Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək, və ya müvafiq qaralama şablonlarından istifadə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. |
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu.[1]
Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi.
Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi.[1]
Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.