Ustad jurnalı — aylıq ədəbiyyat və sənət jurnalıdır.
"Ustad" jurnalı | |
---|---|
Baş redaktor | Şəmil Sadiq |
Məsul redaktor | Səbuhi Şahmursoy |
Təsisçi | “Hədəf Nəşrləri MMC” |
Təsis tarixi | 17 yanvar 2016 |
İlk buraxılışı | fevral 2016 |
“Ustad” jurnalı 2016-cı ilin yanvar ayının 17-də “Hədəf Nəşrləri MMC” tərəfindən təsis olunub və elə həmin ilin fevral ayında ilk buraxılışı işıq üzü görüb.Ustad Dərgisi 1-ci say
“Ustad” jurnalı 24 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasından qeydiyyatdan keçib.
“Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir. Jurnal öz fəaliyyətini Azərbaycan Respublikasının dövlətçilik prinsipləri əsasında qurur. Dərgidə “Poeziya”, “Hekayələr”, “Tərcümə”, “Araşdırma”, “Esselər” kimi rubrikalar var. Bu rubrikaların bəzisi daimi, bəzisi də nömrədən-nömrəyə yenilənir. “Ustad”da yerli müəlliflərlə yanaşı, xarici müəlliflərin də yazılarına yer verilir.[1]
“Ustad” jurnalının 2018-ci ilin may ayında keçirdiyi “Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi 19 may 2018-ci ildə keçirilib.
“Ustad” jurnalı məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması məqsədilə 2019-cu ilin fevral ayında “Üst Ad” adlı uşaq yazıları müsabiqəsi elan edib. “Üst Ad” müsabiqəsinin mükafatlandırma mərasimi 6 aprel 2019-cu ildə keçirilib.
Jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru dosent Şəmil Sadiqdir.
“Ustad”ın yazarları arasında filosof və ədəbiyyatşünas Niyazi Mehdi, professor Alxan Bayramoğlu, tənqidçi və filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı, yazıçı-tərcüməçi Səbuhi Şahmursoy, tənqidçi və filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlu türkoloq-alim Elçin İbrahim, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, yazıçı-şair Xanəmir Telmanoğlu, yazıçı Xəyalə Murad, yazıçı Ceylan Mumoğlu və başqaları var.