Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Qarabağ — Azərbaycanda nəşr edilən müstəqil qəzet.
Qarabağ | |
---|---|
| |
Növ | müstəqil qəzet |
Format | A3 |
Təsisçi | Redaksiyanın yaradıcı kollektivi |
Baş redaktor | Çingiz Tofiqoğlu |
Yaranma tarixi | İyul 1990 |
Dil | Azərbaycan dilində |
Qiymət | 40 qəpik |
Səhifə | 16 |
Ünvan |
Bakı ş. Mətbuat pr. 529-cu məhəllə "Azərbaycan" nəşriyyatı 3-ci mərtəbə 65-ci otaq Tel: (+99412) 510-56-22 Mob: (+994) 50-333-60-80 |
Tiraj | 1500 |
"Qarabağ" qəzetinin ilk sayı 1990-cı ilin iyul ayında çap olunub.[1] Qəzet həmin ildə Azərbaycan KP MK Bürosunun qərarı ilə Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsinin orqanı olaraq həftəlik qəzet kimi təsis edilmişdir.[2] Lakin az sonra - 1991-ci ilin noyabr ayında qəzetin yaradıcı kollektivi həmin təşkilatın fəaliyyətinin milli maraqlara zidd olduğunu nəzərə alıb onun təsisçiliyindən imtina etmiş müstəqil qəzet kimi nəşr olunmuşdur.
40 min tirajla çap olunan "Qarabağ” qəzeti 27 fevral 1992-ci il tarixli sayında - Xocalıda baş verən hadisələri "Xocalıda soyqrımı törədildi” başlıqlı xəbərlə Azərbaycana yayan ilk qəzetlərdən olub.[3]
1993-cü ildən məlum hadisələrdən sonra "Qarabağ" qəzeti Bakıda nəşr olunur.
"Qarabağ" qəzetinin baş redaktoru Çingiz Tofiqoğlu, məsul katibi isə Samir Məmmədovdur. Qəzetin təsisçisi redaksiyanın yaradıcı kollektividir.
"Qarabağ" qəzeti redaksiyanın kompüter mərkəzində yığılır, səhifələnir və "Azərbaycan" nəşriyyatında çap olunur.