Dil və Ədəbiyyat (jurnal)

"Dil və ədəbiyyat" jurnalı — 1993-cü ildən sabit ardıcıllığla çap olunur və elə həmin ildən Azərbaycanın Ali Attestasiya komissiyasının reyestrinə daxil edilmişdir.

Dil və Ədəbiyyat
Baş redaktor Tahir Əliyev (alim)
Təsisçi BDU
Qərargah Azərbaycan. Bakı şəhəri.
Dil Azərbaycan dili

İl ərzində junnalın 4-6 sayı işıq üzü görür. Müəlliflər respublikamızda tədris edilən bütün dillərdə yazılan məqalələri jurnalda çap edə bilirlər. "Dil və ədəbiyyat" jurnalı filologiya elmi ilə bağlı 12 sahəsini əhatə edir. Hər sahəyə məsul redaktor başçılıq edir və onun təklifi ilə müvafiq redaksiya heyətləri formalaşır. Məsul redaktor öz sahəsinə aid olan məqalələri oxuyur və onların çapa getməsi üçün yazılı şəkildə razılıq verir. Çap olunan bütün məqalələrin üzərində məsul redaktorların imzaları vardır. "Dil və ədəbiyyat" jurnalı 30-40 çap vərəq həcmində 500-1000 nüxsə tirajla çap olunur. Bununla yanaşı jurnal "Jurnala əlavə" qrifi ilə məcmuələr buraxmaq hüququna malikdir və indiyə qədər 120-dən artıq əlavə çap olunmuşdur. 15 il ərzəndə "Dil və ədəbiyyat" jurnalının səhifələrində 3000-dən artıq elmi məqalələ dərc edilmişdir. Jurnalının beynalxalq əlaqələri genişdir. Xarici ölkə müəlliflərinin məqalələrinə də geniş yer verilir. Rusiya, Türkiyə, İran, ABŞ, Almaniya, Fransa və s. ölkələrdən gəlmiş elmi məqalələr jurnalda öz əksini tapmışdır. Türkiyə, Rusiya və Gürcüstan AAK-ları da jurnalı öz reyestrlərinə daxil etmişlər. Jurnal təkcə abunə yolu ilə ilə yayılır və elmi müəssisələrin kitabxanalarına pulsuz paylanır. Jurnalın baş redaktoru Tahir Əşrəf oğlu Cəfərlidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Язык и Литература (журнал)". cyclowiki.org.
  • ""Dil və Ədəbiyyat" jurnalı". philology.bsu.edu.az.