AR
ARAM
OBASTAN VİKİ
Cynosurus ara
Hind elevzinəsi (lat. Eleusine indica) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elevzinə cinsinə aid bitki növü.
Ara
Ara (lat. Ara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin tutuquşular fəsiləsinə aid heyvan cinsi. Əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi və 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır.
Ara (içki)
Ara, və ya Arag- Butanda istifadə olunan ənənəvi spirtli içki.Ara düyü, qarğıdalı, darı və ya buğdadan hazırlanır və ya fermentləşdirilmiş və ya möhkəm ola bilər. İçki, adətən, şəffaf, yaxud ağ rəngdədir. Ara daha çox fərdi yaşayış evi və ya fermer təsərrüfatlarında düyü və ya qarğıdalıdan hazırlanır.Ara və ya fermentləşdirilmiş və ya möhkəm ola bilər və Butanda qanuni özəl istehsal və istehlak olunur.Ara istehsalı hər iki metod və keyfiyyətinə görə tənzimlənir və onun Butanda satışı qadağandır.Əvvəllər fiziki şəxslərə icazə verilmədiyinə baxmayaraq, dükançılar vasitəsilə ara satılıb və hökumətin sərt repressiyaları ilə üzləşiblər.Ancaq, bir halda ki, (çünki,) ara böyük gəlir gətirir, nə qədər qarğıdalıdan başqa məhsullardan istifadə edilir, fermerlər onun istehsalını və satışını leqallaşdırmağı tələb etməyə başladılar.Hökumət, bu arada , alkoqol istehlak spirtli içkilər və onların satışının tənzimlənməsi üçün vergilərin artırılması vasitəsilə mane olurdu. Правительство, тем временем, намерено препятствует чрезмерному потреблению алкоголя посредством увеличения налогов на спиртные напитки и регулирования их продажи.Ara həmçinin dini hədəflərdə , xüsusilə şərq Butanında, Allahlara hədiyyə edilir.Uşaqlar aranı şüşə butulkalrda tez-tez daşıyırlar, çünki Butanda hesab edirlər ki, bu içkinin qoxusu ilanları qaçıracaq. Aranı, bir qayda olaraq, ilıq içirlər. Onu yüngül qəlyanaltılarla (paşot yumurtası, kərə yağı, ) qarışıqsız verirlər.
Ara Gülər
Ara Gülər (16 avqust 1928[…], Bəyoğlu, Konstantinopol – 17 oktyabr 2018, İstanbul) Türkiyə ermənilərindən olan fotoqraf, foto müxbiri və yazıçı. 1928-ci ildə Bəyoğluda, İstanbulda anadan olmuşdur. Uşaqkən kinodan çox təsirlənmişdir. 1951-ci ildə Getronagan Erməni Liseyindən məzun olmuşdur. Liseydə ikən film studiyalarında kinonun hər sahəsində çalışmışdır. Muhsin Ərtoğrulun yanında teatr və aktyorluq təhsili almağa başlamışdır. Məqsədi rejissor və ya oyun yazarı olmaq idi. 1950-ci ildə Yeni İstanbul qəzetində jurnalistliyə başladı. Bu illərdə Erməni qəzet və ədəbiyyat jurnallarında hekayələri nəşr olundu. Eyni zamanda İstanbul Universitetində İqtisadiyyat Fakültəsinə davam edirdi.
Ara beyin
Ara beyin - lat. diencephalon iki hissəyə bölünür: Arxa hissə - görmə beyin ya görmə qabarları nahiyəsi - lat. thalamencephalon; Ventral hissə - görmə qabaraltı - lat. hypothalamus, əslində görmə qabaraltının dal-qoxu hissəsi (məməciyəbənzər cisimlər - lat. corpora mamillaria və xüsusi görmə qabaraltı nahiyə - lat. regio subthalamica). Görmə beyin filogenez cəhətcə yeni törəmədir və afferent (hissi) yolların ara mərkəzidir; görmə qabaraltı isə qədim törəmədir və vəzifəsinə görə ali vegetativ mərkəzdir. Ara beyin boşluğunun qalığını üçüncü mədəcik - lat. ventriculus tertius təşkil edir. Prof.
Ara dağı
Qarnıyarıq dağı və ya Ara dağı (erm. Արա լեռ, translit. Ara ler) — Ermənistan ərazisində yerləşən sönmüş vulkan. Zirvə hazırda Ara olaraq adlandırılır. İnzibati baxımından Araqacotn mərzi ərazisində, Kotayk mərzi ilə sərhəddə yerləşir. Zirvə Zəngiçay və Abaransuçay arasında qərarlaşır. Vulkanik zirvənin hündürlüyü 2577 metrə bərabərdir. Vulkan halqaya bənzər kraterə malik olub, düz olmayan konusludur. Dağda faydalı qazıntılardan adnezitobazalt və andezit mövcuddur. Qarnıyarıq dağını yerləşdiyi ərazi yarımsəhra iqliminə malikdir.
Ara oyunu
Azərbaycanda o cümlədən Naxçıvanda oynanılan oyunlardan biri. Ciddi tamaşanın arasında tamaşaçıların gülüb əylənməsi məqsədilə oynanılan qısa, məzəli oyun (bəzən haşiyə oyunu da deyirlər) və ya ayrı-ayrı oyunçular ifa etdikləri zarafatyana deyişməyə verilən ad və ümumiyyətlə el içində “meydan küçə oyunu” anlamında işlənən deyimlərdən biri.Bəzən aralda da deyirlər. Elçin Aslanov. El-oba oyunu xalq tamaşası. Bakı, İşıq, 1984, 275 s.
Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Arilena Ara
Arilena Ara (17 iyul 1998 və ya 17 iyul 1996, Şkoder) — Albaniya müğənnisi. Arilena vətəni Albaniyada 2012-ci ildə X Factor musiqi yarışmasındakı iştirakından sonra şöhrət qazanmışdır. O, 2019-cu ilin dekabr ayında ifa etdiyi "Shaj" (azərb. Lənət‎) mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı yarışmasında iştirak edərək qələbə qazanmışdır. Həmin mahnı ilə ifaçı Albaniyanı Niderlandın Rotterdam şəhərində keçirilən 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək. Arilena Ara 1998-ci ilin iyul ayında Albaniyanın Şkoder şəhərində anadan olmuşdur. O ilk öncə Gjeniu i Vogël uşaqlar üçün məharət yarışmasında iştirak etmiş və nəticədə üçüncü yerə layiq görülmüşdür. Atasının vəfatının ardınca Arilena 2012-ci ilin oktyabr ayından 2013-cü ilin mart ayınadək Albaniyanın X Factor musiqi yarışmasına iştirak etmişdir. Yarışmanın finalına yüksəlməyə nail olan Arilena nəticədə qalibiyyət əldə etmişdir. Bunun ardınca ifaçı "Dance With Me" yarışmasında iştirak etmişdir.
Qo Ara
Go Ara (kor. 고아라; 11 fevral 1990) — Cənubi Koreyalı aktrisa və modeldir. Ən çox "Sharp (2003)", "Toping to the Earth (2009)", "Reply 1994 (2013)", "You're All Surrounded (2014)", Hvaran (serial), "Black (2017)", "Ms. Hammurabi (2018)", "Haechi (2019)" və "Do Do Sol Sol La La Sol (2020)" seriallarındakı rolları ilə tanınır. Qo, Cənubi Qyonsan (Gyeongsang), Cincu, Cənubi Koreyada anadan olub. Gənc yaşlarında, atası əsgər olduğu üçün daim Koreyanı gəzirdi. Orta məktəbdə oxuyanda bir dostu ona SM Entertainment istedad agentliyinə qatılmağı tövsiyə etdi. 2003-cü ildə SM Entertainment Teen Model Yarışmasının qalibi oldu. Qo, 2003-cü ildə KBS yeniyetmə dramı Sharp-da qadın baş rolu Lee Ok-rim-i oynamaq üçün seçildi. İddialı və özünə güvənən orta məktəbli bir qız rolu, ani ulduzluğa səbəb oldu.
Ara söz
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Ara (quş növü)
Crucifera arabis
Arabis alpina (lat. Arabis alpina) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. Arabidium alpestre Spach Arabidium alpinum (L.) Fourr. Arabidium saxeticolum (Jord.) Fourr. Arabis albida var. elata Sprague Arabis alpina subsp. alpina alpina Arabis alpina f. alpina Arabis alpina var. alpina alpina Arabis alpina subsp. cantabrica (Leresche & Levier) Greuter & Burdet Arabis alpina var.
Cucumis sativus var. arakis
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Culfa-Ordubad Arazboyu düzənlikləri
Arazboyu düzənlikləri — Culfa -Ordubad Arazboyu düzənliyi Naxçıvan düzənliyindən cənub-qərbdə yerləşib, ondan Nehrəm yaylası ilə (Dərəşam dərəsi) ayrılır. Düzənlik Zəngəzur dağ silsiləsinin cənub ətəyi ilə Araz çayı arasında qalan ensiz zolaq şəklində olan sahə boyunca Muxtar Respublikanın cənub və qərb sərhəddinə, Həsəndağın qərb yamaclarınadək uzanır. Oroqrafik cəhətdən bu zolaq Araz çayının sol qolları olan Qaradərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay və Gənzəçayın Arazboyu sahəsində yaratdıqları kiçik maili düzənliklərdən və gətirmə konuslarından ibarətdir. Bu düzənlik bir qədər yuxarıda bir-biri ilə dağ yolları ilə ayrılır və Araz boyu hissədə birləşərək ümumi düzənlik zolağı əmələ gətirir. Qaradərə çayının mənsəbində yerləşmiş Yaycı, Gilançayın yaratdığı Aza, Düylünçayın gətirmə konusuna təvafiq edən Dəstə, Ordubadçay və Əylisçayın gətirmə konuslarının birləşməsindən yaranan Ordubad düzənliyi o cümlədəndir. Qrunt sularının yatım dərinliyi dağ ətəyi hissədən Araz çayına doğru 10–12 m-dən 1,7–3,5 m-dək azalır. Suçəkmə əməliyyatı zamanı kəşfiyyat quyularının sərfi və xüsusi sərfi Arazboyu düzənlik daxilində müxtəlif qiymətlərə malik olmuşdur. Culfa düzənliyinin şimal-qərb və cənub-şərq hissələrində quyuların sərfi 0,3–10,7 l/san, xüsusi sərfi isə 0,04–0,2 ll/san-dir. Culfa şəhəri yaxınlığında qazılmış quyunun sərfi 20 l/san, xüsusi sərfi isə 15,29 ll/san təşkil edir. Quyunun xüsusi sərfinin yüksək olması Araz çayının yataqaltı suları ilə qidalanmasından irəli gəlir.
Cənubu göstərən araba
Cənubu göstərən araba (çin. ənən. 指南車, sadə. 指南车, pinyin: zhi3 nan2 che1) — Qədim Çində icad edilmiş, əks əlaqə prinsipi ilə işləyən ilk naviqasiya cihazı, bələdçi arabası. Araba üzərində hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq cənubu göstərən insan fiquru quraşdırılmışdır. Mexanizm maqnit kompas prinsipinə söykənmirdi. Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il qabaq sarı mperator Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən isə cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265- ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün hazırlanmışdı.
Delfi arabaçısı
Delfi arabaçısı (yun. Ἡνίοχος, cilov sahibi) — Qədim Yunanıstandan bu dövrümüzə gəlib çıxmış heykəldir və qədim tunc heykəltəraşlıq nümunəsidir. Heykəltəraşın adı məlum deyil, lakin stilistik səbəblərə görə heykəlin Afinada hazırlandığını iddia edirlər. Onun Afina mənşəli olduğu bilinən Pirey Apollon heykəli ilə müəyyən oxşarlıqları var. Heykəl Yunanıstanın Delfi şəhərində Siciliyadakı tiran Gelalı Polizalın və onun arabasının eramızdan əvvəl 478 və ya 474-cü illərdə Delfidə Pithean Apollonun şərəfinə keçirilən Pif Oyunlarında qazandığı iki qələbədən birinin xatirəsinə ucaldılıb. .
Delphinium araraticum
Ararat mahmızçiçəyi (lat. Delphinium araraticum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
Dendrobium arachnites
Dendrobium inversum (lat. Dendrobium inversum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista arachnites Kuntze Dendrobium arachnites Rchb.f. Dendrobium dickasonii L.O.Williams Dendrobium inversum Kraenzl.
Dominika ilə Fransa arasındakı dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşma
Dominika ilə Fransa arasındakı dəniz sərhədlərinin delimitasiyası haqqında razılaşma — 1987-ci ildə imzalanmış və Dominika ilə Fransız adaları Qvadelupa və Martinik arasındakı dəniz sərhədini təyin etmişdir. BMT-nin Dəniz hüququ haqqında Konvensiyanın prinsiplərinə əsaslanan Mərkəzi Amerika / Qərbi Hindistan bölgəsindəki ilk beynəlxalq dəniz hüququ müqaviləsi idi. Saziş 7 sentyabr 1987-ci ildə Parisdə imzalanmışdır. Razılaşmanın mətni iki sərhəd qoyur. Birinci sərhəd Dominikanı şimaldakı Qvadelupadan ayırır, uzunluğu 298 dəniz milidir (552 km) və Dominika boğazından təxminən şərq-qərbə uzanan sadələşdirilmiş bərabər məsafəli bir xəttdir. Səkkiz ayrı məlumat nöqtəsi ilə təyin olunmuş yeddi düz dəniz hissəsindən ibarətdir. Daha cənub sərhəd Dominikanı cənubdakı Martinik ilə ayırır. Sərhəd 294 dəniz mili (544 km) uzunluğundadır və Martinik boğazından təxminən şərq-qərbdən keçən və ilk sərhədyə təxminən paralel keçən sadələşdirilmiş bərabər məsafəli bir xəttdir. Altı ayrı koordinat nöqtəsi ilə təyin olunan beş sətir seqmentindən ibarətdir. Anderson, Ewan W. (2003).
Echinops arachniolepis
Echinops arachniolepis (lat. Echinops arachniolepis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Echinops araneosus
Echinops araneosus (lat. Echinops araneosus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Elman Araslı
Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — Şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi. Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur. 65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır. Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub. 22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur. Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur.
Elçin Arazov
Eriko Arakava
Eriko Arakava (d. 30 oktyabr 1979) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 20 qol vurub.
Esula ararica
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Falco araea
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut national de la statistique et des études économiques, qıs. INSEE və ya Insee) — institut Fransada rəsmi statistika hesablamalarını və təhlilini həyata keçirir. İqtisadiyyat, Sənaye və məşğulluq Nazirliyi tərəfindən idarə olunur. Oktyabr ayından etibarən İnstitutun direktoru Jan-Filip Kotidir.
Fransisko Arado
Fransisko Arado (30 dekabr 1971) — Kubanı təmsil edən stolüstü tennisçi. Fransisko Arado Kubanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 33-cü pillənin sahibi olub.
Fransua Araqo
Fransua Dominik Araqo (26 fevral 1786[…], Estajel[d] – 2 oktyabr 1853[…], Paris) — fransız astronom və fizik, siyasi xadim, Paris EA-nın üzvü (1809), Peterburq EA-nın fəxri əcnəbi üzvü (1829). 1830-cu ildən Paris EA-nın katibi və Paris rəsədxanasının direktoru olmuşdur. Onun göstərişi ilə U.Leverye Uranın hərəkətindəki sarsıntıları hesablamış və bunun nəticəsində Neptun kəşf edilmişdir. Araqonun astronomiya, optika, elektromaqnetizm, meteorologiya və fiziki coğrafiyaya dair əsərləri var. Polyariskopu ixtira etmiş, poladdan ilk süni maqnitlər almış, fırlanma maqnetizmini kəşf etmiş, qütb parıltısı və maqnit fırtınası arasında əlaqə olduğunu müəyyənləşdirmişdir. 1830-1948-ci illərdə Deputatlar palatasının üzvü, Fransada 1848-ci il inqilabından sonra hərbi və dəniz naziri vəzifələrində işləmişdir.
Funda Arar
Funda Arar (8 aprel 1975, Ankara) — anadolu rock, pop rock və "Türk sanat müziği" müğənnisidir. İbtidai məktəbi Ankarada başlayan məktəbi atasının işi ilə əlaqədar Muğla və Adapazarında tamamlayan Funda Arar 1992-ci ildə İstanbul Teknik Üniversitesi, Türk Musikisi Devlet Konservatuarına daxil olub. Sənətçı Febyo Taşel ilə evlidir. 1999: Sevgilerde 2001: Sevgiliye 2002: Alagül 2003: Sevda Yanığı 2006: Son Dans 2008: Rüya 2009: Zamanın Eli 2011: Aşkın Masum Çocukları Kaldırımlar Aysel Sonu Yok Bu Aşkın Sevgiliye Seni Düşünürüm Alagül Seninim Belki Bir Gün Arapsaçı Affet Sevda Yanığı Yangın Yeri Roman Haberin Var mı?
Fətəli xan Araşlı-Avşar
Fətəli xan Əfşar (1700, Urmiya – 1763) — Urmiya xanlığının hakimi. Nadir şah Avşar elinin Qırxlı, Fətəli xan Araşlı oymağındandır. Nadir şah Xorasanda, Fətəli xan Urmiyada anadan olmuşdu. Fətəli xan Xanlığın ərazisini genişləndirmək üçün ilk olaraq Təbrizi ələ keçirir və paytaxtını buraya köçürür. Fətəli xanın bu siyasəti onu Zənd tayfasının təmsilçisi Kərim xan Zənd və Qacar tayfasının başçısı Məhəmmədhəsən xan Qacarla toqquşdurur. Fətəli xan onlara qarşı uğurlu Savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin II İraklinin göndərdiyi Qazax və Borçalı türklərindən ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə gəlir. Bu yürüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq 1753-cü ilin sonu 1754-cü ilin başlanğıcında Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bilmişdi. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağ xanlığını da özünə tabe elətdirir.
Hiromu Arakava
Hiromu Arakava (yap. 荒川 弘; əsl adı - Hiromi Arakava yap. 荒川弘美) — Hokkaydo prefekturasından yapon manqaka. O, ən çox yaratdığı Fullmetal Alchemist manqası və onun iki anime teleserial adaptasiyaları üçün tanınır. Hiromu Arakava 1973-cü ilin mayın 8-də Yaponiya Hokkaydo prefekturanın Tokaçi subprefekturada anadan olub. Orada bir süd fermasında üç böyük bacısı və kiçik qardaşı ilə böyümüş. Arakava "balaca olduğundan bəri" fikirləşirdi ki, manqaka olacaq. O, öz dəftərlərdə tez-tez çəkirdi. Məktəbi qutarandan sonra o, ailənin fermasında işləyərkən yeddi il ərzində ayda bir dəfə yağlı boya rəssamlığı dərslərə gedirdi. Eyni vaxtda Arakava dostları ilə docinşi manqanı və bundan əlavə jurnal üçün yonkomaları yaradırdı.
Hərf aralığı
Hərf aralığı (en. letter-spacing (= tracking)) – hərflər (simvollar) arasındakı boşluqların dəyişdirilməsi. Müəyyən hərf cütlükləri (AV, TA və s.) arasındakı məsafəni tənzimləyən kerninqdən fərqli olaraq, hərf aralığı simvollar qrupuna (sözə, sətrə, abzasa) tətbiq olunur. Hərf aralığının artırılması yazını daha seyrək və açıq, azaldılması isə daha sıx və tünd edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
II Con (Araqon kralı)
II Con və ya Dinsiz Con (isp. Juan II) (d. 29 iyun 1398 - ö. 20 yanvar 1479) – Araqon və Navarra kralı (de-yure). Araqon kralı I Ferdinand və xanımı Alburkerkeli Eleonoranın ikinci oğlu idi. 1425-ci ildə Navarra kraliçası Blanşla evləndi və Navarranın de-yure kralı oldu. Daha sonra qardaşının geridə rəsmi varis buraxmadan vəfatının ardından, 1458-ci ildə Araqon kralı oldu. Earenfight, Theresa (2015). "Trastamara Kings, Queens, and the Gender Dynamics of Monarchy". In Todesca, James (ed.).
II Ferdinand (Araqon kralı)
II Ferdinand (isp. Fernando II de Aragón, ing. Ferdinand II of Aragon; 10 mart 1452[…] – 23 yanvar 1516) — Araqon kralı; 1474–1504 müddətində Kastilyalı İzabella ilə olan evliliyi boyunca Kastiliya və Leon kralı; 1508-ci ildən ölümünə qədər Kastiliya taxtının sahibi olan qızı Yuannanın taxt naibi; 1504-cü ildə Fransayla baş verən müharibənin sonunda 1458-ci ildən bu yana ilk dəfə birləşdirilən Napoli və Siciliya krallığının hakimi; eyni zamanda 1512-ci idən etibarən Navarra kralı. Xristofor Kolumbun 1492-ci ildə baş tutan ilk səyahətini dəstəkləməsinin ardından II Ferdinand və xanımı Kastilyalı İzabella Yeni dünyanın kəşfi səbəbilə qısa zamanda məşhurlaşdı. Həmin il o, Pireney yarımadasının son İslam dövləti olan Qranada dövləti ilə müharibəyə girişdi və qalib gəldi. Beləliklə, uzun müddət davam edən rekonkista əməliyyatı başa çatdırıldı. Ölüm anında II Ferdinand Portuqaliya xaricindəki bütün ispan dövlətləri üzrə hakimiyyətini nəvəsi V Karlla qızı Kastilyalı Yuannaya əmanət etdi. II Ferdinand 10 mart 1452 tarixində Araqon kralı II Con və onun ikinci xanımı Yuanna Enrikesin oğlu olaraq Araqon krallığına bağlı Sos del Rey Catolico əyalətindəki Sada Sarayında dünyaya gəldi. 19 oktyabr 1469 tarixində Kastiliya və Leon krallığına bağlı Valladolid qəsrində Kastiliya kralı IV Henrinin varisi və ögey bacısı Kastilyalı İzabella ilə evləndirildi. Kastilyalı İzabella həmçinin Trastamara sülaləsinin nümayəndəsi idi və hər ikisi Kastiliya kralı I Conun nəslindən gəlməkdə idi.
Tarix-i aləm ara-yi Əmini
Tarix–i aləm aray–i Əmini (fars. تاریخ عالم آرای امینی) — Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış kitab. Əsasən Ağqoyunlu dövlətinin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir. Ruzbehan kitabı Sultan Yaqubun hakimiyyəti dövründə (hicri 884–896–cı illər) yazmağa başlamış və Sultan Baysunqurun hakimiyyəti zamanı (hicri 896–897–ci illər) isə sona çatdırmışdır. Persia in A. D. 1478 – 1490: an abridged translation of Faḍlullāh b. Rūzbihān Khunjī's Tārīkh-i ʻālam-ārā-yi Amīnī. Royal Asiatic Society monographs: volume 26. London: The Royal Asiatic Society of Great Britain and Ireland, sold by its agents Luzac and Company, 1957, 136 pages. (fars.) (ing.) Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини.

Digər lüğətlərdə