Aqil Məmmədov (icra başçısı)

Aqil Sadıq oğlu Məmmədov (1 aprel 1960, Ağdaban, Kəlbəcər rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Kəlbəcər rayonunun icra başçısı (2013–2020), Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı.

Aqil Məmmədov
Vəzifədədir
10 mart 2020-ci ildən
bayraq
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
4 mart 2013 – 10 mart 2020
ƏvvəlkiVidadi Məhərrəmov
SonrakıAzər Qocayev
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1960(1960-04-01) (64 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Aqil Məmmədov 1960-cı il aprelin 1-də Kəlbəcər rayonunun Ağdaban qəsəbəsində anadan olub. 1982–1987-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2009–2012-ci illərdə isə Azərbaycan Prezidentinin yanında Dövlət İdarəçiliyi Akademiyasında ali təhsil alıb.

Aqil Məmmədov ailəlidir, 2 övladı var. Miskin Abdal nəslindəndir. Ağdabanlı şair Qurbanın nəvəsi, Aşıq Şəmşirin qardaşı oğlu, Cavid Qurbanovun əmisi oğludur.

Aqil Məmmədov 1976-cı ildə Kəlbəcər rayonunda "Ağdaban" Kolxozunda çalışmağa başladı. İdman sahəsində ali təhsil alandan sonra isə o, Göygöl rayonunda "Məhsul" İdman Cəmiyyətində məşqçi, Göygöl rayonunun İdman İdarəsinin rəisi oldu.

Aqil Məmmədov 2006–2008-ci illərdə Kəlbəcər RİH-də ictimai məsələlər şöbəsində referant, 2008–2013-cü illərdə isə Kəlbəcər RİH-də icra başçısının birinci müavini vəzifələrində çalışıb.

Aqil Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edildi.[1]

2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 123 saylı Kəlbəcər dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Aqil Məmmədov, 72,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi.[2] 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Aqil Məmmədov, Milli Məclisin əmək və sosial siyasət Komitəsinin, habelə regional məsələlər Komitəsinin üzvü oldu.[3][4] Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.[5]

  1. "Asil Sadıq oğlu Məmmədovun Kəlbəcər rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin 4 mart 2013-cü il tarixli 2763 nömrəli Sərəncamı" (az.)). 04.03.2013. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  2. "Candidates elected by constituencies in the Parliamentary elections to be held in Azerbaijan on february 9, 2020" (az.)). 10.02.2020. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  3. "Azərbaycan Milli Məclisinin Əməк və sosial siyasət Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 18-VIQR nömrəli Qərarı" (az.)). 14.03.2020. 2020-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  4. "Azərbaycan Milli Məclisinin Regional məsələlər Komitəsi üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 14 mart 2020-ci il tarixli 23-VIQR nömrəli Qərarı" (az.)). 14.03.2020. 2020-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.
  5. "Asil Sadıq oğlu Məmmədovun Kəlbəcər rayonunun icra başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidentinin 10 mart 2020-ci il tarixli 1905 nömrəli Sərəncamı" (az.)). 10.03.2013. 20.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.08.2020.