Etibar Əliyev (siyasətçi)

Vikipediya, azad ensiklopediya
(Etibar Əliyev (deputat) səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Etibar Əliyev
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsi2020 — 31 saylı Suraxanı
ƏvvəlkiFərəc Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1963(1963-03-01) (61 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Etibar Qasım oğlu Əliyev (1 mart 1963, Şirazlı, Vedi rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı.

Həyatı

Etibar Əliyev 1 mart 1963-cü il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Vedi rayonunun Şirazlı kəndində doğulmuşdur. O, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Etibar Əliyev 1986–1991-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində mühəndis, 1991–1992-ci illərdə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor, 1992–2002-ci illərdə Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır.

Rus dilini bilir.

Elmi fəaliyyəti

Etibar Əliyev 2004–2009-cu illərdə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun, 2010–2020-ci illərdə Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi olmuşdur. O, fəlsəfə üzrə fəlsəfə doktorudur. 7 kitabın və 30-dan çox elmi məqalənin müəllifidir.

Siyasi fəaliyyəti

Etibar Əliyev 2010-cu il tarixində keçirilmiş parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən Böyük Quruluş Partiyası üzvü olaraq İslahat Blokunun deputatlığa vahid namizəd olmuşdur.[1] O, seçkilərdə 404 səs və ya 5,02% səs toplayaraq seçkiləri Milli Dirçəliş Hərəkatı Partiyası sədri Fərəc Quliyev, AXCP-Müsavat Blokunun deputatlığa vahid namizədi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, bitərəf namizəd Sevda Həsənova, Yeni Azərbaycan Partiyası üzvləri Əhəd AbıyevƏziz Ələkbərlinin ardınca 6-cı sırada tamamlamışdır.[2]

Etibar Əliyev 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 31 saylı Suraxanı ikinci seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olmuşdur.[3] O, seçkilərdə 4925 səs[4] və ya ümumi səslərin 40,7%-ni toplayaraq[5] deputat seçilmişdir. Hal-hazırda Etibar Əliyev Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Finlandiya, İsveç, Qazaxıstan, Norveç parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Partiya fəaliyyəti

Etibar Əliyev 2009-cu ilədək Müsavat Partiyasının üzvü olmuş, 2009-cu ildə partiyadan istefa verərək Böyük Quruluş Partiyasına üzv olmuşdur. O, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın müşaviri vəzifəsinə təyin olunmuşdur, lakin 31 may 2012-ci il tarixində Etibar Əliyev partiya sədri Fazil Mustafanın müşavirlik postundan və partiya üzvlüyündən istefa vermişdir. O, səbəb olaraq demişdir ki, o, "nə təşkilat komitəsinə cəlb olun[ub], nə qurultaya nümayəndə seçil[ib], nə də qurultayın vaxtı və keçirildiyi yer haqqında [ona] məlumat verilib]". Həmçinin, Əliyev əlavə etmişdir ki, "məşğul olduğu təhsil sahəsi, həm də siyasi məsələlərlə bağlı mövqeyi, partiya sədrindən icazəsiz bəzi fikirlər səsləndirməsi də ola bilsin ki, istefa verməyinə müəyyən dərəcədə" səbəb olmuşdur.[6]

Mənbə

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  2. "Arxivlənmiş surət". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  3. "Arxivlənmiş surət". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  4. "Arxivlənmiş surət". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  5. "Arxivlənmiş surət". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-25.
  6. "Arxivlənmiş surət". 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.