Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
"İqtisadiyyat və həyat" jurnalı — jurnal
İqtisadiyyat və həyat | |
---|---|
Növ | müstəqil elmi-kütləvi jurnal |
Format | A4 |
Təsis tarixi | 1961 |
Qərargah | Azərbaycan, Bakı şəhəri |
Dil | Azərbaycan dili |
Səhifə | 64 |
1961-ci ildən 1991-ci ilədək "Texniki tərəqqi uğrunda" və "Azərbaycan xalq təsərrüfatı" adları ilə nəşr edilən "İqtisadiyyat və həyat" jurnalı fəaliyyət göstərdiyi dövr ərzində görkəmli alim və ziyalıların çoxsaylı elmi-nəzəri, təhlili materiallarını dərc etmiş, iqtisadiyyatın, eləcə də iqtisad elminin inkişafında, iqtisadçı alimlərin yetişməsində mühüm rol oynamışdır. Jurnalın fəaliyyəti bütünlüklə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin reallaşmasına, insanların iqtisadi biliklərinin artırılmasına istiqamətlənmişdir.
Hazırda ayda bir dəfə olmaqla 4 çap vərəqi həcmində nəşr edilən "İqtisadiyyat və həyat" jurnalı öz profilinə uyğun olaraq, müxtəlif rubrikalar adı altında aspirant, disertant və alimlərin maraq və diskusiya doğura biləcək elmi-təhlili məqalələrinə kifayət qədər yer ayırır.