Viktor Seryogin (23 mart 1944, Tbilisi – 28 yanvar 1992, Şuşa, DQMV) — Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı.[1]
Viktor Seryogin | |
---|---|
Viktor Vasilyeviç Seryogin | |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi şəhəri, Gürcüstan Respublikası |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Ağdam-Şuşa, Azərbaycan Respublikası |
Vəfat səbəbi | şəhid olmuşdur. |
Fəaliyyəti | pilot, hərbi qulluqçu |
Mükafatları |
23 mart 1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilmişdi. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olmuşdur. Dəfələrlə ordenlərlə təltif olunmuşdu.[2]
Qarabağ müharibəsində adı hər kəsə məlum olan Viktor sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarar, erməni yaraqlılarının postlarına od ələyərdi. Dəfələrlə atəşə tutulmasına baxmayaraq vertolyotu təmir etmiş yeni uçuşlar həyata keçirmişdi. Viktor Ağdərə, Şuşa, Ağdam səmasında özünəməxsus izlər qoymuşdu. Dinc sakinləri dəfələrlə xilas edərək təhlükəsiz əraziyə daşımışdı. O, 28 yanvar 1992-ci il dinc sakinləri təhlükəsiz yerə apararaq Ağdam-Şuşa istiqamətində hərəkət edirdi. Erməni yaraqlıları qəfil olaraq vertolyotu atəşə tutdular, Viktor alova bürünmüş vertolyotu kənara yönəldərək insanların tələf olmasının qarşısını ala bildi, özü izə heyətlə birlikdə qəhrəmancasına həlak oldu.
Ailəli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası prezidetninin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Seryogin Viktor Vasilyeviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib