ARİF

sif. [ ər. ] Bilən, qanan, başa düşən, anlaqlı, mərifətli. Arif adam.
– Dünyada bir şey var ki, hər bir arif adam ondan gərək xəbərdar olsun. C.Məmmədquluzadə.
Üstü unlu olan hər arif qoca; Öz ürək sözünü deyər doyunca. S.Vurğun.

// İs. mənasında.
Harda olsa, dövləti-didarın olsun cilvəgər; Arifə məqsəd nə məscid, nə kəlisadır qərəz. S.Ə.Şirvani.
Arif çalışır ki, millət azad olsun; Zahid çığırır ki, məscid abad olsun. M.Ə.Sabir.
Ey ariflər, nəzər salın təbiətin qurğusuna! S.Vurğun.

// Xəbərdar, yaxşı tanış, aşna, vaqif.
Yüzbaşı da ki, məsələsinə arifdi. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ARİF xəbərdar — aşna — tanış — vaqif
  • ARİF anlaqlı — mərifətli
ÁRİ
ARİFANƏ
OBASTAN VİKİ
Arif (ad)
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Arif Abbaslı
Arif Firuz oğlu Abbaslı (15 dekabr 1993, Qıvraq, Naxçıvan Muxtar Respublikası – 12 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Arif Abbaslı 1993-cü il dekabrın 15-də Şərur rayonunun Qıvraq qəsəbəsində anadan olub. 2000–2008-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2009–2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir yaşlı Ləman adında qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Arif Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Arif Abbaslı oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Abbaslı ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Arif Abbasov
Arif Abbasov (etnoqraf) —— Tarixçi-etnoqraf. Tarix elmləri doktoru (1995), AMEA-nın müxbir üzvü (2001). Arif Abbasov (futbolçu) —— futbolçu, məşqçi, hakim.
Arif Abdullayev
Arif Abdullayev (28 avqust 1969) — Azərbaycanı təmsil edən sərbəst güləşçi və məşqşi, 2003-cü il Dünya Çempionatının qalibi. Uzun illər sərbəst güləş üzrə Azərbaycan yığmalarında baş məşqçi və məşqçi olaraq çalışıb. == Karyerası == Arif Abdullayev 1995-ci ildə İsveçrədə baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda Atlanta şəhərində (ABŞ) Dünya Çempionatını 8-ci pillədə başa vuran Arif Abdullayev 1996-cı ilin martında Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Arif Abdullayev həmin ilin iyulunda Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Arif Abdullayev olimpiadanın birinci görüşündə İran nümayəndəsi Məhəmməd Taleh oldu. Həmin görüşdə Arif Abdullayev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Ukrayna nümayəndəsi Aslanbəy Fidarov oldu. Həmin görüşdə Arif Abdullayev rəqibi üzərində 11:0 hesabı ilə inamlı qələbə qazandı və növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi bir zamanlar Azərbaycan yığmasında çıxış edən Moldova nümayəndəsi Nazim Əlicanov oldu.
Arif Abdullazadə
Abdullayev Arif Əbdürrəhman oğlu (Arif Abdullazadə) (1940-2002)— şair, nasir, alim, ədəbiyyatşünas, tərcüməçi, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1977). == Həyatı == Arif Abdullazadə 1940-cı il aprelin 5-də Şəki şəhərində anadan olmuşdur. Orada 11 saylı şəhər orta məktəbini bitirəndən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Azərbaycan SSR Elmlər Akademiyasının əsaslı kitabxanasında və Nizami adına Ədəbiyyat muzeyində redaktor mütəxəssis, kiçik elmi işçi (1961-1962), Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1962-1968), böyük elmi işçi (1968-1976), aparıcı elmi işçi (1976-1993), Müasir Azərbaycan ədəbiyyatı şöbəsində müdir vəzifəsində çalışmışdır (1993-2002). Türkiyədə tərcüməçi kimi fəaliyyət göstərmişdir (1970-1972). 2002-ci il mayın 31-də Bakıda vəfat etmişdir. == Yaradıcılığı == A.Abdullazadə 1966-cı ildə "Öztəmirin həyat və yaradıcılığı" mövzusunda namizədlik, 1977-ci ildə "Azərbaycan poeziyasında yaradıcılıq üslubları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. İlk bədii əsəri 1957-ci ildə dərc olunmuşdur. 5 romanın, 5 monoqrafiyanın və s. əsərlərin müəllifidir.
Arif Abışov
Asif Əlövsət oğlu Abışov (16 may 1992, Lək, Bərdə rayonu – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Abışov 1992-ci il mayın 16-da Bərdə rayonunun Lək kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Asif Abışov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Abışov noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunun Lək kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Abışov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Arif Allahverdiyev
Arif Allahverdiyev (1947, Dəvəçi və ya Mollakamallı, Dəvəçi rayonu – 4 aprel 2019) — Şabran Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992-ci illər). == Həyatı == Allahverdiyev Arif Talıb oğlu 1947-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Mollakamallı kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Dəvəçi rayon "Sovxozlararası" Tikinti Sahəsində usta kimi başlamış, sonralar komsomol, sovet, partiya orqanlarında rəhbər vəzifələrdə işləmişdir. 1974-cü ildən Dəvəçi Rayon Komsomol Komitəsinin birinci katibi, 1977-ci ildən Dəvəçi Rayon Partiya Komitəsində Təşkilat şöbəsinin müdiri və rayon Xalq Nəzarəti Komitəsi sədrinin müavini, 1978-ci ildən Dəvəçi Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1980-cı ildən Dəvəçi Rayon XDS İcraiyyə Komitəsinin sədri, 1988–1991-ci illərdə Dəvəçi Rayon Partiya Komitəsinin birinci katibi, 1991–1992-ci illərdə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Sonralar Azərbaycan Respublikası Milli Məclisində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində məsul vəzifələrdə işləyib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, "Əmək igidliyinə görə" medalı ilə təltif edilmişdir. Ailəlidir, üç övladı var."Bir Ömrün Hekayəsi" adlı kitabı çap olunmuşdur. 4 aprel 2019-cu ildə vəfat edib.
Arif Alvi
Arif Rəhman Alvi (urdu عارف الرحمان علو; 29 iyul 1949, Kəraçi, Sind[d]) — Pakistanın 13-cü prezidenti. Məmnun Hüseynin sələfi. Pakistan Təhrik-e İnsaf partiyasının sədri.
Arif Alışanov
Arif Alışanov (tam adı: Arif Nizam oğlu Alışanov) — azərbaycanlı iqtisadçı, iqtisad elmləri namizədi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2006–2019). == Həyatı == Arif Alışanov 30 iyul 1960-cı ildə Bakı şəhərində anadan olub. 45 saylı orta məktəbdə və D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb. 1984-cü ildə iqtisadçı ixtisasına yiyələnib. Sonrakı dövrdə Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbinin ideoloji kadrlar fakültəsini bitirib. Ali təhsil almaqla yanaşı, 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib. 1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib. 28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə "Azərbaycan Teleradio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.
Arif Arifkiya
Arif Arifkiya (10.8.1941)— milliyətcə Azərbaycanlı olan İran müğənnisi. == Həyatı == Arif Arifkiya 8 avqust 1941-ci ildə Cənubi Azərbaycanın Miyanə şəhərində anadan olub. Kiçik yaşlarından Azərbaycan radiosunu dinləməklə oxumağa meyilli olub. Bülbülün, Rəşid Behbudovun təsiri ilə müxtəlif mahnılar oxuyub. Arif Arifkiya 1979-cu ildən sonra Los-Anceles şəhərinə köçüb.
Arif Axundov
Arif İmaməli oğlu Axundov — Azərbaycan dövlət xadimi
Arif Ağamalov
Arif Məlikağa oğlu Ağamalov (d. 30 may 1928 ö. 2006) — Azərbaycan Respublikasının əməkdar rəssamı (1992) == Həyatı == Ağamalov Arif Məlikağa oğlu 30 may 1928-ci ildə anadan olmuşdur. O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəsamlıq məktəbini və Moskva tətbiqi və dekorativ instutunu bitirmişdir. Arif Ağamalov 1960–1990-cı illərdə çoxsaylı monumental əsərlər yaratmışdır. Rəssamın əsərlərindən "Neftçilər" metrostansiyasında yerləşən mozaik pannoları və "Abşeron" mehmanxanasında olan qızılı-göy mozayik frizlərini qeyd etmək olar. A.Ağamalov eləcədə mehmanxananın interyerinin, kafenin tərtibatını və jazz mövzununda şamotdan heykəl qabartmalar yaratmışdı. Rəssamın əsasən smaltadan istifadə etməyi sevirdi. İkinci sevimli materiyalı mis olmuşdur. Opera studiyasının (indiki jazz center) fasadındaki relyef kompozisiyasın işləyərkən mis materiyalından geniş istifadə etmişdir.
Arif Babayev
Arif Babayev (rejissor) — televiziya və kino rejissoru, əməkdar incəsənət xadimi. Arif Babayev (xanəndə) — Azərbaycan xanəndəsi, Azərbaycanın xalq artisti, professor. Arif Babayev (riyaziyyatçı) — riyaziyyatçı. Arif Babayev (fizik) — fizik.
Arif Bayramov
Arif Əli oğlu Bayramov — Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Mərkəzi Nəbatat Bağı Örtülü şəkildə becərilən bitkilər laboratoriyasının baş elmi işçisi. == Həyatı == == Elmi Fəaliyyəti == Şəxsi tədqiqatların elmi istiqaməti kserofit qrup bitkilərlə bağlıdır və aparılmış introduksiya tədqıqatlarında 150 yeni bitki növü öyrənilmişdir. Bu növlərin təkamüldə struktur əlamətlərinin uyğunlaşma mahiyyəti aşkar olunub, ekoloji-tarixi retroproqnoz fonunda və floroqenetik analiz əsasında onların əmələ gəlmə mənşəyi, hal-hazırkı təbii areallarına miqrasiya yolları və vaxtı araşdırılmışdır. 1980-ci ildən laboratoriya yaxud şöbədə aparılan mövzulara rəhbərlik edilib və dünyanın müxtəlif regionlarından cəlb edilmiş 300 yeni növ üzrə introduksiya tədqiqatları aparılmışdır. Nəticədə 200 növə yaxın bitki (şəxsi tədqiqatların bitkiləri daxil olmaqla) quru subtropik şəraiti üçün perspektivli növ kimi qəbul olunub və müxtəlif illər Akademiyanın tədbiqi planı üzrə profilli müəssisələrə tədbiq olunmuşdur. Aparılan işlər nəticəsində (rəhbərlik edilmiş və şəxsən aparılmış) quru subtropik zonalarda introduksiya üçün floristik mənbələr aşkar olunub, onların perspektivliyi nəzəri və praktiki cəhətdən əsaslandırılmışdır. == Elmi əsərləri == Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 80-dir. Bunlardan 44-ü xaricdə çıxıb. Кавказская флора как интродукционный очаг лекарственных, ароматических, декоративных растений для зоны сухих субтропиков. Межд.конфер., ВИЛАР, Москва, 2004.
Arif Buzovnalı
Əliyev Arif Rauf oğlu (Arif Buzovnalı; 6 sentyabr 1972, Buzovna) — şair, qəzəlxan, tədqiqatçı, şeirşünas, Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri == Həyat və fəaliyyəti == Arif Buzovnalı 1972-ci ildə 6 sentyabr tarixində Bakının Buzovna qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. 1979-1989 cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb, 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusu) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olsa da, təhsilinə başlamadan könüllü olaraq Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər (1994-cü il 1 may) Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb. Arif Buzovnalının ədəbi fəaliyyəti erkən yaşlarına təsadüf edir. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun gəlmədiyinə görə dərc edilməsə də, 1991-ci ildə həmin şeir “Azərbaycan Gəncləri” qəzetində çap olunub. Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən “Füzuli” və “Məcməüş-şüəra” məclislərinin üzvü olub. Mütəmadi olaraq dövrü mətbuatda “Azərbaycan Gəncləri”, “Kaspi”, “İki sahil”, “Yol”, “Olaylar”, “Ədəbiyyat qəzeti”, “Tək səbir”, “Nəbz”, “Şəhriyar” və başqa qəzetlərdə, həmçinin “Hikmət”, “Kəlam”, “Ulduz”, “Karvan”, “Azərbaycan” jurnallarında bədii əsərləri və müxtəlif mövzulu məqalələri ilə çıxış edib. 2003-cü ildə Təbrizdə keçirilən “Şeri-tənz” Beynəlxalq şeir müsabiqəsinin qalibi olub. 2010-cu ildə Urmiyyədə keçirilən “Rəzəvi” Beynəlxalq Şeir Festivalının qalibi olub, 2011-ci ildən 2016-cı ilə qədər həmin festivalın türkdilli şeir üzrə münsifi olmuşdur.
Arif Bərdəli
Arif Bərdəli — Tibb Elmləri doktoru, professor. == Həyatı == Arif bərdəli 1962-cü ildə Azərbaycan Respublikası Bərdə rayonu Arabaçılar kəndində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Tibb Universitetində almışdır.Hal-hazırda Türkiyə Cümhuriyyətində yaşayır. Türkiyə Egey Universitetinin Molekulyar Tibb Laboratoriyasında fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Tibb Elmləri doktoru, professor === Mükafatları === "Genetik xəstəliklər mütəxəssisi"; "Uşaq xəstəlikləri mütəxəssisi"; "Revmatoloji xəstəliklər mütəxəssisi"; Molekulyar Genetika sahəsində fəlsəfə elmləri doktoru alimlik dərəcəsi, Milan Universiteti; Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüşdür. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === Rusiya Səhiyyə Nazirliyinin Uşaq xəstəliklər İnstitutunda həkimlik təcrubəsi; Türkiyənin İzmir şəhərində "Şəfa Özəl Xəstəxanalar" şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurub və rəhbəri olub; Egey Üniversitetində Kök Hüceyrəsi kafedrasının qurucusu və professorudur, tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir; Yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir; İngilscə nəşr olunan SCI indeksli jurnallarda 145 məqaləsi yayınlanıb. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri ona aiddir. SCI indeksli jurnallarda 62 elmi tezisi dərc olunub, beynəlxalq konfrans və simpoziumlarda 172 elmi məruzə ilə çıxış edib. Türk dilində nəşr olunan 34 məqalənin muəllifidir və Türkiyədəki konfranslarda 191 elmi təqdimatı var. 603 elmi məqaləsinə dünya tibb ədəbiyyatında dərc olunan 1700 elmi işdə istinad edilib.
Arif Daşdəmirov
Arif Daşdəmirov — Azərbaycanlı futbolçu. Mövqeyi sağ cinah müdafiəçisidir, lakin sol cinahda da çıxış edir. Futbolçu 2010-2015 aralığında Bakının İnter klubunda oynayıb. 2015-2016 mövsümünü Qəbəbə klubunda keçirib. Futbolçu 2016-cı ildə Qarabağ klubuna transfer olunub.
Arif Hacılı
Arif Mustafa oğlu Hacılı (əvvəlki soyadı: Hacıyev; 22 yanvar 1962, Yuxarı Tala, Zaqatala rayonu) — Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Müsavat Partiyasının Başqanı. == Həyatı == 1962-ci il yanvar ayının 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib. Bu illərdə müxtəlif yerli Sovetlərə deputat seçilib. === Ailəsi === Atası Mustafa Hacıyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Ali Partiya Məktəbini bitirmişdi. Müxtəlif partiya və hökumət vəzifələrində işləməklə yanaşı daha çox pedoqoji fəaliyyətlə məşğul olmuş, orta məktəbdə müəllim, məktəb direktorunun müavini, məktəb direktoru vəzifələrində çalışmış, 1972-ci ildə 45 yaşında ağır xəstəlikdən sonra vəfat etmişdir. Anası Zahidə Hacıyeva evdar qadın, sonra isə tütünçü olmuş, 2012-ci ildə Arif Hacılı həbsdə olduğu zaman 80 yaşında vəfat etmişdir. == İctimai-siyasi fəaliyyəti == Xalq Hərəkatına tələbə ikən, 1988 ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub.
Arif Heydərov
Arif Nəzər oğlu Heydərov (28 iyun 1926, Ağdaş – 29 iyun 1978, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili i̇şlər naziri (1970–1978), Azərbaycan SSR Ali Sovetinin deputatı, daxili xidmət general-leytenantı (1976). == Həyatı == Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlib. Əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov Neft Trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944–1945-ci illərdə İkinci Dünya Müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb.
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Arif Yunusov
Arif Seyfulla oğlu Yunusov (12 yanvar 1955, Bakı) — Azərbaycan Sülh və Demokratiya İnstitutunun Konfliktologiya və Miqrasiya şöbəsinin rəhbəri, tarix elmləri namizədi, konfliktoloq. == Şəxsi həyatı == Atası azərbaycanlı, anası ermənidir. Evlidir, həyat yoldaşı Leyla Yunus hüquq müdafiəçisidir. Dinara Yunusova adında bir qızları var.
Arif Zərbailov
Aron Zarbailov Raşbiloviç həmçinin Arif Zərbailov adı ilədə tanınır (21 aprel 1961, Şabran, Azərbaycan SSR) — Yəhudi əsilli azərbaycanlı futbolçu. Hücumçu mövqeyində oynayıb. Hal hazırda ABŞ-də məşqçilik fəaliyyəti ilə məşğuldur. == Həyatı == Aron 1961-ci ildə Şabran rayonunda anadan olub. Əslən Dağ Yəhudisi olan atası Raşbil (sənədlərdə Rəşid) Zarbailov fizika-riyaziyyat müəllimi, Bakıda doğulan anası Roza Zarbailova isə evdar qadın olub. Ailədə 3 qardaş olublar – Azik (Azər), Arif və Yaşar. 1964-cü ildə Zarbailovlar ailəsi Bakıya köçüblər. Arifgil şəhərin mərkəzində, Neftçinin keçmiş futbolçusu Nağı Babayevin qonşuluğunda yaşayırlar. Nağı Babayev bir vaxtlar Raşbil İşayeviçin şagirdi olmuşdu və Zarbailovlarla yaxşı tanış idi. Həm də həmin vaxt "Neftçi"nin hazırlıq qrupunda məşqçi işləyirdi.
Arif İsmayılzadə
İsmayılzadə Arif Cəfər oğlu (14 avqust 1937, Bakı – 10 aprel 2020, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001), AMEA-nın həqiqi üzvü (2007) == Həyatı == Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra bütün əmək və elmi fəaliyyəti həmişəlik AMEA Geologiya İnstitutu ilə bağlı olmuşdur. Onun tədqiqatlarının əsas istiqamətləri geoloji proseslərdə filiz-maqmatik sistemlərin formalaşmasını və onların metallogenik ixtisaslaşmasını şərtləndirən petrologiya və metallogeniyanın başlıca problemlərinin hərtərəfli öyrənilməsidir. O, 1996-cı ildən "Petrologiya və metallogeniya" seksiyasının rəhbəri, Azərbaycan Geoloqlarının Milli Komitəsinin icraçı-katibi olmuşdur. O, 2007–2013-cü illər ərzində AMEA Rəyasət Heyətinin üzvü və "Yer Elmləri" bölməsinin akademik-katibi olmuşdur. O, elmi kadrların hazırlanmasında böyük fəaliyyət göstərir, uzun illər Bakı Dövlət Universitetində seçmə fənləri tədris edir. Arif İsmayılzadə 9 aprel 2020-ci ildə vəfat edib. == Elmi fəaliyyəti == Onun yaradıcılığının başlanğıc mərhələsi Dağlıq Talışın tədqiqatlarına həsr edilmiş və onun tərəfindən burada ilk dəfə olaraq, qələvi-bazaltoid komplekslərinin inkişaf qanunauyğunluqları müəyyən edilmişdir. Geodinamik rekonstruksiyalar əsasında struktur-formasion analiz metodu ilə onların riftogen dartılmaların qövs arxası komplekslərinə uyğunluğu təyin edilmişdir. Bu tədqiqatlar alimin 1968-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmişdir.
Arif Şirvani
Arif Şirvani (1786, Lahıc – 1866, İrəvan) — Azərbaycanın XVIII əsrdə yaşamış şairlərindən biri. Mustafa xanın saray şairi. Arif Şirvani əsasən qəzəl və həcvlər yazmışdır. Əsərlərində dövrünün zülm və haqsızlıqlarından, vəfalı sirdaşın yoxluğundan şikayətlənmiş, Şamaxı hakimi Mustafa xanı və onun əyanlarını tənqid etmişdir. Şirvan hakimi Mustafa xanın (1792–1820) sarayında yaşamış, sonralar ondan inciyərək, İrəvan xanı Hüseyn xanın sarayına getmişdir. Kərbəlayi Allahi Arifin ilk kitabın Salman Mümtaz toplayıb nəşr etdirmişdir.
Arif Şükürov
Arif Abbasov (etnoqraf)
Arif Abbasov (tam adı: Arif Akim oğlu Abbasov) — 22 dekabr 1937, Naxçıvan – 21 aprel 2005) tarixçi-etnoqraf. Tarix elmləri doktoru (1995), AMEA-nın müxbir üzvü (2001), general-mayor Akim Abbasovun oğludur. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında təbiətşünaslıq və texnika tarixi elmi şurasının elmi katibi (1973–78), AMEA Tarix İnstitutunun direktor müavini və etno-sosioloji tədqiqatlat şöbəsinin rəhbəri (1978–93), 1993-cü ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru. == Həyatı == Arif Abbasov 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi-tədqiqat işlərinə başlamış, bir müddət Moskvada keçmiş SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunda təcrübə keçmişdir. Moskvadan qayıtdıqdan sonra o, Azərbaycan EA-nın Tarix İnstitutunun direktor müavini və etnososioloji tədqiqatlar şöbəsinin müdiri (1978–1993), Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru (1993–2005) işləmişdir. A. Abbasov 1974-cü ildə Azərbaycanın dağ-mədən sənayesi fəhlələrinin müasir məişət və mədəniyyəti mövzusunda namizədlik, 1995-ci ildə Azərbaycanın yeni şəhərlərinin həyat tərzi (etnososioloji tədqiqatlar üzrə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Professor A. Abbasovun müasir Azərbaycan etnoqrafiyasının inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan etnoqrafiyasında bir çox problemlərin tədqiqi bilavasitə onun adı və elmi yaradıcılığı ilə bağlıdır. Alim monoqrafiyalarında və məqalələrində etnik xüsusiyyətlərin göstərilməsi ilə kifayətlənməmiş, həm də onların müəyyən sosial-iqtisadi şəraitdə perspektivlərini araşdıraraq müasir ictimai elmdə mühüm əhəmiyyət kəsb edən nəticələr əldə etmişdir. Tədqiqatları Azərbaycanda etnomədəni və etnososioloji proseslərin öyrənilməsinə həsr olunmuşdur.
Arif Abbasov (futbolçu)
Arif Mikayıl oğlu Abbasov (23 iyul 1945, Bakı – 14 iyun 2009, Naxodka, Primorsk diyarı) — futbolçu, məşqçi, hakim. == Həyatı == Arif Mikayıl oğlu Abbasov 23 iyul 1945-ci ildə Bakıda doğulub. Azərbaycan futbolunun yetirməsi 1964 – 1974-cü ildə Tomsk şəhərinin müxtəlif komandalarında çıxış edib. Həmçinin, o, Tomsk Dövlət Pedeqoji İnstitutunun Bədən tərbiyəsi fakültəsini bitirib. Futbolçu karyerasını başa vurduqdan sonra hakimliyə başlayan Abbasov Rusiya çempionatının oyunlarına hakim-inspektor qismində təyinat almaqla yanaşı, Tomsk Futbol Federasiyasına rəhbərlik edib. O, 14 iyun 2009-cu ildə hakim-inspektor qismində təyinat aldığı II divizionun "Okean" – "Smena" görüşündən öncə infarktdan dünyasını dəyişib. Abbasov Rusiyada futbol üzrə qış turnirinin əsas təşkilatçılarından biri olub.
Arif Babayev (fizik)
Arif Miri oğlu Babayev (d. 1 dekabr 1959. Ermənistan SSR, Krasnoselo rayonu, Çaykənd) — Fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Arif Babayev 1 dekabr 1959-cu ildə Ermənistan SSR Krasnoselo rayonunun Çaykənd kəndində müəllim ailəsində anadan olmuşdur. 1976-cı ildə Çaykənd orta məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakultəsinə daxil olmuşdur. 1981-ci ildə Fizika fakultəsini bitirdikdən sonra Kosmik Tədqiqatlar Elm İstehsalat birliyidə mühəndis olaraq işə başlamışdır. O, 1992-cu ildə “Ümumiləşmiş izotrop Keyn modelində almaz tipli yarımkeçiricilərdə elektron və deşiklərin enerji spektrləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. A.M.Babayev 1994-ci ildən AMEA-nın Fizika İnstitutunda “Nanokristallar fizikası” laboratoriyasında çalışır. A.M.Babayev 2007-ci ildə “Kiçik ölçülü kvant sistemlərində elektron və deşiklərin enerji spektrləri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi adına layiq görülmüşdür. Elmi əsərlərinin sayı-87 Xaricdə dərc olunan əsərlərinin sayı-33 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-29 Kadr hazırlığı-2 müdafiə olunmuş fəlsəfə doktoru Dil bilikləri- Azərbaycan, Rus, Türk və İngilis == Elmi fəaliyyəti == Tədqiqatları, əsasən, aşağı ölçülü yarımkeçirici və yarımmagnit kvant sistemlərində yükdaşıyıcıların enerji spektrlərinin və dalğa funksiyalarının araştdırılmasına, ballistik keçiriciliyə, spintronika sahəsinə aiddir.
Arif Babayev (rejissor)
Arif Hacı oğlu Babayev (25 sentyabr 1928, Bakı, Azərbaycan SSR – 26 avqust 1983, Bakı) — Azərbaycan kinorejissoru, televiziya rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964). Azərbaycan kinosunda "müəllif" kinosunun nümayəndələrindəndir. == Həyatı == Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışmışdır. 1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkmişdir. 26 avqust 1983-cü ildə 54 yaşında vəfat etmişdir. Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilmişdir. Rejissor Vasif Babayevin qardaşıdır. == Ad və mükafatlar == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı (29.06.1964) İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" Diplom (1968) Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün Gənclik üçün ən yaxşı filmə görə Mükafat (1969) Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici Diplom (1974) "Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat (1981) "Birisigün, gecəyarısı…" filmi üçün Azərbaycan Dövlət Mükafatı (1986) == Filmoqrafiya == Rejissor kimi Dostluq dili (film, 1959) (qısametrajlı sənədli film) Xəzərdə möcüzə (film, 1961) (qısametrajlı sənədli film) Xəzər sahilində şəhər (film, 1962) (qısametrajlı sənədli film) Şən əhvalatlar (film, 1963) (qısametrajlı sənədli film) Zirvə (1964) (qısametrajlı bədii film) Şəhərimizin uşaqları (film, 1964) (qısametrajlı sənədli film) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli film) "Artek"in bütün qızılı (film, 1965) (qısametrajlı sənədli film) Bahar gəlir (film, 1965) (qısametrajlı sənədli film) Biz arzu edənlər nəslindənik (film, 1965) (qısametrajlı sənədli film) Molbertlə dünya ölkələrinə səyahət (film, 1965) (qısametrajlı sənədli film) Şəhər üzərində mahnı (film, 1965) (qısametrajlı sənədli film) Şirəli dağdan endi (film, 1966) (qısametrajlı sənədli film) İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) Uşaqlığın son gecəsi (film, 1968) (tammetrajlı bədii film) Gün keçdi (film, 1971) (tammetrajlı bədii film) Ömrün ilk saatı (film, 1973) (tammetrajlı bədii film) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) Arxadan vurulan zərbə (film, 1977) (tammetrajlı bədii film) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) Birisigün, gecəyarısı...
Arif Babayev (riyaziyyatçı)
Arif Əliheydər oğlu Babayev (11 noyabr 1934 – 5 iyun 1998) — Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1976), əməkdar elm xadimi (1992), fikiza-riyaziyyat elmləri doktoru. == Həyatı == Babayev Arif Əliheydər oğlu 11 noyabr 1934-cü ildə anadan olmuşdur. Arif Əliheydər oğlu Babayev – 1952-ci ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan (Bakı) Dövlət Universitetinin fizika-riyaziyyat fakultəsinin "Riyaziyyat" bölməsinə daxil olmuş və 1957-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. O,həmin il "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafelrasının aspirantı olmuşdur. A.Ə. Babayev aspiranturada oxuyarkən qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin varlığı və yeganəliyi haqqında bir sıra yeni teoremlər isbat etmişdir. A.Ə.Babayev 1960-cı il-də akademik Ə.İ.Hüseynovun rəhbərliyi ilə "Qeyri-xətti sinqulyar inteqral tənliklərə dair tədqiqatlar" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. === Əmək fəaliyyəti === Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979–1994) vəzifələrində çalışmışdır. Uzun müddət ərzində A.Ə.Babayev elmi dərəcələr verən Elmi Şuraların üzvü, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinin dekanı (1979–1994) kimi, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın riyaziyyat və mexanika üzrə Ekspert Şurasının sədri kimi uğurlu və hərtərəfli fəaliyyəti respublikada riyaziyyatın inkişafına böyük təsir göstərmişdir. === Elmi fəaliyyəti === A.Ə.Babayev qeyri–hamar qapalı inteqrallama əyrisi üzrə sinqulyar inteqralı tədqiq etmiş və bu tədqiqatların xətti və qeyri-xətti sinqulyar inteqral tənliklərə tətbiqlərini vermişdir. Açıq əyri üzrə Koşi nüvəli sinqulyar inteqral operatorun öyrənilməsi üçün o, yeni metod vermişdir ki, bu metod əsasında qeyri-xətti sinqulyar inteqral tənliklərin lokal nəzəriyyəsi yaradılmışdır.
Arif Babayev (xanəndə)
Arif İmran oğlu Babayev (20 fevral 1938, Sarıhacılı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, professor (1996), Azərbaycan SSR xalq artisti (1989), Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının sabiq müdiri. == Həyatı == Arif Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963–1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonar isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov-"Leyli-Məcnun", "Əsli və Kərəm "), Aşıq Qərib (Z. Hacıbəyov-"Aşıq Qərib"), Camal (Ş. Axundova-"Gəlin qayası") kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olmuşdur. 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb.

Digər lüğətlərdə