Hacıbaba Nəzərli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Hacıbaba Nəzərli
Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli
Doğum tarixi 22 mart 1895(1895-03-22)
Doğum yeri
Vəfat tarixi 1938
Vəfat yeri
Vəfat səbəbi xalq düşməni kimi güllələnmişdir.
Milliyyəti azərbaycanlı
Fəaliyyəti yazıçı

Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu (22 mart 1895, Şamaxı1938, Bakı) — nasir, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, AK(b)P-nın üzvi, ADDT sabiq direktoru.

Həyatı

Hacıbaba Nəzərli 1895-ci il martın 22-də Şamaxı şəhərində anadan olmuşdur. M.Ə.Sabirin "Ümid" məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930–1933). Yaradıcılığa 1925-ci ildə publisistika ilə başlayıb. "Qızıl əsgər" qəzetinin redaktoru, Yazıçılar Cəmiyyətinin məsul katibi (1929–1930) olmuşdur.[1]

Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmiş (1933–1934)[2], 1934-cü ildən 1937-ci ilə qədər Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir.

Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir. Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir.

1938-ci ildə xalq düşməni kimi güllələnmişdir.[2]

Əsərləri

  • Casusun yardımçısı (1926)
  • Qışlaqdan kəndə (1927)
  • Laçın (1928)
  • Satqın (1930)
  • Ölülər rəqs edərkən (1930)

İstinadlar

  1. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016
  2. 1 2 "AZƏRBAYCAN YAZIÇILARI – REPRESSİYA QURBANLARI". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-03.