Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur.[2]
Gorus | |
---|---|
39°30′40″ şm. e. 46°20′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1870 |
İlk məlumat | 995 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.370 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +374 (284) |
Poçt indeksi | 3201–3205 |
Nəqliyyat kodu | 52 |
Digər | |
goriscity.am | |
Vikianbarda əlaqəli mediafayllar |
Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir[3]. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir[4].
Toponim gorus (qoros, xoros) türk etnonimi[5] əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir.
İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub.
Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir. Şəhər Gorus çayı sahilində, dəniz səviyyəsindən 1385 m yüksəklikdə yerləşir.
Burada ermənilərlə yanaşı 1897-ci ildə 228 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 13 nəfər azərbaycanlı yaşamışdır[6]. Gorus şəhərində yaşayan azərbaycanlılar 1940-cı illərdə tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi burada yalnız ermənilər yaşayır.