Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Təhsil jurnalı — Ayda bir dəfə 92 səhifə həcmində çap olunan mətbu orqanı.[1]
Təhsil jurnalı | |
---|---|
Baş redaktor | Malik Novruzov |
Növ | jurnal |
Dövrilik | aylıq |
Təsis tarixi | 2007-ci il |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
Səhifə | 92 |
"Təhsil" jurnalının əsas məqsədi təhsil sahəsində dövlət siyasətini təbliğ etmək, ali, orta ixtisas, ilk peşə-ixtisas, ümumtəhsil və məktəbəqədər təhsil sahələrində ölkəmizdə aparılan islahatlardan, müəllimlərin, məktəb rəhbərlərinin qabaqcıl iş təcrübəsindən bəhs etmək, xarici ölkələrdə təhsil sahəsində qazanılan uğurlardan, kurikulumların məktəblərdə tətbiqindən və ibtidai sinif müəllimlərinin bu sahədəki fəaliyyətini işıqlandırmaqdan ibarətdir. Məktəb-valideyn əlaqələrinin genişlənməsi, gənclərimizin düzgün tərbiyə olunması, ana dilimizin və mənəvi dəyərlərimizin qorunub saxlanması da jurnalın diqqət yetirdiyi sahələrdəndir.[1]