Seyfulla Şamilov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Seyfulla Şamilov
1936 – 1987
ƏvvəlkiMəmmədkazım Ələkbərli
SonrakıRəsul Rza
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1902(1902-10-10)
Doğum yeri
Vəfat tarixi 25 dekabr 1974(1974-12-25) (72 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı

Təltifləri "Şərəf nişanı" ordeni

Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938).

Həyatı

Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur[1]. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir.

Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur[2]. 1974-cü il dekabrın 25-də vəfat etmişdir.

Mükafatları

"Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur.

Əsərləri

Kitabları

  • "Leninin pedaqoji üsulları" (1925)
  • "Dördüncü il" (1929)
  • "Laçın" (1932)
  • "Seçilmiş əsərləri (1974)
  • "Nigarın məcarası" (1977)

Mənbə

  • Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 37.

İstinadlar

  1. Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 92. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.
  2. "37-ci ildə Əhməd Cavadı nədə suçlayırdılar?." 2011-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-26.