AL₃

is. Xurafata inananların təsəvvüründə: qaranlıqda tək qaldıqda guya insanın gözünə görünən mövhum surət, xəyal; qulyabanı (bəzən “al anası” şəklində işlənir).
Ata, ata, süpürgəsaqqal gəlir; Ərdo Məlik gəlir, odur al gəlir. A.Səhhət.
Zahıya deyərdilər ki, yatma, yatsan, al anası gələr, ciyərini çıxarar. H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AL I AL (rəng) [Cavahir] Sənin sinəni təzə al qanıma boyadım (M.Hüseyn); QIRMIZI Qəlbimizdən asmışıq beş guşəli ulduzu; Bayrağımız qırmızı, bu gün yer, g
  • AL hiylə — məkr — yalan
  • AL qızmar — yandırıcı
  • AL qırmızı — qızılı

Omonimlər

  • AL AL I is. köhn. Hiylə, məkr, yalan. Koroğlunu al dil ilə tutandı; Ölər əcəm oğlu getməz bu yerdən (Dastanlar)

Antonimlər (əks mənalı sözlər)

  • AL AL – SOLĞUN Zümrüd göydə günəş yandı; Al şəfəqə yer boyandı (S.Vurğun); Onun solğun yanağı qızarmağa başlayırdı (S

Etimologiya

  • AL1 Dilimizdə “Sənə al da geysən, yaraşır, şal da geysən” cümləsi var. Al sözü “na­rıncı (оранжевый) rəngdə olan ipək parça” deməkdir
AL₂
AL-ƏLVAN

Digər lüğətlərdə