça sarayına alınaraq təhsil aldı. Sultan Vahidəddinin üçüncü xanımı Şadiyə Müvəddət xanımın əmisi qızıdır. Müvəddət xanım Şahzadə Vahidəddinlə evləndikdən sonra onu Çəngəlköy sarayına alaraq özünə nədimə seçmişdi. Vahidəddin bu dəfə də Nəvvarə xanıma aşiq olmuş, bu səbəblə iki əmi qızının münasibətləri pisləşmişdi. Vahidəddinlə 20 iyul 1918-ci ildə Dolmabağça sarayında evləndi. Bu nigahdan övladı olmadı.
Nəvzad xanım
Nəvzad xanım (d. 2 mart 1902 — ö. 23 iyun 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin beşinci xanımı və gözdəsi. == Həyatı == Nəvzad xanım Beşiktaş rayonunda Hüseyn bəy köşkündə 2 mart 1902-ci ildə dünyaya gəlmişdir. Atası köşkün bağbanı Şaban Barqu, anası isə Xədicə xanım idi. Əsl adı Nemət idi. Özündən başqa Əminə və Fatma adlı 2 bacısı, Saleh adlı qardaşı vardı. Yaşadıqları köşkün xanımı Əda xanım, atası Şaban bəyin bibisi idi. 1913-cü ildə Əda xanımın istəyilə, Nemət və bacısı Əminə V Mehmedin hərəminə alındı. Saraya alındıqdan sonra özünə Nəvzad, bacısına isə Nəsrin adı verildi.
Pərixan xanım
Pərixan Sultan (tam titulu: Dürri-dürət Padşahi Şahhiran Sultan Cahan və Cahaniyan Fatimə üz-Zamani Pərixan Sultan; 3 avqust 1548 – 12 fevral 1578) — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. == Həyatı == Pərixan Sultan 3 avqust 1548-ci ildə Əhərdə doğulmuşdur. Hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılmışıdır. Atasının ən sevdiyi qızı olub, ən yaxın məsləhətçilərindən idi. Bibisi Məhinbanu Sultandan xüsusi təlim, tərbiyə almış onun 'Naibə'lik varisi olmuşdur. Bu sayədə də çoxlu nüfuz əldə etmişdir.İsgəndər bəy Münşi, onun haqqında deyir: == Heydər Mirzə dövründə == Atasının ölüm ayağında qardaşlarından İsmayılın tərəfini tuturdu. Rumlu, Əfşar və Qacar tayfaları da onun tərəfində idi: Təhmasibin ölümündən sonra İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı… Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və fəsad anası-Gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Bu səbəbdən fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi.
Qaçqın xanım
Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi şəkil, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Azərbaycan xalqınızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunəsi sayılır. Portret təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.
Tamara xanım
Tamara xanım (özb. Tamaraxonim; əsl adı və familyası — Tamara Artyomovna Petrosyan, 29 mart 1906, Yeni Mərgilan, Fərqanə vilayəti[…] – 30 iyun 1991, Daşkənd) — özbək sovet rəqqasəsi, müğənni, özbək peşəkar rəqsinin yaradıcılarından biri, SSRİ xalq artisti (1956). == Həyatı == Tamara xanım 1906-cı ildə Fərqanə şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1919-cu ildən başlamışdır. 1936-cı ildən Özbəkistan Dövlət Filarmoniyasında dollar, 1941-ci ildən həmçinin bədii rəhbər, baletmeyster kimi fəaliyyət göstərmişdir. Repertuarına ərəb, türk, əfqan, hind, gürcü, Azərbaycan, erməni və s. xalqların rəqsləri daxil olmuşdur. Tamara xanım mahnı-rəqs miniatürü janrını yaratmış, ifa etdiyi rəqslərin əksəriyyətinin quruluşunu vermişdir. Xarici ölkələrdə qastrolda olmuşdur. Tamara xanım 1991-ci ildə Daşkənd şəhərində vəfat etmişdir.
Xanbikə xanım
Xanbikə xanım (1856, Şuşa – 1921, Ağdam, Şuşa qəzası) — azərbaycanlı şairə, Xurşidbanu Natəvanın qızı. == Həyatı və yaradıcılığı == Xanbikə xanım 1856-cı ildə Şuşada doğulmuşdur. Xurşidbanu Natəvan irsinin görkəmli tədqiqatçısı Bəylər Məmmədov onun əsl adının Fatmabikə xanım olduğunu, hələ kiçik yaşlarından şair-həkim Mirzə Sadıq Sadiqin və şair Mirzə Rəhim Fənanın təsiri ilə şeir yazmağa başladığını, anası Xurşidbanu Natəvanın yolunu davam etdirərək qəzəllər və rübailər qələmə aldığını göstərmişdir. Xanbikə xanım 1872-ci ildə Xok və Qıvraq kəndinin atamanı Əmanulla xanla ailə qurmuş, ondan bir neçə övladı olmuşdur. Oğlu Əkbər xan Naxçıvanski 1960-cı illərə qədər yaşamışdır. Dümanın Xurşidbanuya bağışladığı fiqurları, fil sümüyündən olan şahmatı da muzeyə o bağışlamışdır. Polkovnik Əmanulla xan (1845–1891) vəfat etdikdən sonra Xanbikə xanım 1891-ci ildən sonra Gəncədə yaşayan naxçıvanlı tacir, yazıçı Mirzə Cəlilin yaxın dostu Kərbəlayi Cabbar Hacı Ələsgərov ilə ailə qurur. Ərinin qulluğu ilə əlaqədar olaraq Xanbikə xanım Naxçıvanda, Tiflisdə, Vladiqafqazda yaşasa da, tez-tez anası ilə məktublaşır, bəzən ailəsi ilə bərabər Qarabağa gəlirdi. Xanbikə xanım 1921-ci ildə Ağdamda vəfat etmiş, İmarətdəki silsiləvi qəbiristanlıqda dəfn olunmuşdur. Xanbikə xanım Azərbaycan və fars dillərində yazdığı şeirlər bir sıra nəzirələrdən, anası Xurşidbanunun və qızı Ənbərbikənin ayrılığına həsr edilmiş mənzum məktublardan ibarətdir.
Xanım Abbasova
Xanım Məhəmməd qızı Abbasova (1906, Qacar, Qaryagin qəzası – 2 oktyabr 1966, Ağdam) – Sosialist Əməyi Qəhrəmanı (1950). == Həyatı == Xanım Abbasova 1906-cı ildə Azərbaycanın Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. 1966-cı ilin oktyabr ayının 2-də Ağdamda vəfat etmişdir. == Fəaliyyəti == Xanım Abbasova 1949-cu ildə üzümçülük sahəsində yüksək nailiyyətlər əldə etmişdir.
Xanım Aydın
Xanım Aydın (8 may 1984; Bakı, Azərbaycan SSR) — azərbaycanlı yazıçı, şair, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2016) == Həyatı == Xanım Aydın 1984-cü il mayın 8-də Bakı şəhərində anadan olub. 1990–2001-ci illərdə 171 saylı tam orta məktəbdə, 1991–1996-cı illərdə S.Ələsgərov adına 1 saylı incəsənət məktəbinin fortepiano sinfində təhsil alıb. 2015–2020-ci illərdə V.N.Karazin adına Xarkov Milli Universitetinin "Rus dili filologiyası" fakültəsində ali təhsilini tamamlayıb. 2014–2016-ci illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsində təhsil alıb. == Fəaliyyəti == 2014-cü ildən Xanım Aydın imzasıyla ədəbi mühitdə tanınmağa başlayıb. Həmin ildən "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaycan", "Yazı", "Dünya ədəbiyyatı" jurnalları, "Kaspi", "525-ci qəzet", "Ədəbiyyat qəzeti", "Mir literaturı" və s. qəzetlərdə məqalə, hekayə, şeir və tərcümələri müntəzəm şəkildə dərc olunub. 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.
Xanım Balacayeva
Xanım Balacayeva (28 mart 2001, Qax) — Azərbaycan şahmatçısı. Qadınlar arasında qrosmeyster (2019). == Erkən illəri == Xanım Balacayeva 28 mart 2001-ci ildə Qax şəhərində anadan olub. Şahmatla 5 yaşından məşğul olmağa başlamışdır. Qax rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsidir. == Şahmat karyerası == === Şəxsi === 2008-ci ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 2-ci, elə həmin il Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında isə 5-ci yeri tutub. 2009-cu ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 1-ci yeri tutmuşdur. 2010-cu ildə 10 yaşadək qızlar arasında Azərbaycan çempionatında və Türkiyənin Kayseri şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə 6-cı dünya çempionatında birinci olmuşdur. 2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş şahmat üzrə məktəblilər arasında 6-cı Avropa çempionatında qızıl medal qazanıb. 2014 və 2015-ci illərdə 14 yaşadək qızlar arasında Azərbaycan çempionatında, 2016 və 2017-ci illərdə isə 18 yaşadək qızlar arasında Azərbaycan çempionatında birinci olub.
Xanım Hüseynova
Xanım Akif qızı Hüseynova (1 mart 1993; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Xanım Hüseynova 1993-cü il martın 1-də Sumqayıt şəhərində anadan olub. Anası Zülfiyyə Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti, bacısı Dursədəf Kərimova isə cüdoçudur. == Karyerası == Xanım Hüseynova 2017-ci ilin mayında IV İslam Həmrəyliyi Oyunlarında mübarizə apardı. Final görüşündə məğlub olan Xanım Hüseynova, turniri gümüş medalla başa vurdu. Komanda turnirində də Xanım Hüseynova gümüş medala sahib oldu. Daha sonra Uolsoll şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Çempionatında Xanım Hüseynova, bütün rəqibləri üzərində qələbə qazandı və turnirin qalibi oldu. Komanda turnirində də Xanım Hüseynova qızıl medalın sahibi oldu. Xanım Hüseynova 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatında fərdi turnirdə uğursuz mübarizə apardı.
Xanım Hüseynquliyeva
Xanım Niftəliyeva
Xanım Qafarova
Xanım Əbdülqafar qızı Qafarova — Azərbaycanın teatr və kino aktrisası, müğənni, Azərbaycanın əməkdar artisti (2003). == Həyatı == Xanım Əbdülqafar qızı Qafarova 1967-ci ildə anadan olub. Xanım Qafarova teatr və musiqi sənətlərinə erkən yaşlarından maraqlanmış, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olmuşdur. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olmuş, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də Səmayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynamışdır. 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olmuş, hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlamışdır. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb etmiş, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazları yaradıcısı kimi püxtələşdirmişdir. Burada o R. Əhmədzadənin "92 dəqiqə gülüş" tamaşasında Balaxanım, "Hələlik"də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun "Uca dağ başında" əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa etmişdir. Bundan başqa "Heç cür qana bilmirəm", "Bir gün sizinlə", "Bir başqa gecə" və s. şou-konsert proqramları ilə Bakının möhtəşəm sarayları ilə yanaşı Respublikanın əksər kənd və rayonlarında maraqlı və uğurlu çıxışlar etmişdir. 1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət almışdır.
Xanım Vəliyeva
Xanım Elşad qızı Vəliyeva (rus. Ханум Эльшад-Кызы Велиева; 10 aprel 1999, Krasnoyarsk) — Azərbaycan əsilli Rusiya güləşçisi. Rusiyanın beynəlxalq dərəcəli idman ustası. Güləş üzrə Avropa (2020) və beşqat Rusiya (2017, 2019, 2020, 2021, 2022) çempionu. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı.
Xanım Yadigarlı
Gənc xanımın portreti
"Gənc xanımın portreti" (təxm. 1470) holland rəssamı Petrus Kristus tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. Xüsusi dəqiqliklə işlənilmiş bu əsər holland portret rəssamlığı məktəbində yeni inkişaf mərhələsinə təkan vermişdir. Əsərdə çox gənc yaşlarında olan xanımın qapalı məkanda və aydın fonda surəti yaradılmışdır. Bu naməlum qəhrəman əsilzadələrə məxsus zərifliyi ilə diqqəti cəlb edir. Dəbdəbəli və bahalı qiyafələri bu xanımın fransız əsilli olmasına işarə edə bilər.
Haciyə xanım Gərgəri
Pərinisa xanım — Haciyə xanım Gərgəri adıyla tanınan Qudrət xanın qızı və Hacı Hüseynqulu xanın bacısı Qacar dövründə Gərgər mahalının hakimi idi.Mehdiqulu xan Hidayət məşhur Xatirələr və Xətərlər kitabında Haciyə xanım Gərgəridən Gərgər hakimi kimi ad aparır və yazır:"Gərgər mahalı Culfanın iki ağaclıqındadır.Bu nahiyənin hökuməti Haciyə xanım Gərgərinin əlindədir". == Mənbə == .Mehdiqulu xan Hidayət.Xatirələr və Xətərlər.5-ci çap.Tehran:Züvvar nəşrləri,1996.ISBN 964-401-021-3.
Hacı Sara xanım Qaradağlı
Hacı Sara xanım - (XIX əsr) - Toxmaqlı oymağının məşhur simalarından biri. == Həyatı == Hacı Sara xanım Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının qızıdır. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağskinin bacısı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Sara xanım Qulu xan Şambayatı-Qacarın nəticəsi, İran ordusunun məşhur komandanlarından olan Pirqulu xanın nəvəsi, Əmirnizam Məhəmmədbağır xanın oğlu İbrahim xanla ailə qurmuşdu. Əmir xan adlı oğlu, Fatiməbəyim xanım adlı qızı vardı. Əmir xan Əhər şəhərində dünyaya pənah gətirmişdi. Dövlət idarəsində qulluq etmişdi. Əmir xanın Ələkbər ağa adlı oğlu vardı. Bağiri soyadını daşıyırdı.
Hayriyə xanım Sultan
Hayriyə xanım Sultan (1846, Konstantinopol – 26 iyul 1869, Konstantinopol) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Hayriyə xanım Sultan 1846-cı ildə Nəşəbad qəsrində dünyaya gəldi. Atası Sultan Əbdülməcid və Sultan Əbdüləziz dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş Mehmed Əli Paşa, anası isə Sultan Mahmudun qızlarından Adilə Sultandır. Uşaqlıq illəri anasına məxsus Adilə Sultan qəsrində keçən Hayriyə xanım mükəmməl təhsil aldı. Dönəmin məşhur şairə və bəstəkarı Leyla Sazdan piano dərsləri aldı. 10 iyun 1865-ci ildə Mehmed Qəni Paşanın oğlu Əhməd Rüfət bəylə nişanlansa da, altı ay sonra nişan pozuldu. Səbəbi bilinməyən bu hadisənin ardından Əhməd Rüfət bəyin bütün hərbi imtiyazları əlindən alındı və Sankt-Peterburqa göndərildi. 17 aprel 1866-cı ildə İşkodralı Mustafa Şərif Paşanın oğlu Əli Rza bəylə nigahlanan Hayriyə xanımın toy mərasimi 22 apreldə Beşiktaş sarayında baş tutdu. Mərasimin ardından Çamlıca köşkündə yaşayan cütlüyün bu nigahdan övladı olmadı. Belə ki, Əli Rza bəy 1868-ci ildə vəfat etdi.
Heyran xanım Dünbüli
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Hunad xanım külliyəsi
Hunad xanım külliyəsi – Kayserida XIII əsrdə Hunad xanım tərəfindən anası Gövhər Nəsibə xanımın şərəfinə inşa olunan külliyə. Hunat xanım külliyəsi I Əlaəddin Keyqubadın həyat yoldaşı, II Qiyasəddin Keyxosrovun anası Mahperi Hunad xanım tərəfindən 1238-ci ildə Kayseri şəhər mərkəzində inşa edilmişdir. Mahperi Hunad xanım bir ir hədisi şərifdən, ("İnsan öldüyü zaman əməl dəftəri bağlanır. Üç şey onun əməl dəftərinin açıq qalmasını təmin edir: xeyri davam edən yaxşılıqlar, faydalınan elm, özünə dua edən xeyirli övlad) və qayınatası I Gıyaseddin Keyxosrovun gənc yaşda ölən bacısı Gövhər Nəsibə xanımın vəsiyyəti ilə 1206-ci ildə Kayseridə inşa olunan ilk tibb məktəbi və xəstəxanası, Şifaiyye olan Gövhər Nəsibə və Gıyasiyye Şifaiyyesinden təsirlənərək özünü xeyriyyə işlərinə sövq etdi. Kəsmə daşdan inşa edilmiş olan Hunad Xatun külliyəsi məscidi, mədrəsə, hamam və türbə hissələrindən ibarətdir. Məscidin minarəsi II Əbdülhəmid tərəfindən tikdirilmişdir. Bu məscidinin düzbucaqlı planlı mədrəsəsi bu gün Kayseri Etnoğrafya muzeyi olaraq istifadə edilir. Bu məscidi piramida kornet səkkizbucaqlı türbəsinin içində üç sənduqə vardır. Məscidin hamamı cüt hamamdır. Hamamın həm kişilər üçün hissənin günbəzi həm də qadınlar hissənin günbəzi kərpic ilə inşa edilmişdir.
Hümeyra xanım Sultan
Hümeyra xanım Sultan və ya Hümeyra Özbaş (4 iyun 1917, Nişantaşı, İstanbul, Osmanlı imperiyası – 17 may 2000, Quşadası, Türkiyə) — son Osmanlı sultanı VI Mehmedin qızı Fatma Ülviyə Sultanın qızı, Osmanlı xanım sultanı. == Həyatı == Hümeyra xanım Sultan 1917-ci ildə nənəsi Əminə Nazikəda xanımın Nişantaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəy, anası son Osmanlı sultanı Sultan Vahidəddinin qızı Fatma Ülviyə Sultan idi. 1922-ci ildə atası İsmayıl Haqqı bəy Mustafa Kamal Paşanın Anadoluda başlatdığı İstiqlal müharibəsinə könüllü olaraq qoşulmuş, bu səbəblə babası Sultan Vahidəddin tərəfindən atası və anası ayrılmışdır. Bir il sonra isə anası Zülfiqar İsmayıl Paşanın oğlu Əli Heydər Gərmiyanoğlu ilə evləndirildi və balaca Hümeyra da ailəsi ilə birlikdə Nişantaşındakı bir köşkdə məskunlaşdı. Ancaq 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 7 yaşlı Hümeyra ailəsiylə birlikdə İtaliyanın San-Remo qəsəbəsində yaşayan babası Sultan Vahidəddinin yanına getmiş, babasının 1926-cı ildə vəfatından sonra cənubi Fransadakı Menton qəsəbəsində məskunlaşmışdır. Atasının siyasi gücündən istifadə edərək Atatürkün verdiyi xüsusi icazəylə əfv qanunundan öncə Türkiyəyə gələn ilk Osmanlı mənsubu idi. Əvvəlcə atasının diplomatik pasportu ilə, daha sonra isə öz adına çıxardılan pasportla ölkəyə gedib gəlməyə başladı. Nəhayət, TBMM-nin 5 iyul 1939-cu ildə qəbul etdiyi 3662 saylı qanunla Hümeyra Özbaş və Ənvər Paşa ilə Naciyə Sultanın övladları Mahpeykər xanım Sultan, Türkan xanım Sultan və Sultanzadə Əli bəyə Türkiyə vətəndaşlığı verildi. Atası İsmayıl Haqqı bəy anası Ülviyyə Sultandan ayrıldıqdan sonra Bülent Əcəvitin anasının xalası olan Fərxundə xanımla evlənmiş, bu səbəblə Bülənt Əcəvitlə uzaq qohumluğu olmuşdur.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə
Həmidə Məmmədquluzadə (19 yanvar 1873, Böyük Kəhrizli, Şuşa qəzası – 6 fevral 1955, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri, Cəlil Məmmədquluzadənin həyat yoldaşı, tarixçi Əhməd bəy Cavanşirin qızı, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Qarabağın xeyirxah "Dəmir ledi"si. == Həyatı == Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnamə"dən ən məşhurunu — "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrət" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdi. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdu.
Həmidə xanım Cavanşirin ev-muzeyi
Həmidə xanım Cavanşirin ev-muzeyi — Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından olan Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində fəaliyyət göstərən ev-muzeyi == Muzeyin yaranması == Şuşa qəzasının Ağcabədi kəndində doğulan Həmidə xanımın evi Sovet hakimiyyəti illərində əvvəlcə orta məktəb, sonra isə musiqi məktəbi kimi fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində isə burada məcburi köçkünlər məskunlaşıb. 2005-ci ildə təmir edilən evdə muzey yaradılıb. Ev- muzeyin ümumi sahəsi 360 kvadratmetr, ekspozisiya sərgi sahəsi 120 kvadratmetrdir. == Muzeydəki materiallar == 2005-ci ildən fəaliyyət göstərən muzeyin 4 ekspozisiya salonu vardır. Bu otaqlardan biri Həmidə xanımın iş otağı, 2-ci və 3-cü salon qonaq otağı, 4-cü salon isə yemək otağıdır. Otaqların qarşısı dəhlizdən ibarətdir. Muzeyin 4 ekspozisiya salonunda ümumilikdə 192 eksponat nümayiş etdirilir. Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən fotolar, plakatlar, əl işləri, məişət əşyaları (divar saatı, şamdan, kömür ütüsü, çıraq, güldan, qablar), əlyazmalar, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, qəzet və jurnallar, xatirə albomu, evin qarşısındakı daşdan yonulan qoç fiquru ziyarətə gələnlərin böyük marağına səbəb olur == Muzeyin fəaliyyəti == 2006-cı ildə muzeydə Azərbaycan tarixində, milli mədəniyyətin inkişafında, maarifçiliyin yayılması, cəhalətin aradan qaldırılmasında tarixi rol oynamış bir çox görkəmli ədəbi simaların geniş tanınmasında ədəbi məktəb olmuş "Molla Nəsrəddin" jurnalının 100 illik yubleyi keçirilmişdir. Həmidə xanımın doğum günü hər il qeyd edilir.
Kavalalı Əminə xanım
Kavalalı Əminə xanım (ərəb. أمينة خانم‎, türk. Emine Hanım; 1770 – 1824) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ilk xanımı. == Həyatı == === İlk illəri === Əminə xanım 1770-ci ildə Rumeli əyalətində, Nüsrətli bölgəsində dünyaya gəldi. Atası Kavala sancaqbəyi Nüsrətli Əli ağa, anası isə Kavala əyanlarından Hüseyn ağanın qızı Qədriyyə xanım idi. Cütlüyün Əminə xanımdan başqa, Mustafa və Əli adlı 2 oğlu, Məryəm, Pakizə və İffət adlı 3 qızı vardı. Əminə xanımın ilk evliliyi bölgənin tanınan ailələrindən Əli bəylə baş tutdu. Nikah tarixi dəqiq bilinməsə də, Əminə xanımın 17 yaşında artıq dul qaldığını nəzərə alsaq, bu evliliyin uşaq yaşlarında baş tutduğu məlum olur. İlk həyat yoldaşının hansı səbəblə vəfat etdiyi bilinmir. Ancaq 1787-ci ildə dul qaldığı və həmin il xalası oğlu Mehmed Əli bəylə ikinci evliliyinin baş tutduğu məlumdur.
Komarov xanımotu
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Mahpeykər xanım Sultan
Mahpeykər xanım Sultan və ya Mahpeykər Ənvər (17 may 1917, İstanbul – 3 aprel 2000) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Mahpeykər xanım Sultan 17 may 1917-ci ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası İttihaq və Tərəqqi cəmiyyətinin görkəmli nümayəndəsi Ənvər Paşa, anası isə Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndinin qızı Naciyə Sultandır. Hələ 1 yaşında ikən atası Ənvər Paşa vəzifədən alındı və ingilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasının ardından da ölkədən qaçmağa məcbur qaldı. Ancaq o əsnada anası hamilə idi və bu səbəblə Mahpeykər xanım anasıyla birlikdə İstanbulda qaldı. Bacısı Türkan xanımın dünyaya gəlişindən bir neçə ay sonra anası və azyaşlı bacısıyla birlikdə Berlinə getdi (1920). Ancaq çox keçmədən atası Sovet Rusiyasına qaçdı, Mahpeykər xanım və digər ailə üzvləri əmiləri Mehmed Kamil bəyin himayəsində Berlində qaldı. Cəmi 2 il sonra - 4 avqust 1922-ci ildə atasının vəfatının ardından dul qalan Naciyə Sultan övladlarını da yanına alaraq İstanbula döndü və ərinin vəsiyyətinə əsasən, ertəsi il 30 oktyabr 1923-cü ildə qaynı Mehmed Kamil bəylə nigahlandı. Mahpeykər xanımın bu nigahdan bir bacısı daha - Rəna xanım dünyaya gəldi. Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Mahpeykər xanım da ailəsiylə birlikdə sürgünə göndərildi.
Mahruxsar xanım Fəxrəddövlə
Mahruxsar xanım Fəxrəddövlə — Qacar şahzadəsi, Abbas mirzənin ilkinci qızı, Məhəmməd şah Qacarın bacısı və Məhəmmədhəsən xan Sərdar İrəvaninin həyat yoldaşı idi.Şeir, rəssamlıq və xəttalıqda bacarıqlı idi.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir. Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Maral xanım Əfəndiyeva
Maya xanım (film, 1993)
Maya Memsaab (hind. माया मेमसाब, urdu. مایا میم صاحب, mənası: Maya xanım) 1993-cü ildə Ketan Mehtanın rejissorluğu ilə çəkilmiş hind filmidir.
Mina xanım Mirzəyeva
Mina xanım Mirzəyeva (Tbilisi – Bakı) — Azərbaycanın ilk ziyalı qadınlarından biri, 1923-cü ildə nəşr olunan "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü, pedaqoq == Həyatı == Mina xanım Mirzəyeva Tiflis şəhərində anadan olmuşdur. Gimnaziyada təhsil almışdı. Sankt-Peterburq Universitetini tamamlamışdı. Mina xanım 1923-cü ildə "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü idi. Mina xanım Mirzəyeva Sovet dönəmində qadın fəallarından idi və"Mina xala" kimi tanınırdı. "Şərq qadını” jurnalının ilk redaktoru Ayna Sultanova, redaksiya heyətinin üzvləri Azərbaycanın ilk publisist qadını Şəfiqə xanım Əfəndizadə, görkəmli maarif xadimi Mədinə xanım Qiyasbəyli, qadın hərəkatının mübariz xadimləri Mina xanım Mirzəyeva və Xanımnaz Əzizbəyova olub. Jurnalın ilk nömrəsi uzun illərdir ki, Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. Onu 1974-cü il sentyabrın 25-də Azərbaycan SSR əməkdar həkimi Yevsey Gindesin qızı Raisa Gindes ora təhvil verib. Qadın bu nömrədə atasının pediatriya ilə bağlı məqaləsi olduğu üçün onu özündə saxlayıb. == Fəaliyyəti == "Başda Ceyran Bayramova və onun yaxın köməkçiləri Mina xala, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova olmaqla, klub rəyasət heyətinin bir neçə fəalı qərara alırlar ki, qadınları kluba cəlb etmək üçün müsahibə, ucadan qiraət, yığıncaqlardan başqa, onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb etmək vacibdir.
Mədinə xanım Qiyasbəyli
Mədinə Qiyasbəyli (aprel 1889, Yuxarı Salahlı, Qazax qəzası – 1938, Bakı) — Azərbaycan maarif xadimi, pedaqoq, məktəbdar, jurnalist, tərcüməçi. Azərbaycanda bir neçə məktəbin əsasını qoyub və onlara rəhbərlik edib. "Şərq qadını" jurnalının yaradıcılarından biri. Əksinqilabi Müsavat təşkilatının üzvü ittihamı ilə XDİK tərəfindən həbs olunub. Qısa dövr ərzində 12 dəfə dindirilib. Bütün əmlakı müsadirə olunub. Özü isə 1937-ci il sentyabrın 28-də güllələnib. == Həyatı == Mədinə Vəkilova 1889-cu il aprel ayında Qazax qəzasının Salahlı kəndində anadan olub. Tiflisdə "Müqəddəs Nina" pedaqoji məktəbində təhsil alıb. 1904-cü ildə buradakı təhsilini bitirdikdən sonra gimnaziyada birillik əlavə kursa daxil olub.
Məhbubə xanım Mahmudbəyova
Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova (11.6. 1902, Şuşa — 13.1.1976, Bakı) — tibb e. d. (1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı. == Həyatı == Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirəndən sonra ATİ-yə (hazırkı ATU) qəbul olmuşdur. İnstitutu tamamlayandan sonra həkim işləmişdir. Ömrünü doğma təhsil ocağına bağlamışdır. 1933–70-ci illərdə Azərb.
Mənim gözəl xanımım (film, 1964)
"Mənim gözəl xanımım" (ing. My Fair Lady) — rejissor Corc Kyukorun filmi. == Məzmun == Məşhur professor Henri Hiqqins öz dostu ilə savadsız bir adama – küçədə gülsatan işləyən Elizaya təhsil, danışıq və yüksək davranış qaydalarını öyrətməyi barəsində mərc gəlir. Və onu əsl xanım edəcəyinə söz verir. Parlaq yumor, məzəli vəziyyətdə tamaşaçıların gözü qabağında Zoluşka şahzadəyə çevrilir. Heç vaxt evlənməyəcəyini qət etmiş qəhrəman isə aşiqə çevrilir. == Film haqqında == Film "Oskar", BAFTA, "Devid di Donatello", "Qızıl qlobus" mükafatlarına layiq görülmüşdür.
Məryəm xanım Bayraməlibəyova
Bayraməlibəyova Məryəm Teymur bəy qızı — azərbaycanlı pedaqoq, Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (qızlar) məktəbinin müdiri, 1919–1920-ci illərdə Lənkəran qızlar gimnaziyasının inspektoru, 1920–21-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından biri. == Həyatı == Məryəm Bayraməlibəyova 1898-ci ilin soyuq yanvar günlərinin birində Lənkəran şəhərində Azərbaycanın görkəmli xalq müəllimi Teymur bəy Bayraməlibəyovun maarif nurlu ocağında dünyaya göz açıb. Məryəm Teymur bəyin doqquz uşağından biri idi. Teymur bəy bütün çətinliklərə sinə gərərək bu uşaqları böyüdüb tərbiyə etmiş, onlara ali təhsil vermişdi. Teymur bəy maarifpərvər bir xalq müəllimi idi və Məryəm xanımın taleyində böyük rolu olmuşdur. Məryəm xanım atasının yolu ilə gedərək müəllimliyi ömrünün qayəsi etmişdi. Məryəm xanım ibtidai təhsilini "Nicat" xeyriyyə cəmiyyətinin hesabına 1905–1911-ci illərdə Bakıda, Hacı Zeynalabdin Tağıyevin qız məktəbində — I rus-tatar qızlar məktəbində almışdır. O, təhsilini davam etdirmək məqsədi ilə 1911-ci ildə "Müqəddəs Nina" qızlar məktəbinə daxil olmuş və 1917-ci ildə bu məktəbin 8-ci pedaqoji sinfini qızıl medalla bitirmişdir. Oxumağa böyük həvəs göstərən Məryəm xanım ali təhsil almaq üçün Moskvaya gedir və tibb institutuna qəbul edilir. Moskvada tibb institutuna daxil olan Bayraməlibəyovanın təhsil xərclərini Bakı milyonçusu — xeyriyyəçisi Murtuza Muxtarov öz üzərinə götürmüşdü.
Məryəm xanım Sulkeviç
Məryəm Mustafovna Sulkeviç — əsasını H. Z. Tağıyev qoyduğu Aleksandra imperator rus-müsəlman qız məktəbində müəllim və Bakı Müsəlman qadınlarının Xeyriyyə Cəmiyyətinin fəal üzvü idi. == Həyatı == Məryəm Sulkeviç 1861-ci il dekabrın 15-də Vilno quberniyasında (hal-hazırda ərazisi Belarus ilə Litva arasında bölünmüşdür) tatar əsilli zadəgan ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Vilnodakı Mariin qız gimnaziyasında almışdır. 1899-cu ilə qədər ev müəlliməsi kimi işləmişdir. Bakıda Rusiya imperiyasının ilk dünyavi qız məktəbinin açıldığından xəbər alan Məryəm Sulkeviç həmin məktəbdə müəllimlik etmək xahişi ilə məktəbin Qəyyumluq Şurasına müraciət etmiş və 1901-ci ildən etibarən orada rus dili müəlliməsi kimi fəaliyyət göstərmişdir. 1911-ci ildə 1-ci rus-müsəlman qadın məktəbinə müəllimə vəzifəsinə təyin edilmişdir. Məktəbin müdri Hənifə Məlikovanın tərtib etdiyi hesabatda Məryəm xanımı təcrübəli, çalışqan və işinə ciddi yanaşan müəllim kimi xarakterizə edilmişdir. Lakin 1912-ci ildə ağır ağ ciyər xəstəliyinə tutulmuş Məryəm xanım fəaliyyətini bir neçə dəfə dayandırmalı olmuş və müalicə almağa başlamışdır. Bu xəstəliyə sonradan ateroskleroz və əsəbi qıc olma da əlavə olmuşdur. 1917-ci ilin payızında Kislovodskda müalicə alan Məryəm Sulkeviç dünyasını dəyişmişdir.
Məşədi Xanım Leyli
Məşədi Xanım Leyli (1892-1912) — şairə. == Həyatı == Məşədi xanım Leyli XIX əsrin ikinci yarısında Bakıda yaranmış “Məcməüş-şüəra” adlı ədəbi məclisin gənc üzvlərindən olan şair Mir Əbdülvahab Seyid Zərgərin bəyat yoldaşıdır. Uşaq üstündə xəstələnərək, iki cərrahiyyə əməliyyatı keçirən bu istedadlı şairə çox cavan yaşlarında vəfat etmişdir. “Ölürəm” rədifli şeirini ölüm yatağında əri Seyid Zərgərə diktə etmişdir.

Digər lüğətlərdə